GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qaradağın icra başçısından Zakir Qaralova şikayət

Qaradağın icra başçısından Zakir Qaralova şikayət

Tarix: 18-03-2014, 19:00 Bölmə :Ölkə Baxış: 809
Qaradağın icra başçısından Zakir Qaralova şikayət
Sahibkarlar icra başçısının əlindən imdad diləyir

«Gündəm xəbər»in redaksiyasına Qaradağ rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı olaraq baş prokuror Zakir Qaralova şikayət məktubu daxil olub. Şikayət məktubunu olduğun kimi təqdirik.
Bakı şəhəri Qaradağ rayonu Lökbatan Qəsəbəsi 4-cü massiv, 9-cu keçid, ev 14, Ağayev Ağahüseyn Qulam oğlu tərəfindən
Hörmətli Zakir müəllim!
Mənim sizə və maliyyə nazirinə ünvanladığım əvvəlki 5 şikayət ərizələrimin sonuncusu mart ayının 15-də olmuşdur, bu günə qədər yazdığım ərizəyə Maliyyə Nazirliyi tərəfindən verilmiş cavabda nazirliyin Maliyyə Nəzarəti Xidmətinin rəisi C.Yusifov bildirmişdir ki, Qaradağ rayonu üzrə aparılacaq növbəti nəzarət tədbiri zamanı müraciətinizdə göstərilən məlumatlarda araşdırılacaqdır. Deməli növbəti yoxlamaya qədər bu özbaşınalıq davam edəcəkdir.
Hörmətli Zakir müəllim!
Abırsızlığın hüduduna baxın ki, cənab Prezident İ. Əliyev korrupsiyaya qarşı bütün xalqı mübarizəyə çağırdığı bir dövrdə Maliyyə Nazirliyi buna rəvac verir. Rica edirəm, bu məsələnin araşdırılmasına göstəriş verəsiniz və mənim də iştirakımı təmin etməyinizi xahiş edirəm.
Cənab prezident dəfələrlə belə hallara qarşı ciddi ölçü götürəcəyini bildirmiş və aidiyyatı qurumlara bu barədə xəbərdarlıq etmişdir.
Cənab prezident İ.Əliyev 6 fevralda keçirdiyi müşavirələr məmurlara bir daha tapşırıq verdi, xalqın haqlı narazıçılıqlarını və şikayətlərini vaxtında araşdırsınlar. Xalqa müraciət edərək, özü bu xalqın xidmətində olduğunu bəyan etdi və məmurlara öz sərt ifadəsi ilə xalqa xidmət etməyi birmənalı tapşırdı. Cənab prezident Azərbaycanda öz siyasi fəaliyyətində bizim rayondan başlamışdır. Bizi Milli Məclisdə layiqincə təmsil etmişdir. O, dövrdə mən Qaradağ rayon İH başçısının müavini işləmişəm və onun rəhbərliyi altında rayonda xeyli miqdarda abadlıq və quruculuq işlərini yerinə yetirmişik. Mən tikinti və abadlıq sahəsinə baxdığım üçün mütəmadi görüşürdük. O, dövrdə rayonun büdcəsi l milyon Dollara yaxın idi. Buna baxmayaraq beş ildə biz cənab İ.Əliyevin qayğısı nəticəsində Qarabağ əlilləri və şəhid ailələrinə iki beş mərtəbəli əlli mənzilli bina tikib istifadəyə verdik və qeyri yaşayış sahələrinin statusunu dəyişərək, təmir edərək bu ailələrə payladıq. Beş yüz kilometr qəsəbə daxili və bir o qədər də qəsəbə arası yolları təmir etdik, əhalini fasiləsiz işıq, su və qazla təmin etmək üçün lazım olan bütün tədbirləri həyata keçirtdik. Bu gün də o, öz yaxşı nəticəsini göstərir. Sahil qəsəbəsində 2.5 km uzunluğunda dənizkənarı park-bulvar, stadion. Lökbatan qəsəbəsindəki parkın ərazisi iki dəfə genişləndirərək xalqın istifadəsinə verdik. O dövrdə cənab İ.Əliyevin səyi nəticəsində bütün Qarabağ əlilləri və şəhid ailələri kommersiya obyektləri ilə təmin olundu, bu da o, dövrün aztəminatlı ailələri üçün böyük bir töhvə idi. Hər ay aztəminatlı ailələrə otuz tondan artıq ərzaq məhsullarının paylanmasıda cənab İ.Əliyevin səyi nəticəsində baş tuturdu.
Hörmətli Zakir müəllim!
Ölkə prezidenti Nazirlər Kabinetinin yığıncağında məmurlara qəti şəkildə korrupsiya əməllərinə son qoyulmasını və belə hallara görə onların daha ciddi cəzalandırılacağını bəyan etdi. Əhaliyə müraciət edərək belə halların qarşısının alınmasında hər bir vətəndaşın yaxından iştirakmı məqsəd kimi qarşıya qoydu. Bizim Qaradağ rayonunda büdcə vəsaiti talan edilir, abadlıq işi adı altında mətbuatdan məlum olduğu kimi iş adamlarından vəsait toplanır. Rayonda 50 mindən yuxarı son dövrdə qanunsuz tikilmiş tikililər var. Bunlardan yığılmış vəsaitin miqdarı 200 milyondan yuxarıdır. Cənab prezident rayon tədbirlərində iştirak etdiyi vaxt o ətraf qismən abadlaşdırılır, ondan 30 metr aralı isə bərbad vəziyyətdədir. Bunu bütün qəsəbələrdə müşahidə etmək mümkündür. Qismən aparılan abadlıq işləri ara fəhlələri tərəfindən icra olunur bunlarda günəmuzd işləyirlər. Büdcədən ayrılan vəsait isə 2 nömrəli akt ilə naməlum təşkilatlara köçürülür və mənimsənilir. İndi büdcə milyonlarla ölçülür. Bunun hara xərclənməsi biz sakinlərə məlum deyil. Görülən işlər isə o dövrlə müqayisədə sıfıra bərabərdir. Korrupsiya əməlləri nəticəsində rayon İH başçısı S.Mikayılovun topladığı milyonlar xalqın haqlı narazılığına səbəb olur və bunlar mətbuatda öz əksini tapır. Xahiş edirəm bu məsələnin araşdırılmasına göstəriş verəsiniz və bizimdə iştirakımızı təmin edəsiniz. Qəsəbələrdə yollara vurulmuş asvalt örtüyünün qalınlığı 2-4 sm olduğundan tez sıradan çıxır. Buda başçının korrupsiya əməllərindən xəbər verir.
Hörmətli Zakir müəllim!
Aidiyyatı qurumlara o cümlədən Maliyyə Nazirliyinin belə münasibəti mənim də təmsil olduğum Yeni Azərbaycan Partiyasının rəhbərlərindən biri Siyavuş Novruzovun Milli Məclisin İclasında çıxışı tam yerinə düşdü. O, da mən dediklərimi təsdiq edərək göstərdi ki, rayon İcra Hakimiyyətinin başçıları istifadə də olunan faktların abadlığı adı altında dövlət büdcəsindən ayrılan pulları mənimsəyirlər. Belə hallara qarşı ölkə başçısı və mənsub olduğum partiyanın qəti mübarizəsinə baxmayaraq, Maliyyə Nazirliyi susur, bunun da səbəbi yəqin ki, onların maraqlarıdır. Bu da ölkə prezidentinin və mənsub olduğu partiyanın imicinə xəyanətdir. Biz qaradağlılar həmişə ölkə başçısı İlham Əliyevin yanındayıq. Bir daha xahiş edirəm bu məsələdə öz mövqeyinizi göstərəsiniz.
KƏRİM
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Qaralov prokurorların yerini dəyişdi

    Zakir Qaralov prokurorların yerini dəyişdi ...

    14-10-2015, 22:01

  • 
  • Qaradağ İcra Hakimiyyətinin bir addımlığında olan “zibil poliqon”u -FOTOLAR

    Qaradağ İcra Hakimiyyətinin bir addımlığında olan ...

    30-09-2015, 14:41

  • 
  • Zakir Fərəcovun Bakı meri gətirilməsinə RƏSMİ MÜNASİBƏT

    Zakir Fərəcovun Bakı meri gətirilməsinə RƏSMİ ...

    9-12-2013, 17:54

  • 
  • Laçın sakini Zakir Qaralovdan kömək istədi

    Laçın sakini Zakir Qaralovdan kömək istədi ...

    28-02-2013, 11:02

  • 
  • "XALƏDDİN İSGƏNDƏROV MƏNDƏN RÜŞVƏT İSTƏYİR" - ŞİKAYƏT

    "XALƏDDİN İSGƏNDƏROV MƏNDƏN RÜŞVƏT ...

    11-04-2016, 16:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu