Hakimiyyət Putini sinirləndirmək istəmir; amma Milyarderlər İttifaqının üzvünün Bakıdakı biznesinə tar-mar edilə bilər
Putinin azərbaycanlı adamının Bakıda həbsi istənilir. Rusiya Prezident Administrasiyasının Millətlərarası əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin rəsmi nümayəndəsi Söyün Sadıqovla Azərbaycan hakimiyyəti arasında dərinləşən konflikt açıq müstəviyə keçib. S.Sadıqov hökumətin adamlarını ən sərt şəkildə tənqid etdiyinə görə, təhqirlə cavabını alıb. Deputat Siyavuş Novruzov və jurnalist Eynulla Fətullayev onu bazar adamı adlandırıblar. Hakimiyyət onu həbs etmək istəsə də, bu alınan plana oxşamır. Mənbədən “Gündəm-xəbər”ə verilən məlumatda qeyd olunur ki, S.Sadıqovu həbs etmək asan iş deyil. Hakimiyyətin belə bir planı olsa da, onun rus vətəndaşı olması, Putinin birbaşa nümayəndəsi kimi tanınması işləri çətinləşdirir. Belə bir mürəkkəb siyasi vəziyyətin cərəyan etdiyi vaxtda isə şiri qəzəbləndirmək, Putinin əsəblərinə toxunmaq səfehlik olardı. Ona görə də qüvvədə qalan planın icrası müşkül görünür. Mənbənin dediyinə görə, iqtidar Sadıqovdan qisas almağın başqa yolunu seçib. Onun Bakıdakı biznesinə əl qoyula bilər. Artıq bütün qırmızı xətləri keçən və əndazəni aşan Putinin nümayəndəsi həm də Azərbaycan dövlətçiliyinə ziddi çıxışlarla yadda qalır. Odur ki, onun Azərbaycandakı biznesi tar-mar ediləcək. Qaynağımız qeyd edir ki, Sadıqovun Bakıda biznesi var: “Putinin səlahiyyətli nümayəndəsi olan Söyün Sadıqov Azərbaycanda biznesə malikdir. Bu barədə az adam məlumatlı olsa da, Söyün Sadıqovun Azərbaycanda ortaq olaraq iki oteli və bir istirahət mərkəzini işlətdiyi məlum olub. Və artıq həmin otel və istirahət mərkəzləri ilə bağlı məsələ diqqət mərkəzindədir”. Mənbəmiz iddia edir ki, yaxın günlərdə həmin obyektlərlə bağlı addım atılacaq: “Hansısa dövlət qurumu - bu mədəniyyət və turizm nazirliyi də ola bilər, vergilər nazirliyi də, bir başqası da müdaxilə edərək obyektlərin fəaliyyətini əngəlləyəcək qərarını açıqlayacaq. Bundan sonra isə həmin istirahət mərkəzi və otellərin əl dəyişdirməsi prosesinə baş vurulacaq. Artıq Söyün Sadıqov da bununla bağlı məlumatlıdır. Və o, Bakıdakı biznesinin əldən çıxmasına yalnız seyrçi qalmaqla kifayətlənəcək. Çünki bütün sədləri keçib və münasibətləri yaxşılaşdırmaq üçün əl yeri qoymayıb. S.Sadıqova həbs kimi zərbə olacaq biznesinin yağmalanması, əslində Putinə də açıq jest sayıla bilər. Onu həbs etmək həm hüquqi, həm fiziki, həm də siyasi baxımdan nonsens olduğuna görə hakimiyyət onu varidatı ilə cəzalandırmağı seçib. Ümumiyyətlə, Milyarderlər İttifaqının üzvü Söyün Sadıqovun Bakıda iri broyler fabriki fəaliyyət göstərdiyi də deyilir. Mənbənin dediyinə görə, hazırda fabrikin istehsal gücü ildə 100 minə yaxın quş istehsalıdır. “Şəfalı” broyleri isə Söyün Sadıqovun qardaşı Murad Sadıqov idarə edir. Məlumata görə, Murad Sadıqov tez-tez Moskvaya gedib-gəlir. Sadıqovun Moskvada yaşayan iş adamı ilə Bakıda iri torpaq sahələri də var. Onlar həmin sahədə kottec tipli evlər tikib yaşayış sahələri salmaq fikrindədirlər. Rafiq Qara
Sorğu
Yeni dizaynımız necədir?