"Suriyada öldürülən azərbaycanlı güləşçi Ceyhun Əliyev yox, Ceyhun Bayramovdur"
Azərbaycan Güləş Federasiyası Suriyada azərbaycanlı güləşçinin öldürülməsi barədə yayılan xəbərlərə münasibət bildirib. Federasiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Suriyada öldürülən azərbaycanlı güləşçi Ceyhun Əliyev yox, Ceyhun Bayramovdur. C. Bayramov əvvəllər yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü olub. O, respublikada keçirilən yarışlarda yer qazansa da, Avropa çempionatlarında ümumiyyətlə iştirak etməyib. C. Bayramov təxminən bir-iki il əvvəl yığmadan ayrılıb. Federasiyanın mətbuat xidmətindən C. Bayramovun Azərbaycan yığmasının üzvü olduğu zaman saqqal saxlamadığını deyiblər. Qeyd edək ki, Suriyada son günlər öldürülən azərbaycanlılardan ikisinin Sumqayıt sakini olduğu məlum olub. Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrində yer alan məlumatlara görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Bayramov Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir. Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Bayramov bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib. “Mücahidlər” C. Bayramovun fotosunu da yayıblar.
***** Suriyada son günlər öldürülən azərbaycanlılardan ikisinin Sumqayıt sakini olduğu məlum olub. APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Əliyev Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir. Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Əliyevin bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib. Məlumata görə, Ceyhun Əliyev güləş üzrə Azərbaycan yığmasının üzvü olub, Azərbaycan və Avropa çempionu adını qazanıb. Silahlılar Ceyhun Əliyevin fotosunu da yayıblar. APA-nın Sumqayıt şəhərində yaşayan dindarlardan əldə etdiyi məlumata görə, ailəsi Ceyhuna bu gün üç mərasimi verib. Azərbaycanlı döyüşçülərə məxsus internet səhifələrinin yazdığına görə, həmin döyüşdə həlak olanlardan biri də azərbaycanlılardan ibarət dəstənin “Musab Abdurahim Abdulmacid” adlı komandiridir. Qeyd edək ki, martın 22-də Suriyada “İraq Şam Dövləti” silahlı qruplaşması ilə “Kürd YPG” qruplaşması arasında döyüşdə 25 nəfər öldürülüb. Onlardan 12-nin azərbaycanlı olduğu bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?