Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif dövlətlərində tədbirlər davam edir. Bu gün ilə bağlı mühüm addımlardan birini də İHH İnsani Yardım Vəqfi gerçəkləşdirib. Belə ki, Bülent Yıldırımın rəhbərlik etdiyi İHH “22-ci ilində Xocalı Qətliamı” Özəl Hesabat yayınlayıb.
Həmin hesabatda Xocalı soyqırımı ilə bağlı müxtəlif sənədlərə və şahidlərin ifadələrinə yer verilmişdir. Dağlıq Qarabağ probleminin yaranma səbəbi, Xocalıda yaşananlar, beynəlxalq hüquq acısından yaşananlara toxunulmuşdur.
Dərgi olaraq hazırlanan Hesabatın hazırlanmasında azərbaycanlı jurnalist, Azermedia.az Araşdırma Qrupunun rəhbəri Aqil Ələsgər yaxından iştirak etmişdir. Bu səbəbdən də 26 fevral tarixində İHH-nın mərkəzi ofisində İnsani və Sosial Araşdırmalar Mərkəzinin direktoru Əhməd Əmir Dağ tərəfindən Diplomla təltif edilmişdir.
Əhməd Əmir Dağ bundan sonra da Xocalı ilə bağlı fəaliyyətlərini davam etdirəcəklərini bildirib.
Aqil Ələsgər Əhməd Əmir Dağ ilə yanaşı İHH başqan vəkili Hüseyin Oruç ilə də görüşmüşdür.
Qeyd edək ki, İHH Qarabağ savaşı zamanı Azərbaycana ciddi xeyriyyə yardımları göstərən azsaylı təşkilatlardan biri olmuşdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?