Nəqliyyat Nazirliyi müfəttişlərinin özlərini qoçu kimi aparmaq ənənəsi davam edir.
Bu gün onlar şəkildəki Abuzər Cəfərli adlı sürücüyə qarşı qanunazidd əməllər törədiblər. Bu barədə musavat.com-a məlumat verən A.Cəfərlinin sözlərinə görə, 5-6 nəfər mülki geyimli şəxs, özlərini NN-in müfəttişləri kimi təqdim edərək, ona hücum edib, xəsarət yetiriblər, sənədlərini və maşının mücrüsündəki 150 manat pulunu götürərək gediblər.
A.Cəfərli bildirir ki, o, bu qanunsuz hərəkətlərlə bağlı DİN-in 102 xidmətinə dəfələrlə müraciət edib, amma hələlik bir tədbir görən yoxdur.
Vətəndaş köməksiz qaldığını, nə edəcəyini, kimə üz tutacağını bilmədiyini deyib.
Qeyd edək ki, Nəqliyyat Nazirliyinin əməkdaşlarının adlarının bu kimi hadisələrə qarışması, birinci, onuncu, yüzüncü də deyil. Hər gün mətbuat orqanlarına bu cür şikayətlər daxil olur, iki bu qədər hadisə isə ümumiyyətlə, mətbuata gəlib çıxmır. Hadisə barədə mediaya xəbər yalnız müfəttişlər sürücüləri möhkəm döyəndə, xəsarət yetirəndə çatır.
Sorğu
Yeni dizaynımız necədir?