Türkiyənin baş naziri "Twitter"ə girişə qoyulan qadağanın aradan qaldırılmasına dair məhkəmə qərarını tənqid edib
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Konstitusiya Məhkəməsinin "Twitter"ə girişə qoyulan qadağanı aradan qaldıran qərarınına etiraz edib. Baş nazir bu fikrini bu səhər Azərbaycana yola düşərkən jurnalistlərə açıqlamasında səsləndirib. fikrini belə əsaslandırıb: "Türkiyə hakimiyyəti Konstitusiya Məhkəməsinin "Twitter"ə girişə qoyulmuş qadağanın aradan qaldırılması barədə verdiyi qərarara əməl etməliyik, amma hörmət göstərmək məcburiyyətində deyiləm. Bu qərara hörmət bəsləmirəm. Bu anda verilmiş bu qərar, birinci instansiyalı məhkəmələrə müraciət edilmədən, hüquqi yolları araşdırılmadan Konstitusiya Məhkəməsinə verilib. Düşünürəm ki, Konstitusiya Məhkəməsi bunu rədd etməli idi." Xatırladaq ki, martın 21-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın çıxışından bir neçə saat sonraTürkiyədə "Twitter" sosial şəbəkəsinə giriş bağlanıb. 3 apreldə isə Türkiyə Konstitusiya Məhkəməsi ölkədə "Twitter" sosial şəbəkəsinə girişə qoyulmuş qadağanın aradan qaldırılması barədə qərar qəbul edib. Məhkəmə ölkədə "Twitter"-in bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb və bu qadağanı istifadəçilərin fikir azadlıqlarının pozulması kimi qiymətləndirib. Türkiyənin Nəqliyyat və Kommunikasiya Nazirliyi ölkədə "Twitter" sosial şəbəkəsinə girişin bərpa olunduğunu xəbər verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?