Ötən həftə Moskvanın mərkəzində qətlə yetirilən “Ded Xasan” ləqəbli məşhur kriminal avtoritet Aslan Usoyan klanının yeni lideri danışıb. “Miron” ləqəbli “qanuni oğru” Dmitri Çanturiya tərəfdaşlarına bildirib ki, “Ded Xasan”ın qətli cavabsız qalmayacaq və onun qatilindən qisas alınacaq. Bu barədə əməliyyatçılara istinadən “Rosbalt” məlumat yayıb. Yezidi kürd mənşəli Aslan Usoyan yanvarın 16-da Moskvada yerləşən “Karetnıy dvor” restoranından çıxarkən “Val” tipli avtomat silahla qətlə yetirilib. 2010-cu ildə A.Usoyana qarşı sui-qəsdə məruz qalsa da hər ikisinin həyatını xilas etmək mümkün olmuşdu. “Bu sui-qəsdlərin hər ikisi bir-biri ilə əlaqədardır, ehtimal ki, onların hər ikisi eyni şəxslər tərəfindən təşkil olunub”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. Qeyd edək ki, həmin zaman kriminal avtoritetə qarşı sui-qəsdi məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski (Canıyev) tərəfindən təşkil olunmuşdu. Bunu cinayətkar aləm liderlərinin yığıncağında “Ded Xasan” özü bildirmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?