Müxalifətin birliyinin baş tutmamasına fərqli baxış
Ümid Partiyasının üzvü Mübariz Maqsudov müxalifətin bir araya gələ bilməməsinin səbəbini rəqəmlərlə göstərdi. Mübariz Maqsudov Facebook-dakı İstefa qrupunda qarşılaşma aparıb. O, müxalifətin əsas qrupları arasında rəqəmlərlə müqayisə aparıb və söhbəti İctmai Palatanın üzərinə gətirib. Bununla da müxalifətin birlikdə fəaliyyət göstərməməsinin səbəbini komanda şəklində formalaşa bilməmək olduğunu göstərib. O, silahdaşlarına müraciət edərək deyib: “Məni həmişə maraqlandıran komanda şəklində oyun qura bilməməyimiz narahat edib. Hətta buna görə bu yaxınlarda bir status da paylaşmışdım. Dəyərli dostlarımız olan Müsavatçıların İstefa qrupunda üzvlərinin sayı 200 000 keçib. AXCP-nin qrupu olan Xilas üzvlərinin sayı 200 000 keçib. İctimai Palatanın qrupuna baxdıqda isə cəmi 3500 üzvü var”. Ümid üzvü hər iki qrupun, yəni Müsavat və AXCP üzvlərinin İctimai Palatada da təmsil olunduğuna işarə edərək maraqlı bir sual irəli sürüb və bundan çıxan nəticəni belə ifadə edib: “Elə isə İctimai Palata qrupunun üzvlərinin sayı 400 mindən artıq olmalı deyil? Bax birlikdə ola bilməməyimizin səbəbləri komanda ola bilməməyimizdədir!” Bu faktla bağlı facebook-da kiçik bir araşdırma aparılıb. Hər bir düşərgəni təmsil edən və üzvlərinin sayına görə səs-səda doğuran qrupların müqayisəsi rəqəmlərdə aşağıdakı kimidir: Müsavatçıların İstefa Qrupu - 212.293 üzv AXCP-çilərin Xilas Qrupu- 216.538 üzv Müsavat və AXCP-nin birgə təmsil olunduğu İctimai Palatanın Qrupu - 11.661 üzv YAP-ın Azərbaycan 2013 Qrupu - 379.475 üzv Və heç bir siyasi düşərgəni təmsil etməyən, lakin aktivliyi və üzvlərinin sayı ilə seçilən Azərbaycana baxış Qrupu - 304.377 üzv İstefa və Xilas qrupları üzvlərinin eyni adamlar olduğunu nəzərə alsaq, İctimai Palata üzvlərinin sayının azlığının səbəbini müəyyənləşdirmək çətin olmaz. Bu, həm də müxalifətin virtual tərəfdarlarına dair reallığı əks etdirir. [b]Jalə[/b][i][/i]
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?