GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Azərbaycanlıları Suriyaya ölümə göndərən kimdir?

Azərbaycanlıları Suriyaya ölümə göndərən kimdir?

Tarix: 28-01-2014, 09:57 Bölmə :Maraqlı Baxış: 956
Azərbaycanlıları Suriyaya ölümə göndərən kimdir?


Ötən ilin dekabrında baş verən qarşıdurmadan sonra cərəyan daxilində bölünmə dəqiqləşib. Son günlər radikal dini cərəyanlar mövzusu Azərbaycanda yenidən aktuallaşıb. Suriyada gedən daxili müharibəyə qatılan onlarla azərbaycanlının məhz bu cür təkfirçi, radikal cərəyanların üzvü olması və hər gün artan ölüm xəbərləri ölkədə ciddi narahatlığa səbəb olub. Artıq radikal təfəkkürlü dindarların varlığı və saylarının durmadan artması ölkə ictimaiyyətini də narahat etməyə başlayıb. İctimai rəyin diqqətinin bu mövzuya yönəlməsinin daha bir səbəbi isə yerli sələfi liderlər arasında başlayan qarşıdurma oldu. Qamət Süleymanov və Əlixan Musayev arasında başlayan qarşılıqlı ittihamlarla dolu bəyanatlar bu dini təriqət daxilində ciddi qarşıdurmaların olduğunu göstərir. Ötən həftə isə Azərbaycanda sələfilərin (vəhhabilərin) ən çox yayıldığı bölgələrdən olan Sumqayıtda cərəyanın liderlərindən olan Zöhrab Şıxəliyev xeberle.com saytına müsahibə verib. Z.Şıxəliyev cərəyanın ruhani liderlərindən olmasa da, aktiv sələfilərdəndir və özünün dediyinə görə, üçmərtəbəli evini sələfilərə ibadət etmələri üçün istifadəyə verib. Qeyd edək ki, Z.Şıxəliyevin adı ötən il Sumqayıtda sələfilərin şəhər cümə məscidini ələ keçirmək cəhdi zamanı da gündəmə gəlmişdi. Həmin vaxt bir qrup sələfi məscidə gələrək, bu məsciddə camaat namazı qılmaq istədiklərini bildirmişdi. Ancaq həmin vaxt məsciddə rəsmi təyinatlı axundla yanaşı, ikinci bir ruhaninin camaat namazı qılmaq istəməsi yerli dindarların narazılığına səbəb olmuşdu. Bir neçə gün qarşıdurma vəziyyəti yaransa da, sonradan sələfilər geri çəkilməyə məcbur olmuşdular. Maraqlıdır ki, Zöhrab Şıxəliyev Suriyada döyüşməyə gedənlərin onların tərəfdarları olmadığını, başqa qruplaşmanın üzvü olduğunu deyib. Və əlavə edib ki, hökumət qurumları bu qruplaşmaları yaxşı tanıyır. Qeyd edək ki, Z.Şıxəliyev ruhani olmasa da, Sumqayıtda sələfilərin, başqa sözlə Q.Süleymanov tərəfdarlarının əsas simalarından biridir. Özünün bildirdiyi kimi, həqiqətən şəxsi evini cərəyan nümayəndələrinin ixtiyarına verib. Q.Süleymanova yaxın olan bu şəxs şəxsi mülkünü sələfilərin ibadət və tədrisi mərkəzinə çevririb. Verilən məlumatlara görə, Z.Şıxəliyevin evindəki otaqlardan birində kişilər, digərində isə qadınlar ibadətə və dərslərə yığışırlar. Hər otaqda isə səsgücləndiricilər var. Bundan başqa, cümə günü istisna olmaqla, hər gün bu otaqlarda dərslər təşkil edilir. Qamət Süleymanov, Əlixan Musayev, Muxtar və daha bir neçə sələfi ruhaniləri gələrək, dini dərslər təşkil edirlər. Eyni zamanda, yalnız cümə günü dərslər keçilmir. Ancaq hər cümə camaat namazı qılınır və özbək aşı məclisi təşkil olunur. Əldə etdiyimiz məlumata görə, daha əvvəl bu qrupun üzvləri Ceyranbatan məscidinə yığışsa da, ötən ilin yazında Sumqayıtda yeni məscidin açılışından sonra sələfilər də fəallaşaraq, məscid tələb ediblər. Belə ki, sələfilər Ceyranbatan məscidindən uzaqlaşdırıldıqdan sonra, Sumqayıt məscidini ələ keçirməyə çalışıblar. Ancaq məsciddə camaat namazı qılmaq tələbi ilə gələn sələfilərin iddialarının reallaşmasının mümkünsüz olduğu izah edildikdən sonra, camaat üzvləri yenidən Ceyranbatan məscidinə geri dönüb... Öz mülkünü dindaşlarının ixtiyarına verən Zöhrab Şıxəliyevin imkanlı şəxslərdən olduğu, daha əvvəllər qızıl ticarəti ilə məşğul olduğu da bildirilir. Maraqlı daha bir məqam isə Z.Şıxəliyevin doğma qardaşının nüfuzlu şiələrdən olmasıdır. “Yeni Müsavat”a məlumat verən mənbənin bildirdiyinə görə, bu qruplaşma ilə əsasən xaricə döyüşçü göndərən təkfirçi vəhhabilər arasında münasibətlər soyuqdur və hətta düşməncəsinədir. Ötən il dekabrın 11-də Sumqayıtda baş verən atışmadan sonra aparılan həbslər nəticəsində məlum olmuşdu ki, qarşıdurma sələfi qruplaşmalarının daxilində yaranıb və mübahisəyə səbəb olan da qrupdaxili fikirayrılıqlarıdır. Sumqayıtda radikal görüşlü təkfirçi vəhhabilər də geniş yayılıblar. Onların əsas fəalları sırasında Ceyhun və Elmar adlı şəxslərin adları çəkilir. Ancaq bu şəxslər qruplaşmanın lideri deyillər, daha çox güc sahiblərii və fəallar kimi tanınıblar. Ötən ilin dekabrında Sumqayıtda baş verən atışmada Elmarın da adı hallanırdı. Qeyd edək ki, Sumqayıtda təkfirçi vəhhabi qruplaşmalarının izləri ilk dəfə 2007-2008-ci illərdə görünməyə başlayıb. Həmin vaxt MTN Sumqayıtda da əməliyyat keçirmiş və biri ərəb olmaqla, bir neçə nəfər həbs olunmuşdu. Əbu Cəfər ləqəbli ərəbin, eləcə də, həbs olunan digər təkfirçilərin “Meşə Qardaşları” qruplaşmaları ilə bağlantıları üzə çıxmışdı. Xatırladaq ki, dekabrın 11-də Sumqayıtda bir qrup şəxs arasında atışmada iştirak etməkdə şübhəli bilinərək, həbs olunanların sayı 14 nəfərə çatıb. ("Musavat.com)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Allahşükür Paşazadənin gecikmiş bəyanatının pərdəarxası

    Allahşükür Paşazadənin gecikmiş bəyanatının ...

    30-01-2014, 16:12

  • 
  • Azərbaycanda sələfi qruplar arasında dava qızışır - Video

    Azərbaycanda sələfi qruplar arasında dava qızışır ...

    30-01-2014, 17:58

  • 
  • Sələfiləri hansı qüvvələr varlandırır..?

    Sələfiləri hansı qüvvələr varlandırır..? ...

    12-02-2014, 13:20

  • 
  • İki terror təşkilatı Azərbaycana qarşı

    İki terror təşkilatı Azərbaycana qarşı ...

    28-01-2014, 10:17

  • 
  • Suriyada döyüşən azərbaycanlılarla bağlı sensasion iddia...

    Suriyada döyüşən azərbaycanlılarla bağlı ...

    30-01-2014, 15:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu