ABŞ kəşfiyyatı Rusiyanın Şərqi Ukraynaya qoşun yeritmək ehtimalının yüksək olduğunu müəyyənləşdirib. Unian.net-in məlumatına görə, ABŞ kəşfiyyatı bu barədə Konqresi məlumatlandırıb. Amerikalı ekspertlər Luqansk, Donetsk, Xarkov şəhərlərinə zərbələri və Baltikyanı bəzi ərazilərə hücum gözlənildiyini deyirlər. NATO qüvvələrinin komandanı Filipp Bridlav konqressmenlərə bildirib ki, sərhədə cəmləşdirilən qüvvələr bunun üçün kifayətdir. Amerika kəşfiyyatı Rostov-na-Donu, Kursk və Belqorod rayonlarına 30 mindən çox əsgərin cəmləşdirildiyini deyir. Bu isə qəfil hücum üçün kifayətdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?