GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Harın məmurların insanları öldürən «avtoş» balaları

Harın məmurların insanları öldürən «avtoş» balaları

Tarix: 25-03-2014, 22:35 Bölmə :Ölkə Baxış: 818
Harın məmurların insanları öldürən «avtoş» balaları
Ortada müdhiş faktlar var və siyahı hər gün böyüyür

Ötən həftə xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olmuş məmur övladının törətdiyi qəzadan hələ çox danışılacaq.
Təbii ki, xalq artistinin ailəsinə ölüm gətirən bahalı “Mercedes-Benz G-55”in dəlisov sürücüsü Xalid Mədətov və onun məmur atası Mübariz Mədətov cəzasız qalmadı. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini vəzifəsindən azad edildi.
Məmur oğlunun özü isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bu, nə birinci, nə də sonuncu belə hadisədir. “Gündəm xəbər” qəzeti vəzifə sahiblərinin övladlarının son vaxtlar törədikləri avtomobil qəzalarını diqqətinizə çatdırır.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun kiçik oğlu qəza törətməklə mətbuat səhifələrinə düşüb. Hadisə Pambıq Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən oğul İsmayılov birdən-birə iki “VAZ 06” markalı “jiquli”ni əzib. Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayıb. Onlar yaxınlıqdakı aptekdə imiş.
Kürdəmirdə Heydər Əliyev prospektində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Kürdəmir sakini 1997-ci il təvəllüdlü Sadıqzadə Rahim İbrahim oğlu “Hyundai Santafe” markalı avtomobillə Bakı prospektindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edərkən yolu keçən piyada - 1948-ci il təvəllüdlü Hümbətova Şükufə Qaraş qızını vurub. 65 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
İlkin məlumata görə, avtomobil 16 yaşlı oğlanın babasına məxsus olub. Hadisə baş verən gün o, avtomobili ailəsindən xəbərsiz götürərək qəza törədib. R.Sadıqzadə yolun sağ tərəfindən sol tərəfinə keçərkən idarəetməni itirib. Qəza törətmiş şəxs Kürdəmir rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadıqzadənin oğludur.
Baş Dövlət Yol Polis idarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Hikmət Kərimovun verdiyi məlumata görə, baş verən qəza zamanı piyadanın cəsədi bir neçə hissəyə parçalanıb. Onun dilini isə qəza yerindən xeyli aralıda tapa biliblər.
Quba bələdiyyəsi sədrinin oğlu isə Qubada qəza törədib. Qəza Bakı-Quba yolunun 167-ci kilometirliyində, Quba şəhərində baş verib. 26 yaşlı Bəhram Elxan oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı avtomaşınla 45 yaşlı şəhər sakini İmran Vaqif oğlu Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, yüksək sürətlə idarə olunan “Mercedes” piyadanı vurduqdan sonra yol kənarında olan evlərdən birinin hasarına dəyib, daha sonra yol kənarına keçərək iki mağazaya da ciddi ziyan yetirib. Sürücü xəsarət aldığından onu rayon xəstəxanasına aparıblar.
B.Əliyev Quba bələdiyyəsinin sədri Elxan Əliyevin oğludur.
Bərdə şəhərinin icra nümayəndəsinin avtoxuliqan oğlu da qəza törədən vəzifəlilərin övladları sırasına daxil olub. Bərdə şəhərində Hüsü Əliyev küsəsində “Mercedes” markalı avtomobillə “Qaz-24” markalı 2 maşının toqquşması nəticəsində sürücülər xəsarət alıb.
“Mercedes”in sahibi Bərdə şəhərinin icra nümayəndəsi Əli Fərzəliyevin avtoxuliqan kimi tanınan oğludur. Amma icra nümayəndəsi qəzaya görə digər avtomobilin sahibini günahlandırıb: “Oğlum elə bilib ki, saxlayıb yol verəcək. O da yol verməyib, toqquşublar”.
Ə.Fərzəliyev oğlunun adını deməkdən imtina edib: “Adı nəyə lazımdır? Ümumiyyətlə, xəbər hazırlamaq lazım deyil. Olan xəbərləri də dayandırdıq”.
Məmur övladlarının “şıltaqlıqları” haqda mətbuatda çox yazılıb və bununla bağlı çoxsaylı faktlar mövcuddur. Hətta iş o yerə gəlib çatdı ki, ölkə başçısı keçirdiyi müşavirədə bu məsələnin üzərində xüsusi dayandı və belə hallara yol verən məmurlara və onların övladlarına sərt xəbərdarlıq etdi.
Bununla belə, hələ də məmur övladlarının özbaşınalıqları ilə bağlı müxtəlif xəbərlər gəlməkdədir.
Bir müddət əvvəl Tərtər rayonunda icra başçısının müavini Vidadi Bəylərovun oğlu avtoxuliqanlıq edərkən, bir gəncin həyatına son qoyub, digərinin isə ömürlük şikəst qalmasına səbəb olub. Vidadi Bəylərovun oğlu başqa bir gənclə avtoşluq edirmiş. "Yarışa" çıxan icra başçısının müavininin oğlu "rəqib"ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib. Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.
Qəzadan sonra isə maraqlı faktlar ortaya çıxıb. V.Bəylərovun oğlunun törətdiyi avtoqəzanı araşdıran müstəntiq Nəsimi Hüseynov əvvəlcə avtoqəzanın olmadığını söyləyib.
Lakin sonradan bir avtoqəza olduğunu, lakin məmur oğlunun həmin qəzanın iştirakçısı deyil, şahidi olduğunu deyib: “Bu qəza mart ayının 17-də olub və qəza nəticəsində sürücü Ramil Azər oğlu Quliyev dünyasını dəyişib. Maşın yoldan çıxıb və bir nəfər ölüb. Lakin Vidadi Bəylərovun oğlu qəzaya düşən şəxsi xəstəxanaya aparıb”.
Bununla belə həmin olaydan sonra məmur oğluna bir söz deməsələr də, atasını işdən çıxardılar.
Ağdam rayonu ərazisində vəzifəli şəxsin övladının iştirakı ilə avtoxuliqanlıq hadisəsi qeydə alınıb.“Dövlətqaçqınkom”un Ağdam şöbəsinin müdiri Qabil İbadovun oğlu yol qəzası törədib.
Onun idarə etdiyi «Mersedes» markalı maşın KAMAZ-la toqquşub. Ötmə zamanı baş verən hadisədə günahın məmur oğlunda olduğu bildirilir. Hətta bunu özünün Facebook profilində də qeyd edən həmin gənc təsdiq edib ki, hadisə avtoxuliqanlıq etdiyi zaman reallaşıb və günah da özündə olub.
Qolundan və bir neçə yerindən zədə alan məmur övladı bunları boynuna almasına rəğmən, atası Qabil İbadov bütün günahı KAMAZ-ın sürücüsünün üzərinə yıxmağa çalışıb.

Fariz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalq artisti ailəsini qəzaya salan məmur oğlundan danışdı

    Xalq artisti ailəsini qəzaya salan məmur oğlundan ...

    29-03-2014, 16:34

  • 
  • Məmur oğlunun şikayəti təmin edilmədi

    Məmur oğlunun şikayəti təmin edilmədi ...

    22-07-2015, 13:54

  • 
  • “Galendewagen”lə iki adam öldürən məmur oğlu 100 min dollarlıq qumara giribmiş

    “Galendewagen”lə iki adam öldürən məmur oğlu 100 ...

    4-04-2014, 10:40

  • 
  • Atalarını bitirən “avtoş” oğullar: Mübariz Mədətov və digərləri…

    Atalarını bitirən “avtoş” oğullar: Mübariz ...

    29-10-2014, 16:02

  • 
  • Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun  MƏLUMATI

    Bakı şəhər Baş Polis İdarəsi və Şəhər ...

    21-02-2015, 12:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu