GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Galendewagen”lə iki adam öldürən məmur oğlu 100 min dollarlıq qumara giribmiş

“Galendewagen”lə iki adam öldürən məmur oğlu 100 min dollarlıq qumara giribmiş

Tarix: 4-04-2014, 10:40 Bölmə :Ölkə Baxış: 1 375
“Galendewagen”lə iki adam öldürən məmur oğlu 100 min dollarlıq qumara giribmiş
Xalid Mədətovun qudurğanlığı onun diplomat
qardaşının da karyerasına son qoydu


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun “Mercedes Galendewagen AMG63” markalı avtomobillə Zığ-aeroport yolunda törətdiyi, iki nəfərin ölümü, üçünün yaralanması ilə nəticələnən dəhşətli qəza ilə bağlı yeni məlumatlar əldə etdik. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dəki mənbədən məlum olub ki, harın məmur oğlu əslində həmin gün daha bir neçə nəfər özü kimi qudurğan zəngin balaları ilə hərəyə 10 min manatdan atışaraq avtomobil yarışı təşkil ediblər. Məlumata görə, Xalid Mədətov və dostları (cəmi 8 nəfər) şəhərin mərkəzindəki elit restoranların birində yaxşıca yeyib-içdikdən sonra kimin daha bərk maşın sürməsi məsələsi üstündə bəhsə giriblər. Mübahisə zamanı belə ideya ortaya atılıb ki, kimin daha bərk sürdüyünü və kimin maşınının daha sürətli olduğunu sübut etmək üçün ortaya pul qoyub yarış təşkil etmək lazımdır. Yarışın şərtlərinə görə, hər bir iştirakçı 10 min manat pul qoyaraq “mükafat fondu” yaradıblar. Zığ şossesi (beton yol kimi tanınır) ilə şütüyərək Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportuna birinci çatan “qonşik” 80 min manatlıq (100 min dollar) uduşa da sahib olmalı idi.
“Galendewagen”lə iki adam öldürən məmur oğlu 100 min dollarlıq qumara giribmiş
X.Mədətovun digər 7 qudurğan dostunun adları hələlik məlum olmasa da onların da “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavininin oğlu kimi yüksək vəzifəli şəxslərin uşaqları olduğu bildirilir. Həmin harın balalar da X.Mədətov kimi qiyməti yüz minlərlə manat olan superkarlarda - “Mercedes McLaren”, “Mercedes Benz SLK”, “Porsche Panamera”, sonuncu model “Audi” və s. markalı maşınlarda yarışa çıxıblar. Söhbət hər birinin qiyməti 200-250 min manat olan maşınlardan gedir. Hamısı bərk sərxoş olan yarış iştirakçıları gecə saat 1 radələrində "Azneft" meydanından yola çıxaraq Zığ şossesi ilə vəhşi sürətlə hərəkətə başlayıblar. X.Mədətovun “Galendewagen”i digər iştirakçıların maşınlarından bir azca geri qalıb. Oğul Mədətov yarışı udmaq üçün sürəti daha da artırıb və avtomobilin sürəti saatda 240 kilometrə çatıb.
“Galendewagen”lə iki adam öldürən məmur oğlu 100 min dollarlıq qumara giribmiş
Ancaq “Galendewagen” idarəetməni itirib və arxadan dəhşətli zərbə ilə xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin idarə etdiyi, içərisində sənətkarın ailə üzvləri, o cümlədən azyaşlı nəvəsi olan “VAZ-2106”-ya çırpılıb. Zərbənin təsirindən “Jiquli” darmadağın olub, “Galendewagen” isə şosse yolunu ayıran dəmir arakəsmələrə çırpılaraq dayanıb. Qəzadan bir neçə dəqiqə sonra yarışın digər iştirakçıları öz superkarlarında geri qayıdaraq hadisə yerinə çatıblar və X.Mədətovu maşından çıxarıblar. Daha sonra onlar X.Mədətovu da götürərək hadisə yerindən uzaqlaşıblar.
Şahidlərin qəza yerindən mobil telefonla çəkdikləri görüntülərdə də X.Mədətovun dostlarının bəzilərini görmək mümkündür. Xatırladaq ki, böyük ictimai rezonans doğuran bu cinayət əməlindən sonra prezident İlham Əliyev X.Mədətovun atasını vəzifədən qovdu. Neft pulları hesabına quduran məmur oğlu isə həbs olundu. Məlum olub ki, prezident İlham Əliyev X.Mədətovun bu cinayət əməlinə görə təkcə onun atasını işdən qovmayıb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavininin kiçik oğlu, Azərbaycanın Almaniyadakı səfirliyində işləyən Yusif Mədətov da geri çağırılıb və diplomatik xidmətdən qovulub.
Yusif Mübariz oğlu Mədətov Azərbaycanın Almaniyadakı səfirliyində II katib vəzifəsində işləyən diplomat olub və 2006-cı ildə Almaniya XİN-in gənc diplomatlar üçün təşkil etdiyi bir illik hazırlıq (“Diplomatenkolleg”) kursunu bitirib. Onun qəzadan (martın 15-nə keçən gecə) üç gün sonra geri çağırıldığı bildirilir. Hazırda Azərbaycanın Almaniyadakı səfirliyinin işçilərinin XİN-in saytında yer alan siyahısında Y.Mədətovun adı yoxdur.
Göründüyü kimi, prezident İlham Əliyev qudurğan məmur balaları ilə bağlı məlum xəbərdarlığı boş yerə etməmişdi və M.Mədətov kimi bu xəbərdarlıqdan dərs götürməyən məmurlar dövlət başçısının qətiyyətinə bir daha əmin ola bilərlər.
Şübhəsiz ki, qudurğan məmur balalarının martın 15-nə keçən gecə Zığ şossesində təşkil etdikləri yarışın görüntüləri videomüşahidə kameralarına düşüb və bu cinayətlə bağlı istintaq aparan müstəntiqlər digər iştirakçıları da asanlıqla müəyyən edə bilərlər. Təbii ki, yüksək sürətlə avtomobil idarə edib başqalarının həyatını təhlükədə qoyan bu şəxslərin əməllərini ört-basdır etmək niyyəti yoxdursa...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məmur oğlunun şikayəti təmin edilmədi

    Məmur oğlunun şikayəti təmin edilmədi ...

    22-07-2015, 13:54

  • 
  • Xalq artisti ailəsini qəzaya salan məmur oğlundan danışdı

    Xalq artisti ailəsini qəzaya salan məmur oğlundan ...

    29-03-2014, 16:34

  • 
  • Atalarını bitirən “avtoş” oğullar: Mübariz Mədətov və digərləri…

    Atalarını bitirən “avtoş” oğullar: Mübariz ...

    29-10-2014, 16:02

  • 
  • Harın məmurların insanları öldürən «avtoş» balaları

    Harın məmurların insanları öldürən «avtoş» ...

    25-03-2014, 22:35

  • 
  • Bakıda dəhşətli qəza: 6 ölü, 2 yaralı

    Bakıda dəhşətli qəza: 6 ölü, 2 yaralı ...

    3-09-2014, 11:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu