GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tağı Əhmədov getdi...

Tağı Əhmədov getdi...

Tarix: 3-03-2014, 12:22 Bölmə :Ölkə Baxış: 405
Tağı Əhmədov getdi...
Metropoliten rəisinin vəzifədən alınmasında maraqlı
olan qüvvələr məqsədlərinə nail oldular


“Qapılar bağlanır! Yeni sədr Zaur Hüseynovdur”!

Ötən gün dövlət başçısının növbəti fərmanı ilə 1998-ci ildən Bakı metropoliteninə rəhbərlik etmiş,danışıq tərzi,aforizmə çevrilən sözləri ilə həmişə gündəmdə qalmağı bacaran Tağı Əhmədov vəzifəsindən azad olundu.Prezidentin fərmanına əsasən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.Cəmiyyət Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri,habelə əmlakı yeni yaradılan cəmiyyətə keçib.Prezidentin digər sərəncamı ilə Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin sədri təyin olunub.Əslində xeyli müddət idi ki,”qara buludlar” Tağı Əhmədovun başı üstündən çəkilmirdi.Əgər əvvəllər təkcə müxalif yönlü və müstəqil mətbu orqanlar Tağı Əhmədovun fəaliyyətini təftiş edirdilərsə,son zamanlar bu prosesdə iqtidar yönümlü kütləvi informasiya vasitələri də xüsusi fəallıq göstərirdilər.Bu isə artıq belə bir qənaət yaratmışdı ki,baş metropolitençinin qələmi artıq qırılıb.Və gözlənilənlər artıq bu gün nəhayət ki,öz təsdiqini tapdı.
Beləliklə, dünəndən etibarən Bakı metropoliteni artıq öz qapılarını Tağı müəllimin rəhbərliyi olmadan açacaq,jurnalistlər daha yeraltı dünyanın bu ərköyün sahibinin yeni zərb-məsəllərini eşitməyəcəklər.Tağı Əhmədov jurnalistlərin yaddaşında həm də mətbuata olan “dost” münasibəti ilə qalacaq.Çünki onun son səs-küylü qərarlarından biri ilə metro stansiyalarında qəzet satışına qadağa qoyulmuşdu.
Tağı Əhmədovun metropoliten rəhbəri olduğu müddətdə verdiyi müsahibələri,bu müsahibələrdə işlətdiyi “hikmətli” kəlamları da yəqin hələ uzun müddət yaddaşlardan silinməyəcək.Onun sual verən jurnalistlərə dediyi “Əəə,bir-bir.Bu nədi?Biri o yandan dızıldayır,biri bu yandan dızıldayır” kəlamı eks metropoliten şefinin mətbuata verdiyi “yüksək dəyərin” göstəricisi idi.Və yaxud müxbirin 28 may metrostansiyasına döşənmiş mərmərin çox sürüşkən olması səbəbindən tez-tez sərnişinlərin yıxılaraq zədələnməsinə münasibət öyrənmək cəhdi Tağı Əhmədovun növbəti dahiyanə cavabı ilə nəticələnmişdi-“ Ona görə ki,get sürüş,yıxıl,öl”! Növbəti müsahibələrinin birində “nə burcudursan ee,dedim yox,deməli olmaz” deməklə daha bir ümumişlək sözü siyasi leksikonumuza daxil etməklə bir ilkə imza atmışdı.Jurnalistləri “popuqay” adlandırmaqla isə Tağı müəllim mətbuat səhifələrinə daha bir “quş” qoymuşdu.
Tağı Əhmədovun belə hikmətli sözləri heç də havadan gəlmir.Yəqin bir çoxları onun şair təbiətindən,şeir yazmasından da xəbərsizdirlər. Amma ədəbiyyatsevərlər,incə ruhlu oxucular sabiq metropoliten rəisinin Tağı Sadiq təxəllüsü ilə yazdığı ədəbi nümunələrdən xəbərsiz deyillər.Məmməd Araz yaradıcılığını çox sevən,ilhamı Naxçıvan MR Şahbuz rayonunun Yuxarı Remeşin kəndinin buz bulaqları kimi çağlayıb Bakı metrosunda çiçəkləyən Tağı Sadiqin qələmindən süzülən bir çox şeirlərə bəstəkarlar,xüsusilə də tarzən,xalq artisti Zamiq Əliyev tərəfindən mahnılar bəstələnmiş,müğənnilər tərəfindən ifa olunmuşdur.Şairin sözlərinə bəstələnmiş “İlham alıram”,”Elin Mehriban qızı”,”YAP partiyası”,”Qısqanıram”,”Dilin dediyini ürəyim demir”,”Olaydı”,”Ceyranım”,”Odlanıram mən”,”Gözləməsin” kimi mahnılar Tağı Əhmədovun incə ruhlu şair qəlbinin çırpıntılarıdır.Tağı Sadiqin sevənlərin dilinin əzbəri,xatirə dəftərlərinin bəzəyi olan aşağıdakı misraları poeziya sənətimizin şedevr nümunələrindən biridir:
Naz ilə yeridik birgə cüt qoşa,
Yaydan çıxan oxum dəymişdi daşa,
Xalqımın mərd qızı sən xoşbəxt yaşa,
Sadiqi bəlaya salırsan gözəl.

Tağı Sadiqin fəlsəfi ruhlu şeirlərində isə daha çox fani dünyanın etibarsızlıqlarından,dünya malına meyl etməyin zərərlərindən,onun xalqa olan sonsuz sevgisindən bəhs edilir.Tağı müəllimin gərgin iş saatlarından sonra imkan tapıb yazdığı və çoxsaylı oxucularına ərməğan etdiyi aşağıdakı bənd dediklərimizin bariz nümunəsidir:
Yaş yüzə çatanda zəka işləmir,
Yaranır beyində təlaş,səs-səmir,
İnsanın qaməti əyilir sanki,
Torpaq bir maqnitdir,baş isə dəmir,
Çəkir özünə sarı torpaq,baş əydirir.

Amma,Tağı müəllimin şair qəlbi,poetik danışığı uzun illər metropoliten idarəsinə rəhbərlik etməsinə rəğmən bu sahədə olan problemləri həll edə bilmədi.Metropolitenin yeraltı keçidləri bazara çevrildi,ardı-arası kəsilməyən uzunmüddətli təmir prosesləri bitib tükənmədi,qatarların gecikməsi adi hal aldı və sairə və ilaxır.Tağı Əhmədovun metroşahlıq dövründə keçidlərin,metrostansiyaların şıdırğı alver meydanına çevrilməsi prosesi getdi.Şəhərin əsas atributlarından biri olan metro stansiyalarının kolxoz bazarına çevrilməsi nəticəsində isə onun hər ay nə qədər qazanc əldə etdiyini bir neçə bənd şeirlə çatdırmaq mümkün deyil,bunun üçün ən azından “Xəmsə” yazmaq lazım gəlir.Bəzi metro stansiyalarında satış köşklərinin satıcılara 10-15 min manata satılması,burada gedən şıdırğı alverin vergidən yayınması isə metro tariximizin unudulmaz səhifələrindəndir.
Elə bu günlərdə Hesablama palatasının açıqladığı rəqəmlər də metropoliten tikintisinin nə qədər “şəffaf” olduğunu üzə çıxarmışdı.Hesablama palatasının hesabatında “Azadlıq prospekti” metro stansiyasının yerüstü hissəsinin tikintisi zamanı işlərin keyfiyyətsiz görüldüyü faktı göstərilmişdi.Həmçinin Hesablama palatasının açıqlamalarında həmçinin Bakı metropoliteninin tikilməkdə olan xətlər idarəsinin saxlanılma xərclərinin nəzərdə tutulduğundan dəfələrlə çox olması,”Azadlıq prospekti” metro stansiyasının sərnişin platformasında heç bir ekspert rəyi olmadan bahalı sütunların quraşdırılmaması,dövlət qəbul komissiyasının tərtib etdiyi aktda göstərilən tikintiyə çəkilən xərclə faktiki xərcləmə arasında kəskin fərq olması da öz əksini tapmışdı.
Metro stansiyalarının tikintisi zamanı baş verən qanunsuzluqlar təkcə bunlarla bitmir.Yeni stansiyaların tikintisi zamanı sakinlərlə yaranan problemlər də Tağı Əhmədovun fəaliyyət dövrünün zərbəçi göstəriciləridir.7-ci mikrorayonda məcburi köçkünlərin də yaşadığı ərazidə tikinti işləri aparılan zaman sakinlərlə yaranan problem buna misal ola bilər.Köçürülmə şərtlərinin qaneedici olmaması səbəbindən otuzdan artıq sakinlə baş verən münaqişə məhkəmələrə qədər uzanmışdı.Belə halların hakimiyyətin yuxarı eşalonlarında yaxşı qarşılanmadığını nəzərə alsaq bu səbəblərin də Tağı müəllimin görəvdən alınmasında mühim rol oynadığını düşünmək olar.
Tağı Əhmədovun vurulmasında Nəqliyyat Naziri Ziya Məmmədovun da xüsusi maraqları olduğu düşünülür.Hər iki məmur arasında münasibətlərin normal olmadığı bəlli idi.Bunun əsas səbəblərindən biri kimi,Bakı metropoliteninin öz stansiyalarının sayını artırmaqla nəqliyyat sisteminin şəriksiz sahibi Ziya Məmmədovun bazarına girmək cəhdi göstərilirdi.Hələ Beynəlxalq avtovağzalın tikintisi zamanı buraya yeni metro xəttinin çəkilməsi nəzərdə tutulsa da, Z.Məmmədov bunun qarşısını almağa müvəffəq olmuşdu.Lakin inadından dönməyən Tağı Əhmədov sonradan “Memar Əcəmi”-“Avtovağzal” metro xəttinin çəkilməsinə razılıq ala bildi.Bu isə nəinki paytaxtda,eləcə də bütün ölkədə avtobus-marşrut xidmətləri sektoruna nəzarət edən Ziya Məmmədovun bazarına birbaşa müdaxilə demək idi.Yeni stansiyanın tikintisini iki ilə yaxın müddətdə ləngitməyə müvəffəq olan Z.Məmmədova qalib gəlməyi bacaran Tağı Əhmədov müsahibələrində Metro stansiyalarının sayının 68-ə çatdırılacağını söyləməklə yeraltı nəqliyyatın yaxın zamanlarda yerüstü nəqliyyat sektoruna ağır zərbə vuracağının siqnallarını da vermişdi.T.Əhmədovun metronun hərəkət marşrutlarını aeroporta və Sumqayıta qədər uzatmaq istəyi də Nəqliyyat nazirinin biznes maraqlarına sarsıdıcı zərbə demək idi.
Yeraltı və yerüstü nəqliyyat şeflərini üz-üzə gətirən digər bir önəmli faktor isə nəqliyyatda tətbiq olunan kart sistemi olmuşdur.Belə ki,Nəqliyyat Nazirliyi metro da daxil olmaqla nəqliyyatın bütün növləri üzrə vahid kart sisteminin tətbiq olunacağını bildirsə də, Tağı Əhmədov bildirmişdi ki,metroda vahid kart sistemi tətbiq olunmayacaq.Lakin bu açıqlamadan sonra Nəqliyyat Nazirliyi bir daha nəqliyyatda vahid kart sisteminin tətbiq olunacağını bildirdi.Amma məğlub olmaq istəməyən Tağı Əhmədov plastik kartların hazırlanması üçün tender elan etməklə bir daha Ziya Məmmədova meydan oxumaq istəyini ortaya qoydu.Əslində vahid kart sistemini tətbiq etməklə metropoliteni də nəzarətə götürməyi hədəfləyən Nəqliyyat naziri ilə Tağı Əhmədov arasında münasibətlər gərginliyin pik həddində idi və birinci metro rəisinin vurulması planlarını reallaşdırmaq üçün xüsusi çaba sərf edirdi.Göründüyü kimi iki nəqliyyat sektoru rəhbəri arasında gedən soyuq müharibə Ziya Məmmədovun qələbəsi ilə başa çatdı.Uzun müddət metropoliten rəisinə qarşı aparılan əks-təbliğat kompaniyası məntiqi yekununa çatdı.Beləcə uzun müddət Tağı Əhmədovu metropoliten sistemindən uzaqlaşdırmaq istəyən qüvvələr öz maraqlarını təmin etməyi bacardılar.
Prezidentin sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətin yeni rəhbəri təyin olunan Zaur Mir Teymur oğlu Hüseynov isə bu təyinatına qədər “Bakıelektrikşəbəkə” ASC-nin İdarə Heyyəti sədrinin I müavini vəzifəsində çalışıb.2006-cı ildən bu vəzifədə çalışan Zaur Hüseynov əvvəllər “Qaradağ Sement” ASC-nin baş mühasibi də olub.
NİCAT MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tağı Əhmədovu əvəzləyən Zaur Hüseynov kimdir?

    Tağı Əhmədovu əvəzləyən Zaur Hüseynov kimdir? ...

    27-02-2014, 16:32

  • 
  • İşdən çıxarılan Tağı Əhmədov danışdı

    İşdən çıxarılan Tağı Əhmədov danışdı ...

    27-02-2014, 16:36

  • 
  • Tağı Əhmədov işdən çıxarıldı

    Tağı Əhmədov işdən çıxarıldı ...

    27-02-2014, 14:43

  • 
  • Bakı Metropolitenində “təmizləmə” başladı - Tağı Əhmədovun köməkçisi və digər adamları “vuruldu”

    Bakı Metropolitenində “təmizləmə” başladı - Tağı ...

    9-03-2014, 14:23

  • 
  • Metronun yeni rəhbəri iş başında

    Metronun yeni rəhbəri iş başında ...

    3-03-2014, 15:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu