GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » NƏQLİYYAT NAZİRLİYİ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN SƏLAHİYYƏTLƏRİNİ ƏLİNDƏN ALIR

NƏQLİYYAT NAZİRLİYİ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN SƏLAHİYYƏTLƏRİNİ ƏLİNDƏN ALIR

Tarix: 18-03-2014, 18:54 Bölmə :Ölkə Baxış: 948
NƏQLİYYAT NAZİRLİYİ DAXİLİ İŞLƏR NAZİRLİYİNİN SƏLAHİYYƏTLƏRİNİ ƏLİNDƏN ALIR
DAHA ÇOX “NƏQLİYYAT QOÇULARI” KİMİ TANINAN
NƏQLİYYAT MÜFƏTTİŞLƏRİ TƏHLÜKƏLİ QÜVVƏYƏ ÇEVRİLİR


Yarandığı gündən paytaxt və bölgələrdə daha çox qanunsuz əməlləri ilə ad çıxardan, sürücülərin qorxulu kabusuna çevrilən, Nəqliyyat Nazirliyinin “qoçu dəstələri” kimi məhşurlaşan nəqliyyat müfəttişləri haqqında çox yazılıb, çox deyilsə də, onların “şanlı əməllərinə” dur deyən tapılmır. Elə bir gün olmaz ki, nəqliyyat qoçuları hansısa bir növbəti “igidlikləri” ilə gündəmə gəlməsinlər. “Nəqliyyat müfəttişləri sürücünü döydü” kimi xəbərlər daha adiləşib. Əslində ölkənin nəqliyyat sistemində kifayət qədər çatışmamazlıqlar, özbaşnalıqlar olmasına baxmayaraq, Nəqliyyat Nazirliyi mövcud problemləri həll etmək əvəzinə bir dəstə qoçunu himayə etməklə sürücülərin vəziyyətini daha da ağırlaşdırır. Böyük qisim insanlar dolanacaq üçün şəxsi avtomobillərindən taksi kimi istifadə edirlər. Amma, nəqliyyat müfəttişləri onları qarabaqara izləyərək günlərini qara edirlər. Yekəxana, ədəbsiz, kobud təbiətli insanları sanki Nəqliyyat Nazirliyi xüsusi olaraq müfəttişlikdə toplamağı bacarıb. Bir çox hallarda sürücülərə zor tətbiq edən, onları döyən, təhqir edən nəqliyyat müfəttişləri səlahiyyətlərini aşaraq polisin belə cürət etmədiyi hərəkətləri edirlər. Qoçuların əmrlərinə riayət etməyən sürücüləri qovlamaq isə onların gündəlik iş metodudur. Belə qovlamaların əksər hallarda qəzalara səbəb olduğunu isə hamı yaxşı bilir. Ümumiyyətlə, qanunvericiliyə əsasən nəqliyyat müfəttişlərinin sürücüləri təqib etmək səlahiyyətləri yoxdur. Ölkə qanunlarında nəqliyyat vasitələrinin təqib olunması “Yol hərəkəti haqqında” və “ Polis haqqında “ Qanunda, həmçinin “Yol patrul Xidməti haqqında” təlimatda öz əksini tapıb. Qeyd olunan qanunlarda da müəyyən zəruri şərtlər istisna olunmaqla sürücünü təqib etməyin qanuna zidd olduğu göstərilib. Həmçinin xüsusi şəraitlərdə istisna hal kimi sürücüləri yalnız polis əməkdaşları təqib edə bilərlər. Heç bir halda nəqliyyat müfəttişlərinin nəqliyyat vasitələrini təqib etmək səlahiyyətləri yoxdur.
Nəqliyyat müfəttişlərinin əsas vəzifəsi sərnişin və yükdaşıma qaydalarına nəzarət etməkdir. Sürücülər sərnişin və ya yükdaşımada hər hansı qanun pozuntusuna yol verərsə, müfəttişlər müvafiq akt tərtib etməli, bu protokollar əsasında isə sürücülər cəzalandırılmalıdır. Nəqliyyat müfəttişlərinin sürücülərin sürücülük vəsiqəsini əlindən almaq səlahiyyətindən isə ümumiyyətlə söhbət belə gedə bilməz. Yol hərəkəti qaydalarına əsasən, yalnız törətdiyi xətalara görə sürücülük hüququnun məhdudlaşdırılması nəzərdə tutulan şəxslərin sürücülük vəsiqəsi əlindən alına bilər. Bunu etmək isə nəqliyyat müfəttişlərinin səlahiyyətlərinə qətiyyən aid deyil. Həmçinin sürücüdən sənəd almaq, nömrə açmaq, nəqliyyat vasitəsini saxlayıb cərimə meydançasına aparmaq kimi səlahiyyətlərin də nəqliyyat müfəttişlərinə heç bir aidiyyatı yoxdur. Göründüyü kimi nəqliyyat müfəttişləri bilavasitə vəzifə səlahiyyətlərini aşmaqla sırf polislərin sahəsinə müdaxilə edir. Ziya Məmmədovun himayə etdiyi nəqliyyat müfəttişləri qeyri leqal polis funksiyasını həyata keçirir. Nəqliyyat naziri bu yolla Daxili İşlər Nazirliyinin də səlahiyyətlərini ələ keçirtmək istəyir.
Nəqliyyat müfəttişlərinin qanunsuz əməlləri haqqında kifayət qədər faktlar olmasına baxmayaraq, nazirlik tərəfindən onlara qarşı heç bir tədbir görülmür. Cəzasız qalacağından tam əmin olan nəqliyyat qoçuları sürücüləri döyməkdən belə çəkinmirlər. Nəqliyyat müfəttişlərinin haqqını vermək istəməyən onlarla sürücü döyülüb, təhqir olunub. Lakin, Nəqliyyat naziri Ziya Məmmədov hər dəfə belə əməllərə yol verən müfəttişləri qoruyur. Ailəsini taksi sürməklə dolandıran insanlar nəqliyyat müfəttişləri tərəfindən talanır, soyulur. Dəstəylə taksi sürücülərinə hücum çəkən müfəttişlər kobud, təhqiramiz rəftar etməklə onlardan qanunsuz pul tələb edir, verməyəndə isə sürücüləri döyməkdən, maşınlarını əllərindən almaqdan belə çəkinmirlər. İstədikləri vaxt avtomobilə oturub qanunsuz axtarış aparan müfəttişlər sürücülərin hüquqlarını addımbaşı tapdalamaqdan, onlarla quldur kimi rəftar etməkdən zövq alırlar. Cəmiyyətdə kifayət qədər narazılıq dalğası yaradan belə əməllər isə hər gün davam etdirilir. Onların harada, hansı şəraitdə peyda olacağını təxmin etmək mümkün deyil. Yaxaladıqları sürücülər isə ya gərək onların haqqını verə, ya da qaçıb canını qurtara. Dəfələrlə sürücüləri qovalayan nəqliyyat müfəttişləri ölümlə nəticələnən qəzalara səbəb olublar. Amma, hər dəfə məsuliyyətdən yayınmağı bacarıblar. Çünki, bilavasitə Nəqliyyat Nazirliyi tərəfindən himayə olunan, artıq öz funksiyalarından daha çox qoçuluqla məşğul olan müfəttişlər yuxarıda qeyd etdiyimiz kimi qeyri leqal polis təşkilatına çevriliblər. Ziya Məmmədov nəqliyyat müfəttişlərinə geniş imkanlar yaratmaqla Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə müdaxilə edir. Görünür nəqliyyat sektoruna tamamilə nəzarəti ələ keçirən nazir imkanlarını genişləndirmək, öz hakimiyyətini möhkəmləndirmək üçün nəqliyyat qoçularının gücündən faydalanmaq istəyir. Çox böyük narazılıqlara səbəb olan nəqliyyat müfəttişlərini bu qədər cidd-cəhdlə qorumağa başqa nə ad vermək olar? Polislərin belə cəsarət etmədiyi işləri nəqliyyat müfəttişləri hər gün çox rahatlıqla edirlər. Bu isə Ziya Məmmədovun qeri leqal “polislərinin” həqiqi polislərdən üstün mövqedə olmasını göstərir. Bunun hansı nəticələrə gətirib çıxaracağını təxmin etmək çətindir. Nəqliyyat müfəttişləri sabitliyi hər an pozacaq qüvvəyə çevriliblər. Bu barədə tezliklə tədbir görülməzsə, nəqliyyat qoçularının tamamilə nəzarətdən çıxaraq böyük təhlükəyə çevriləcəyi şübhəsizdir. Amma, nədənsə səlahiyyət sahibləri hələ ki, seyriçi mövqedə durmağa üstünlük verirlər.
NİCAT MAHMUDOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda nəqliyyat müfəttişləri taksi sürücüsünü maşınla vurdular - FOTOLAR

    Bakıda nəqliyyat müfəttişləri taksi sürücüsünü ...

    6-02-2015, 23:12

  • 
  • Nəqliyyat Nazirliyinin müfəttişləri rüşvət alarkən kameramıza düşdülər - Video (Özəl)

    Nəqliyyat Nazirliyinin müfəttişləri rüşvət ...

    15-03-2015, 23:26

  • 
  • Nəqliyyat müfəttişləri ilə bağlı yeni rüşvət qalmaqalı (VİDEO)

    Nəqliyyat müfəttişləri ilə bağlı yeni rüşvət ...

    12-12-2013, 02:25

  • 
  • Ziya Məmmədovun müfəttişləri sürücünü döyüb, maşınını əlindən aldılar

    Ziya Məmmədovun müfəttişləri sürücünü döyüb, ...

    25-11-2013, 12:15

  • 
  • Nazirin qoçuları Xaçmazda “at oynadır”

    Nazirin qoçuları Xaçmazda “at oynadır” ...

    29-03-2014, 15:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu