Gəncədə qaçırılan qız zorlandıGəncə şəhər Vatutin ev 12-də yaşayan İsmayılova Şamama Sarı qızı Gəncə polisinin fəaliyyətindən narazıdır
Qızının oğurlanması və zorlanması barədə şikayətinin Gəncə polisi tərəfindən araşdırılmadığını iddia edən Ş.İsmayılova DİN rəhbəri Ramil Usubova müraciət edib. Ş.İsmayılovanın sözlərinə görə, 24.02.2014-cü il tarixdə onun qızı İsmayılova Fatimə Şamil qızı tanıdıqları Gəncə şəhər sakini Məmmədov Teymur Seymur oğlu tərəfində oğurlanmışdır. Qızqaçıran şəxs Gəncə şəhərinin Sadlı qəsəbəsində İsmayılova Fatiməni 20 gün kirayədə saxlayaraq onunla zorla cinsi əlaqədə olub. Şikayətçinin dediyinə görə, qızı cinsi zorakılığa məruz qalmasına etiraz olaraq bədənin müxtəlif yerlərini, eləcədə qollarını kəsici alətlə doğrayıbr. Bundan sonra qızın valideyinləri onun tapılması üçün Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə yazılı müraciət edib. Gəncə polisi 13 mart 2014-cü il tarixində oğurlanmış Fatiməni taparaq valideyinlərinə təhvil verib.Araşdırma zamanı məlum edilib ki, oğurlanmış Fatimə İsmayılova, Məmmədov Teynmur Seymur oğlu tərəfində cinsi zorakılığa məruz qalıb. Nizami rayonun Polis İdarəinin Elçin adlı təhqiqatçısı qızdan izahat alıb ki, guya bu hərəkətlər onun razlığı ilə baş tutub. Fatimə İsmayılova Məmmədov Seymur tərəfindən ailə qurulması üçün qaçırılsa da, valideyinin dediyinə görə küçəyə atılıb. İddiaya görə, bu cinayətin ört-basdır edilməsi üçün Gəncə polisi plan da qurub. Plana görə qaçırılmış olan qızın anasını susdurulması üçün İsmayılova Şamama guya “kürəkəni” Məmmədov Seymura xəsarət yetirib. Hal-hazırda adı çəkilən xanım polis tərəfindən zorla gətirilməsi üçün göstəriş verildiyi də bildirilir. Lakin 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş yeni Cinayət Məcəlləsində bu əməl adam oğurluğu kimi tanınır və 144-cü maddə ilə tövsif olunur. Həmin məcəllə ilə bu əməl 5 ildən 12 ilədək, eyni əməllər yetkinlik yaşına çatmamış şəxs barəsində törədildikdə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Gəncə sakini DİN rəhbərliyindən bu olayın nəzarətə götürülməsini aidiyyatı üzrə göstəriş verməsini xahiş edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?