GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Oğru dünyası” qana susayıb

“Oğru dünyası” qana susayıb

Tarix: 9-01-2013, 10:53 Bölmə :Ölkə Baxış: 3 562
“Oğru dünyası” qana susayıb

Aslan Usoyan (Ded Xasan) və Rövşən
Caniyev (Lənkəranski) müharibə başladı


Kriminal aləm 2013-cü ildə qanlı döyüşə hazırlaşır. Bu dəfə döyüş Aslan Usoyan (Ded Xasan) və ona qarşı birləşmiş müxalifətin lideri olan Rövşən Caniyev (Lənkəranski) arasında gedəcək. Ötən dekabrda hər iki tərəf “sxodkalar” apararaq bir-birlərinə qarşı ittihamlar səsləndiriblər. Bu barədə məlumat “Praym-kraym” saytında yer alıb.

Müharibə niyə başlayır?

Məlumata görə, Rövşən Caniyev Vyaçeslav İvankovun ölümünü təşkil etməkdə və Ded Xasana qarşı qəsddə ittiham edilir. 2010-cu ilin 16 sentyabrında Ded Xasana qarşı snayperli hücum təşkil edilib və o, özündən sonra mafiya imperiyasına kimin rəhbərlik edəcəyi barədə düşünüb. Bu zaman isə daha çox öz qohumu olan “Miron” ləqəbli kürd Dmitri Çantiriyanın namizədliyi üzərində dayanıb. 1981-ci ildə Gürcüstanda doğulan Miron 2004-cü ildə kriminal aləmdə möhkəmlənib. Bu zaman isə Ded Xasan öz qohumunu Yaroslavl üzrə nümayəndə təyin edib. 2004-cü ildə o, Ded Xasanın başqa bir qohumu - Yuri Usoyanla bərabər həbs edilib. Onların hər ikisində narkotik maddə tapılsa da, şərti cəza verilib. 2005-ci ildə Yaroslavlda Mirona qarşı saxta sənədlərdən istifadə ilə bağlı cinayət işi açılaraq axtarışa verilib. 2010-cu ildə Ded Xasana qarşı sui-qəsd təşkil edildikdən sonra Usoyan qohumunu Moskva ətrafına çağırıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, hazırda digər qanuni oğrularla, eləcə də biznesmenlərlə danışıqları məhz Ded Xasan tərəfindən Miron aparır. Miron mübahisələrin danışıqlar yolu ilə həllinə tərəfdar olaraq münaqişələrdən xoşlanmayan şəxs kimi xarakterizə edilir. Buna görə də Usoyanın qəti əlehdarları belə, Mirona qarşı loyal münasibət sərgiləyir. Lakin buna baxmayaraq, son zamanlar o, böyük bir qoruma ordusu ilə gəzməyə başlayıb. Ded Xasanın özünü isə 10 nəfərə yaxın mühafizəçi qoruyur. Hətta ən çox sevdiyi “Bosfor” restoranına (Mironun qərargahı) və özünün “Fayton” (Ded Xasanın qərargahı)”obyektinə gedəndə belə onun əyləşdiyi masa canlı divarla əhatə olunur. Klanın yerlərdəki nümayəndələri də artıq bəllidir - Yaroslavlda bu missiyanı Yuri Usoyan, Sverdlovskda Ded Xasanın başqa bir qohumu Teymur Mirzoyev və Qazaxıstanda yezidi kürd olan Qadi Koloyan yerinə yetirir.

Ded Xasan özündən sonrakıları artıq müəyyən edib

Mənbə bildirib ki, klana rəhbərlik etməkdə Mironun qarşısını ancaq Zaxar Kalaşov kəsə bilər ki, o, kriminal aləmdə “Gənc Şakro” kimi tanınır. Hazırda İspaniyada cəza çəkən bu şəxs 2013-cü ildə azadlığa çıxacaq. Gürcüstan onun ekstradasiyasını tələb edir, çünki Şakro biznesmen Aleks Kreynanın oğurlanaraq qətlə yetirilməsinə görə qiyabi olaraq 18 il azadlıqdan məhrum edilib. Ancaq Gürcüstanda hakimiyyət dəyişikliyi onun ekstradasiyasının həyata keçiriləcəyini şübhə altında qoyub. Məlumatlara görə, Şakronun nüfuzu kriminal aləmdə, eləcədə də kürdlər arasında olduqca yüksəkdir. Onun azadlığa çıxdıqdan sonra özünü necə aparacağı bəlli olmasa da, həmişə Usoyanın qatı tərəfdarı kimi tanınıb. Ancaq məhkəmə hökmünə qədər ev dustağı olduğu zamanlarda Kalaşovla Ded Xasanın yaxın adamları arasında fikir ayrılığı yarandığı da bildirilir.
Hələlik isə Moskvada Şakronun maraqlarını onun keçmiş həyat yoldaşı Donara qoruyur. Məlumatlara görə, bu qadın şəxsən özü “sxodkalarda” iştirak edir və öz limuzinində gəzir.

Caniyev Azərbaycan mafiyasına rəhbərliyə iddialıdır

Mənbənin məlumatına görə, Ded Xasan öz opponenti Tariel Oniani ilə mübarizə apararkən (onlar həbsxanaya göndərilən Şakronun biznes imperiyasını kimin idarə edəcəyini müəyyənləşdirə bilmirdilər) meydanda ona qarşı daha bir güclü qüvvənin baş qaldırdığının fərqinə varmayıb. Bu qüvvələrin başında isə kriminal “generallar” olan Cemo Mikeladze (Cemo) və Rövşən Caniyev (Lənkəranski) dayanır. Rövşənin kriminal karyerası 1996-cı ildə başlayıb. Hazırda o, ən varlı “zakonniklərdən” hesab edilir. Onun Ded Xasanı “sevməməsi” üçün bir çox səbəbi var. R.Lənkəranski artıq çoxdan Azərbaycandan olan mafioz qruplaşmaların rəhbərliyinə iddialıdır, ancaq bunu hələlik əldə edə bilməyib. Azərbaycandan olan digər nüfuzlu “zakonniklər” Baxış Əliyev (Vaxa), Nadir Səlifov (Lotu Quli), Yusif Əliyev (Yuska Şəmkirski) Usoyanın klanına daxildir. Məhz buna görə də onlar Rövşən Canıyevə qarşı duruş gətirə bilirlər. Hələ 2009-cu ildə Vaxa və Rövşən Lənkəranski Moskvanın göyərti topdansatış bazaları uğrunda mübarizə aparıb. Bu “razborkalar” nəticəsində 20-dən çox qanqsterin öldüyü bildirilir. Ən çox itkini isə Rövşən Lənkəranski verib.

Rövşən Lənkəranskinin 10 azərbaycanlı “qanuni oğrusu”

2009-cu ildə Caniyevin başqa bir problemi yaranıb. Ded Xasanın yaxın adamı kimi tanınan Vyaçeslav İvankov (Yaponçik) Podmoskovyedə tikinti materialları, xüsusən də quru beton qarışıqları istehsalını əlinə almaq istəyib. Bu vaxta qədər isə tikinti materiallarının topdan və pərakəndə satış bazarı Rövşən Caniyevə yaxın şəxslərin əlində cəmləşmişdi. 2009-cu ilin yayında Yaponçikin də iştirakı ilə “sxodka” keçirilib və orada bir çeçenlə yanaşı, R.Lənkəranskiyə yaxın qanqsterlər də iştirak edib. “Söhbət” xoşagələn olmayıb və iyulun 28-də İvankova qəsd edilib. O, qısa müddət sonra xəstəxanada vəfat edib. Bundan sonra mübarizə daha da qızışsa da, R.Lənkəranski üstünlüyü əlində saxlaya bilməyib. Ona ən böyük zərbə isə 2010-cu ildə Ukraynada saxta sənədlərlə həbs edildiyi zaman vurulub. Ded Xasanın tərəfdarı olan azərbaycanlılar bu vəziyyətdən istifadə etməyə çalışaraq Rövşənin adamlarını onların nəzarət etdikləri sahələrdən kənarlaşdırmağa çalışıblar. Ancaq bu alınmayanda yenidən güllələr “danışıb”: 2010-cu ildə Vaqif Tukanov adlı avtoritet öldürülüb; Qısa müddət sonra isə Ded Xasana sui-qəsd təşkil edilib və o, qarnından yaralanıb; 2012-ci ildə Ded Xasanın “ailəsinə” daha bir itki üz verib- “Danabaş” ləqəbli azərbaycanlı avtoritet Vaqif Cəbrayılov güllələnib. Ancaq bundan sonra hadisələrdə Rövşən Lənkəranskinin rolu barədə fikirlər ciddiləşməyə başlayıb. Ded Xasanın təhlükəsizliyinə də cavabdeh olanlardan biri kimi tanınan “Danabaş” güllələndikdən sonra “küləyin haradan əsdiyi” barədə şübhələr yaranıb. Bundan sonra Caniyevin adı həm bu cinayətdə, həm də Yaponçikin ölümü və Ded Xasana sui-qəsddə hallandırılıb. Və Ded Xasanın “ailəsindən” olan, 10 nəfəri azərbaycanlı olmaqla 30 “qanuni oğru”nun imzası ilə kaloniyalara “malyatva” yayılıb. Beləliklə də R.Lənkəranskinin “qanuni oğru” adının alındığı barədə məlumatlar səsləndirilib.

Müharibənin detalları bəllidir

Ancaq Ded Xasanın bu tədbirləri bir qədər gec aldığına görə, artıq Lənkəransı kriminal aləmdə öz nüfuzunu kifayət qədər möhkəmlədib. Artıq onu aralarında Cemo Mikeladze və Merab Canqveladzenin də olduğu 100-ə yaxın “qanuni oğru” dəstəkləyir. Məlumata görə, Usoyan-Lənkəranski müharibəsinə hazırlıq hələ 2009-cu ildən başlayıb. 2012-ci ilin payız və qışında Caniyevin rəhbərlik etdiyi “birləşmiş müxalifət” xaricdə “sxodkalar” keçirərək müharibənin detallarını müzakirə edib. Ded Xasan onu dayandırmaq üçün fəaliyyətə keçərək Yusif Əliyev və Baxış Əliyevi Lənkəranskinin mövqeyini zəiflətmək üçün Ukraynaya göndərib. Vaxa üçün bu hərəkət xoşagəlməz sonluqla nəticələnib. Bir müddət sonra Caniyevin adamları Vaxanı İstanbulda ölümcül döyüblər. Ötən il dekabrın 10-da birdən-birə Usoyanın müxalifi olan 16 mafiozla Caniyevin görüşü barədə məlumat yayılıb.

Döyüş xaricdə aparılacaq

2013-cü ildə açıq müstəviyə keçəcək qanlı müharibənin Rusiyadan kənarda aparılacağı bildirilir ki, bunun da əsas səbəbi mafiya başçılarının əsasən İtalya, Yunanıstan, Fransa və ərəb ölkələrində yaşamasıdır. Digər tərəfdən Rusiyanın hüquq-mühafizə orqanları bu mafiya başçılarının olimpiada oyunları ərəfəsində ölkəyə qayıtmasına imkan verməyəcəklər. Digər tərəfdən Ded Xasanın xaricdə müharibə aparmaq sahəsində böyük təcrübəsi var. Məhz Avropa ölkələrində Ded Xasanın düşməni olan Onianinin klanına daxil olan çox sayda tərəfdar güllələnib.

Elnur Əzimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oğru dünyasından şok xəbərdarlıq

    Oğru dünyasından şok xəbərdarlıq ...

    22-01-2013, 09:52

  • 
  • Ded Xasanın ölümündə azərbaycanlı izi

    Ded Xasanın ölümündə azərbaycanlı izi ...

    20-01-2013, 12:59

  • 
  • “Rövşən Lənkəranski”nin ən yaxın adamı Macarıstanda tutuldu

    “Rövşən Lənkəranski”nin ən yaxın adamı ...

    20-06-2013, 01:49

  • 
  • Rövşən Lənkəranski naxçıvanlı “oğru”ya ad verdi - Foto

    Rövşən Lənkəranski naxçıvanlı “oğru”ya ad verdi - ...

    6-07-2013, 17:51

  • 
  • Rövşən Lənkəranski beynəlxalq axtarışa verildi - Foto

    Rövşən Lənkəranski beynəlxalq axtarışa verildi - ...

    4-09-2013, 15:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (276)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu