“Mənə hörmət edən və mənim üçün narahat olan hər kəsə demək istəyirəm ki, hər şey yaxşıdır və Azərbaycan KİV-lərindəki axmaqlara fikir verməyin. Onlar mənim siyasi həyatımı qurbağa kimi boğmaq istəyirlər”.
Virtualaz.org modern.az-a istinadən xəbər verir ki, bunları “AzerRos” Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov deyib. Daha sonra o, özünə dəstək olmuş Azərbaycan jurnalistləri və Azərbaycandakı dostlarına minnətdarlığını ifadə edib.
Lakin Söyün Sadıqovun sonrakı ifadələri təhqiramiz, vulqar sözlərlə doludur. O, nəzərdə tutduğu KİV nümayəndələrini “qorxaq”, “alçaq”, “fahişə” adlandırıb.
Lakin S.Sadıqov konkret hansı jurnalistləri nəzərdə tutduğunu və niyə belə qəzəblə danışdığının səbəbini açıqlamayıb.
Sorğu
Yeni dizaynımız necədir?