Bayraqdar Elman Türkoğlu milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib. “Qafqazinfo”ya da təqdim etdiyi müraciətində E.Türkoğlu bildirib ki, sosial şəbəkələrdə haqqında həqiqətə uyğun olmayan saxta məlumatlar yayılıb: “Təəsüflə qeyd etməliyəm ki, məlumatlar Milli Təhlüksizlik Nazirliyinin Məxfi Şöbəsi və Daxili Kəşfiyyat İdarəsı adlı qurum adından yazılıb”. E. Türkoğlu qeyd edib ki, həmin sənəddə MTN Daxili Kəşfiyyat İdarəsinin kapitanı Şükürov Samir Hüseyn oğlunun adından yayılan sənəddə qeyd olunur ki, guya adıçəkilən şəxs onunla keçirdiyi görüşdə əldə olunan razılığa baxılıb: “Həmin razılığa görə guya mənə MTN DKİ bücdəsindən hər ay 600 manat pul verilməli və bu pulun müqabilində mən müxalifətdə yaranacaq istənilən birliyə və yeni siyasi qüvvələrə parçalayıcı təsir göstərməliyəm. “Səned”də qeyd olunur ki, razılaşmanın pozulmaması üçün mənə xüsusi təsir vastəsi kimi guya 2003-cü ildə menimle bağlı gizli video metodu kimi görüntüler çekib. (Video görüntü şəxsin qeyri ənənəvi seksual vəziyyətlərdə olduğu zaman çekilmişdir). Sənəddə “narkotika təsiri altında olarkən şəxsin eyni zamanda 4 ( dörd ) nəfər qeyri-ənənəvi seksual orientasiyaya malik şəxslə cinsi əlaqədə olduğu vaxt çekilen bu video görüntü Elman Həsənbəyliyə ( Elman Türkoğluya ) en effektiv tesir metodudur” deyə qeyd olunur. Həmin saxta sənəddə bildirilir ki, guya mən 17.02.1992 - ci il Şəki rayonu Ovçular küçəsi menzil 13 ünvanda yaşayan Niftalıyeva Xədicə Sahib qızı gildən evinə qayıdan 27 sentyabr 1972-ci il təvəllüdlü Şəki rayon sakini Niftalıyeva Leyla Adil qızını izleyerek təmirdə olan "Flora" kafesinin tikinti gedən hissesine zorla salmışam ve cinsi təcavüzə meruz qoymuşam. Qeyd etməliyəm ki, yalan melumatlar həqiqətə uyğun olmayaraq mənim haqqımda cəmiyytdə yanlış rəy formalaşdırmağa xitmət edir. Təəssüflə qeyd etməliyəm ki, Milli Təhlükəsizlik Nazirliyi adından bu melumatlar sosial şəbəkələrdə və KİV – də yaılsa da rəhbərlik etdiyiniz qurum tərəfindən hər hansı açıqlama verilməyib”. E. Türkoğlu nazirdən həmin sənədin MTN-ə aid olub – olmaması, haqında 2003-cü ildə gizli çekildiyi iddia edilen video görüntülərin nə qədər həqiqətə uyğun olub-olmadığı, həmin sənədə vurulan möhürün MTN-ə aid olub-olmaması haqda sorğuya cavab vetməsini istəyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?