Gənc ailələri gözüyaşlı qoyan qumarxanaları, görəsən himayə edənlər kimlərdir?
Bu da bir həqiqətdir ki, hələ 1998-ci ildə xalqımızın ümumilli lideri, mərhum prezidentimiz Heydər Əliyev tərəfindən respublikamızın şəhər və rayonlarında fəaliyyət göstərən qumarxanaların, kazinoların, mərc oyunları keçirilən digər ünvanların, eyni zamanda başqa-başqa adlar adı altında oynanılan qumar oyunlarının birdəfəlik qadağan olunması haqda tapşırıq da verilmişdir. Təəccüf doğuran hal o oldu ki, zaman keçdikcə verilmiş tapşırığa münasibətdə, əksər dövlət qurumları tərəfindən loyallıq da nümayiş etdirildi. Artıq bu gün vəziyyət elə bir həddə gəlib çatıb ki, fəaliyyəti qanunla qadağan olunan və belə bir fəaliyyət növü ilə məşğul olmağın özü belə cinayət hesab olunsa da, bəzi “işbazlar” yenə də aludə olduqları əməllərindən əl çəkmirlər.
Baxmayaraq ki, MM-in 30 sentyabr 2011-ci il tarixli iclasında, Cinayət və İnzibati Xətalar məcəllələrinə bununla bağlı əlavə və dəyişikliklər edilmiş və qanunsuz qumarxanaların, hansısa adlar adı altında pul qoyluşlarının qadağan edilməsi üçün, Cinayət Məcəlləsinə 192.1, 244.1 maddələri də əlavə olunmuşdur.
Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə görə, qumarxana təşkiletmə və ya saxlama cinayətinə görə, hər bir şəxs iki ilədək islah işləri və ya üç ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Bu cinayət təkrar baş verdikdə, yaxud da bir qrup şəxslər tərəfindən təkrar törədildikdə, həmin şəxs və ya şəxslər üç ildən altı il müddətinə qədər azadlıqdan məhrumetmə cəzasına layiq görülürlər.
Qanuna edilmiş dəyişiklikləri əsas tutaraq, əksər hallarda 4-cü hakimiyyətin nümayəndələri belə bir ünvanları aşkarlayır və dövrü mətbuatda ünvan sahiblərinin qanunsuzluğa söykənən fəaliyyətindən də bəhs edirlər. O, halda sual oluna bilər ki, səbəb nədir ki, hüquq-mühafizə orqanı əməkdaşları baş verən belə bir cinayət əməllərinə göz yumurlar? Ortada bir həqiqət də var ki, hüquq-mühafizə orqanı əməkdaşlarının xəbəri olmadan, hansısa şəhərdə və yaxud da rayonda, qumar oyunları
ilə bağlı addım atmaq, öz-özlüyündə müşkül məsələdir. Belə bir olaylar haqda “GündəmXəbər”i məlumatlandıran mənbə bildirir ki, şəhərimizin Nizami metrostansiyasının həndəvərində, bir qədər də dəqiq desək Cəfər Cabbbarlı-4 ünvanında fəaliyyət göstərən qumarxana, axşam saatlarında xüsusi müştəriləri cəlb etməklə fəaliyyətini daha da genişləndirir. Kazinoya rəhbərlik edənin kimliyi haqda onu deyə bilərik ki, həmin şəxs “Qara Vəzir” ləqəbi ilə tanınan bir şəxsdir. O, şəhərimizin mərkəzi yerlərində, xüsusilə də Sahil metrosunun həndəvərində, Xətai rayonu ərazisində və digər ünvanlarda “kazinolar kralı” adı ilə də məşhurlaşıb. Verilən məlumatlarda o da bildirilir ki, “Qara Vəzir” ləğəbi ilə tanınan bu şəxs, vaxtilə qol qoyduğu əməllərinə görə məhbəs həyatı da yaşayıb. Onun həbsdən azad olunmasından bir müddət vaxt keçməsinə baxmayaraq, bu gün də o, kazino işlətmək fəaliyyətini davam etdirməkdədir. Çox maraqlı və diqqəti cəlbedən haldır ki, “Qara Vəzir” adı ilə tanınan bu şəxs, vaxtilə ümumilli liderimiz Heydər Əliyev tərəfindən verilmiş tapşırığa, Cinayət və İnzibati Xətalar Məcəllərinə edilmiş dəyişikliklərə məhəl qoymadan, bu gün də belə bir fəaliyyət növü ilə məşğul olmadadır. O halda ortaya çoxsaylı suallar çıxır. Görəsən o, kimlərə arxayın olur və kimlərlə işbirliyinə girib anlaşa bilir ki, şəhərimizin düz mərkəzi yerlərində kazinolar işlədir? “Gündəm Xəbər”i məlumatlandıran mənbənin bildirdiyinə görə, “Qara Vəzir” adı ilə tanınan bu şəxs, əraziyə cavabdehlik daşıyan hüquq-mühafizə orqanı əməkdaşlarına hər ay “haqq-hesab” çatdırdığından, o, “toxunulmaz şəxs” də çevrilib. Mənbə onu da bildirir ki, bu şəxs kazino fəaliyyətindən hər ay yüzminlərlə pul qazanır. Odur ki, bu gün onun əsas məqsədi, kazino fəaliyyətini daha da genişləndirməkdir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik....
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?