Xətai rayonu ərazisində, Fəzail Bayramov küçəsində gediş-gəliş səkisini ortadan kəsərək böyük narahatçılıq yaradan bu avtomobil-yuma məntəqəsinin açılmasına kimin icazə verdiyini, məktəb şagirdlərinin, istifadə etdiyi səkini kəsməyə, həyətdəki əhaliyə böyük problemlər yaratmasından dövlət yetkililərinin xəbəri olub-olmadığını araşdırmaq məqsədi ilə, sualımızı ünvanlayaraq cavab gözləyirik. Həyətdə yaşayanlara böyük problemlər yaradacaq bu asan qazanc mənbəyinə, avtomobil-yuma məntəqəsinə əgər tezliklə son qoyulmasa, həyətdə yaşayanların böyük problemlərlə üzləşəcəkləri qaçılmazdır. Fəzail Bayramov küçəsindəki yeni inşa edilən moykanın fotosunu təqdim etməklə əlaqədar təşkilatları ciddi tədbirlər görməyə çağırırıq. Problem həll edilənə qədər mövzunu diqqətdə saxlayacağıq. Məmmədəli
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?