Məlum olduğu kimi, ötən ilin iyul ayında Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti “Laçın” Ticarət Mərkəzində apardığı dövlət əyar nəzarəti zamanı kütləvi pozuntu halları aşkarlandı. Həmin vaxt aparılan araşdırma nəticəsində bəlli oldu ki, Laçın Ticarət Mərkəzində çalışan Məmmədov Emil Mahal oğluna məxsus obyektdə satışda olan bütün məmulatlar, toplam 907 ədəd zərgərlik məmulatının heç biri dövlət əyar damğası ilə damğalanmayıb. Bundan başqa, alıcılara təklif edilən məmulatın 87%-nin əyarının məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktı da öz əksini tapdı. Bu günlərdə redaksiyamızın apardığı araşdırma nəticəsində bəlli olub ki, “Laçın” Ticarət Mərkəzi bu gün də keyfiyyətsiz qızıl məmulatlarının satışı bazarında lider olaraq qalır. Adıçəkilən ticarət mərkəzində keyfiyyətsiz qızıl məmulatlarının çoxluğuna gəlincə, araşdırma nəticəsində bunun özəl səbəbləri olduğu bəlli olub. Qızıl şöbəsində şok arenda qiyməti Redaksiyamızın özəl mənbələr əsasında apardığı tədqiqat nəticəsində bəlli olub ki, ticarət mərkəzində keyfiyyətsiz qızıl satışının əsas səbəblərindən biri qızıl şöbəsində arenda qiymətlərinin fantastik dərəcədə baha olması ilə bağlıdır: “Ticarət Mərkəzinin qızıl şöbəsində arenda qiymətləri həddindən artıq yüksəkdir. Burada hər metrə görə arendatorlardan 400-800 manat məbləğində pul yığılır. Arendanın qiymətinin hədsiz çoxluğu isə arendatorlara normal qazanc əldə etməyə imkan vermir. Buna görə də onlar keyfiyyətsiz qızıl məhsullarını keyfiyyətli zinət əşyası kimi yüksək qiymətə satmağa məcbur olur, vətəndaşları aldatmaq hesabına vəziyyətdən çıxmağa çalışırlar”. Mənbənin məlumatına görə, arendatorlar ticarət mərkəzinin rəhbərinin tələb etdiyi arenda qiymətlərini vaxtı-vaxtında ödəmək üçün digər əlavə üsullara da əl atır, hər vasitə ilə daha çox gəlir əldə etməyə çalışırlar: “Arendatorlar “Laçın” Ticarət Mərkəzinin sahibi tərəfindən sıxışdırıldığı üçün onlar arenda pulunu vaxtı-vaxtında ödəmək üçün ən xırda detalı belə qiymətləndirməyə, ən cüzi fürsətdən belə yararlanmağa məcbur olur. Bu gün ticarət mərkəzində çalışan arendatorların alqı-satqı zamanı istifadə etdiyi bu cür çirkli metodlardan biri qızıl satışı zamanı məmulatın üzərindəki etiketin də çəkiyə əlavə edilməsidir. Halbuki, qızıl məmulatı həmin etiket olmadan çəkilməli, bundan sonra onun üzərinə əlavə edilməldir. “Laçın”da isə bu etiket çəkiyə daxil edilir və bununla da satıcı vətəndaşdan qızıl adı ilə əlavə pul qopardır”. Əyar palatası adından qarət Mənbənin bildirdiyinə görə, ticarət mərkəzinin rəhbərliyi qızıl şöbəsində çalışan arendatorlardan əyar palatasının adından da ilin sonunda ciddi məbləğdə pul yığır: “Laçın” Ticarət Mərkəzinin qızıl şöbəsində çalışanlar ayda hər metri 400-800 manatdan olmaq şərtilə arenda haqqqı verməklə yanaşı, il sonunda da alqı-sayqı mərkəzinin rəhbərinə 1000 manat məbləğində pul verməli olur. Onlardan bu pul əyar palatasına vermək adı ilə yığılır. Rəhbərlik bildirir ki, bu pul əyar palatasına verilməlidir ki, qarşıdakı bir il ərzində “rahat” işləmək mümkün olsun. Gerçəklikdə isə bu pulun əyar palatası ilə heç bir əlaqəsi yoxdur. Çünki o pulun bir qəpiyi belə əyar palatasına verilmir və birbaşa ticarət mərkəzinin sahibinin cibinə axır. Qızıl şöbəsində çalışanlar bildirir ki, əgər həqiqətən də bu pul əyar palatasına verilsəydi, o zaman əyar palatası ticarət mərkəzində reydlər həyata keçirməzdi. Əyar palatasının mütəmadi surətdə ticarət mərkəzində yoxlamalar aparması faktı da sübut edir ki, rəhbərlik əlaqədar qurumun adından sadəcə istifadə edir və bununla da arendatorlardan külli miqdarda pul toplayır”. Alıcılara briliant tələsi Laçın Ticarət Mərkəzinin qızıl şöbəsində baş verən olaylarla bağlı redaksiyamızı məlumatlandıran mənbə briliant alqı-satqısında da vətəndaşların aldadıldığını vurğuladı: “Ticarət mərkəzində keyfiyyətsiz qızılla yanaşı, keyfiyyətsiz briliant da dövriyyədədir. Alqı-satqı zamanı alıcılara keyfiyyətsiz briliantlar satılır ki, vətəndaşların bu briliantların nə həqiqi keyfiyyəti, nə də gerçək qiyməti haqqında heç bir təsəvvürü olmur. Məhz alıcıların məlumatsızlığından istifadə edən qızıl şöbəsinin işçiləri aşağı növ briliantları alıcılara ən bahalı və keyfiyyətli məhsul adı ilə təqdim edir. Məlumat üçün qeyd edək ki, dünyada briliantın minlərlə növü mövcuddur ki, onlar arasında fərq həddindən artıq böyükdür. Azərbaycan istehlakçılarının isə bu barədə geniş anlayışı olmadığına görə onları bu məsələdə aldatmaq asandır. Bu isə rəhbərlik tərəfindən sıxışdırılan arendatorların alıcılarla münasibətdə tətbiq etdiyi ənənəvi üsullardan biridir”. Mövzunu diqqətdə saxlayacayıq İlqar
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?