Baş prokuror "İsmayıllı məhbusları"nın valideynləri ilə görüşüb
Bu gün Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrinə görə ittiham olunanların məhkəməsi davam edib. Məhkəməyə İsmayıllıdan 400-ə yaxın adam gəlib. Təqsirləndirilən şəxslər İsmayıllı rayon ictimaiyyətinə müraciət edib. Bildiriblər ki, onlara ağır ittihamlara görə cəzalandırılsalar, İsmayıllıda kütləvi aksiyalar başlanacaq. Müttəhimlər məhkəmədə bildiriblər ki, İsmayıllı rayon polis rəisi Nizami Qocayev gəlib onları müdafiə edəcəyini bildirsə də, sonradan məhkəməyə gəlməkdən imtina edib. Hakim müttəhimlərdən biri – Səftər Ağamalıyevin vəkili Nizami Abbasovun məhkəmədə işirak etməməsinə görə prosesi 14.30-a qədər təxirə salıb. Təqsirləndirilən şəxslər və vəkillər deyiblər ki, vəkil Nizami Abbasov məhkəmə çıxışını edib. Üzürlü səbəbə görə məhkəmədə iştirak etmir. Buna görə məhkəmə davam edə bilər. Hakim deyib ki, vəkil çıxış etsə belə mütləq prosesdə iştirak etməlidir. Məhkəmədə İsveçrənin Azərbaycandakı səfiri, ABŞ, Böyük Britaniya səfirlərinin müavinləri iştirak edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?