GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İmişlidə bir məmurun acgözlüyü

İmişlidə bir məmurun acgözlüyü

Tarix: 10-04-2014, 10:08 Bölmə :Ölkə Baxış: 1 200
İmişlidə bir məmurun acgözlüyü
Və ya İmişli Meliorasiya və Su Təsərrüfatı ASC-də talanan xalq malı

Tikilən şah sarayların bünövrəsinə bir körpə uşağın göz yaşları tökülərsə, o saraylar gec-tez tar-mar olacaq. Ə.Xəqani
İmişli Meliorasiya və Su Təsərrüfatı ASC-nin su kanal idarəsinin rəisi, Allah evini ziyarət etmiş Həci Mütəllim Bədirov və platina rəisi M.Mirişovun ağılasığmaz mal-qara sərvətləri var. M.Mirişov platinaya rəis təyin edilməzdən əvvəl həyətində 1 litrlik şüşə qablarda benzin və ağ neft satan idi. Hər ikisi “inomarka” avtomobili internetdən seçib, istehsal olunan ölkədən gətizdirir, abi. M.Mirişov şəhərin mərkəzində zırıltı bazar yeri açıb. Bazarkom Əzizin qorxusundan bazara çevirə bilmir. Avtomobil parkına çevirib. Platinanın keçmiş rəisi Ə.Həsənov hər iki şəxsin fermalarının fotolarını çəkib gətirmişdi. Təəssüf ilə deyirdi ki, mən belə qələt edə bilməzdim, mən bu qədər var yığa bilməzdim. M. Mirişov tikinti kralları ilə də şərikdir-dedi Ə. Həsənov. Həci Mütəllim isə, şəhər mərkəzindəki kanalın üstündə və kənarında 1 metr belə yer qoymayıb. Hətta, M. Mirişovun şəriki, Fuad adlı şəxsin kanalın 1 metrliyində, uzunluğu 100 metr kanal boyu market-mağazalar şəbəkələri tikdirirlər. Bəs görəsən səkidə yer qoymadıqlarını fikirləşiblər mi? Bəs vətəndaşlar hara ilə gedib-gələcəklər, abi? Dünyanın işinə bax! Müstəqillik elan etmiş ölkənin istiqlalçı baş naziri Pənah Çodar oğlu metroda gəzir. Sabirabadlıların deməyinə görə, Çodar kişi yüksək sürətdə zəhmətkeş insan olub. Xarici siqaret verəndə, götürməzmiş, “Astra” çəkirəm - deyirmiş. Komitə sədri Əhməd Əhməzadənin balaca bir rayonda iki idarə rəisi avtomobillərini “T-90 tankları” internetdən seçib alır. Pənah bəy kimi ziyalı insan isə, adi bir ayaqqabı geyəndə, gözləri kor olmuşlar deyir ki, haradan tapıb? Adam belə ölkədə dəli olar, ya abi! Bir ölkənin padişahı ölkəni gəzirmiş. Kölə insanlar hamısı üzlərini torpağa dirəmişmiş. Bir nəfər isə, kolluğa girib, hadisəyə tamaşa edirmiş. Şah həmin şəxsi görür. Ə, it kimi nə gizlənib, məni güdürsən? Həmin şəxs camaatın içinə gəlir. Bilir ki, hamısı kölədir. Deyir ki, şah məni təriflədi. Mənə it kimi gizlənmisən dedi. Kölə insanların isə, azad insanlara heç vaxt sevgisi ola bilməz. Çe Gevaranı ələ verib satanlar, uğrunda mübarizə apardığı Boliviya kəndliləri olub. Ona görə də, millət hələ də müstəqillik simvollarını sevə bilmir. Həci Mütəllim xeyli adama saxta sənəd ilə “sosial yardım” şəklində əmək haqqı verir. Əmək haqqı alanlardan ər-arvad Bakıda yaşayanlar var. Həci Mütəllim işçilərinə deyirmiş: “Ədə, ac-yalavacın əkini-biçini qurusa da cəhənnəm. Kəmaləddinin Hacı-Rüstəmli kəndindəki xarici camışların suyunu bol edib. Arada gedib camışları ziyarət də edin. Camışlar su sevən heyvanlardır. Qoy bolluca çimsinlər.”
Bəs nə bilmişdin, abi. Ac-yalavacdan ötəri generalın camışlarının xətrinə mi dəymək olar? Adamın dərisinə saman təpərlər, vallah! 10 gün əvvəl RİH qarşısında Bəcrəvan kəndindən bir cavan oqlan başçı müavini Səlim Məhərrəmova hiddətlə: “Əkinim quruyur, Həcinin kənd üzrə suyunun sahibi əkinimi suvarmağa icazə vermir. İntihar edəcəyəm”-deyə kövrəlib qışqırırdı. S.Məhərrəmov zəng edib, Həcinin işçisini hədələdi.O isə, “suyun aşağısında durub, suyumu bulandırır, mühərrikə müdaxilə edir” – dedi. Allah sənə rəhmət eləsin, ay Krilov! Qurd və quzu şerinə görə. Səlim müəllimin yerinə olsa idim, Həcinin işçisini işdən qovardım. Yenə də, Səlim abini sağ olsun. Ürək eləyib, generalın yox, kasıbın qayğısına qalır. İdarə edənlərə prezidentin münasibəti dəyişsə də, yerlərdə məmurlar hələ də canavardırlar. RİH başçısı V.Hacıyevin 3 kadrına görə müavinlər S.Məhərrəmov, Yeganə xanım şəhər nümayəndəsi Məmi müəllimə görə onu təqdir etmək olar. Bu 3 şəxsin dünya malında gözləri yoxdur. Dünyagir deyillər. Əgər bu 3 şəxsi tənqid etsəm, imişlilər adamı fitə basar, topa tutarlar. Mənim bir dostum isə deyir ki, nə əcəb yer üzündə Məmi kimi insanlar var. Dünya yaxşılardan xali deyil – dedi. Həmin vəzifə Məmi müəllim üçün çox balacadır. Camaat belə deyir. ƏƏSMN naziri S. Müslümov bir-neçə rəisdən sonra İmişli şöbəsinə 29 yaşlı cavan naxçıvanlı A. Əliyevi göndərib. Bu cavan oqlan isə, 305 nəfərin evinə məktub göndərib ki, aldığınız sosial yardım sizə “polojeni” döyül, geri qaytarın.” Yardım alanların çoxu isə ac-yalavaclardır. Aca, dilənçiyə yardımmı düşür? S.Müslümov 34 saylı TSEK-ə Cavid adlı bir həkimi rəis göndərib. Camaat buna görə Səlim abiyə alqış edirlər ki, bəs belə bir həkim göndərmisən.
İdarə edənin nüfuzu, rəhm hissi, dövlətin, eləcə də nazirin başını uca edər. Biz yazandan sonra, S.Müslümov bir çox yoxsulun yardımını bərpa edibdir. Sağ olsun! Mənim özümün də pensiyaya haqqım çatır, görən, təzə gəlmiş şəkili Cavid həkimə müraciət etsəm nə olar, abi? “Meyvə ağacı bar gətirəndə başını aşağa əyər. İnsan varlaşdıqca qudurğanlığa meyilli olar.” – deyib Makkiavelli. Bu ölkədə az müddətə varlaşanların çox qisminin dərisi 20 qəpiyə dəyməz, danışdıranda “Qurd və quzu” təmsili yada düşür. Dədən soğan, anan sarımsaq, haradan oldun gülməşəkər? Əksəriyyəti xalqa üstdən aşağı baxır. Elə bilirlər ki, xalq bunların pişvazına çıxmalıdır.
Keçmiş başçı Ə.Ağayev Sabirabad rayonunda 1 il işləyə bilməmişdi. Ağsaqqallar ona yığışıb, yerini göstərmişdilər. O da maya qoyub, İmişliyə dəyişilmişdi. Düz 8 il İmişlidə işlədi. Allah ondan nə qədər narazı idi ki, indi onu öz bacısı oğlu Natiq Muradov ifşa və xəcil edir. Natiq bildirir ki, İmişlidən 1 nəfər Şəhidlər Xiyabanını 120 min manat xərc qoyub təmir etdirən nüfuzlu bir kişi dayıma yerini göstərmişdi. Natiqin deməyinə görə, dayısının yuxa yerindən bir təpik də ilişdiribmiş. Polis rəisi dayımı onun əlindən güclə aldı. İndi həmin nüfuzlu şəxs deyir ki, İmişlidə çaqqalların sayı artıb. Keçmiş başçıya “bankələtdirməyə” gecələr xanım gətirən birinin də yuxa yerindən həmin kişi bir təpik ilişdirirmiş. O ki qaldı çaqqalların sayına, vallah, Bakıdan bütün istiqamətlərə magistral yollarda çaqqal qırğını başlayır. Sürücülərdən soruşa bilərsiniz. Bu isə başqa yazının mövzusudur. Çünki, Abbas Abbasov da deyir ki, mənə hücum edənlər çaqqal cildinə girmiş cana “parladır”. Bərəkətli torpağına, neftinə, qazına görə qurdlar süfrəsində olan ölkəmiz qabaqkı 1990-cı illər ölkəsi deyil. Amma nəhəng dövlətlərdə mal-mülk alanlara bir tank diviziyası qədər avtoparkları olanlara dahi şair Ə.Xəqaninin sözünü xatırladıram: “Tikilmiş şah sarayların bünövrəsinə bir körpə uşağın göz yaşı tökülərsə, o saraylar gec-tez tar-mar olacaqdır.” İmişli MRX qarşısındakı parkı su qiymətinə özəlləşdirilmiş 14 hektarı, hal-hazırda sotunu həyətyanı torpaq sahəsi kimi 3000 manata satan, iş adamı A. Manafova xatırladıram ki, o parkı vaxtı ilə yaşıllığa çevirmiş, parka çevirmiş Lotu Vidadinin ağacları kəsərkən göz yaşlarını görmüşəm. Mehman Əliyev kimi uzaqgörən politoloq “TURAN” İA rəhbəri əgər deyirsə ki: “İlham Əliyev praqmatik siyasətçidir, hər addımını zamanında atır.” Harınlamış və qudurmuş məmur və övladları bir həqiqəti bilməlidir, mərhum eks-prezident H.Əliyev 1993-cü il müşavirədə deyirdi: “Kimi hara qoyursan dağıdır. Elə bil dədəsinin xarabasıdır, xalqın çörəyini oğurlayıb, varlaşanlara xəbərdarlıq edirəm. Oğurladıqlarınızı ilan sümüyünə döndərib, gözlərinizdən tökəcəklər.” Və zamanı gəlib. Çoxlarının oğurladıqlarını İ.Əliyev geri qaytartdırır. Amma keçmiş başçı Ə.Ağayevin bacısı oğlunun açıqladıqlarını KİV-lər işıqlandırmır, abi. Dayı hələ bacı oğlunu tutdurmaq da istəyir. Admiral Şahin Sultanov da hüquq müdafiəçisi Bəxtiyarı həbs etdirmişdi. İndi onun işçilərinin əksəriyyətini dənlədirlər. Deyəsən, özü də həmin “sanatoriyada” sakin olacaq. Hələ nişan üzüklərini də satacaqlar, abi. Gülər Əhmədova da Əvəz Zeynallı kimi ziyalı, nüfuzlu bir seyyidi və jurlasti damlatdırmışdı. İndi özü də həmin damda Əvəz bəyə “xlebnikdir”. Hüseyn Abdullayev, Amay Abdullah Abdullayev “gunahsız Abdullalar” mitinqçiləri “kaznit” etdirirdilər. Hüseyn abi həbsdən çıxıb, cəzasını çəkib, xaricdə ağıllaşıb. İndi müxalifətçi qardaşlara döydürdüklərinə yoldaş olub. Digər Abdullah isə, yığdıqlarını əsl günahsız Abdullalar NİDA-çılarla qazamatda yeyib, kef edəcək, istirahət edəcək. Tarixin ironasiyasına bax. “Sitatın sonu” verlişinin müəllifi Ehtibar Hüseynovun da başı dərddədir. Vaxtı ilə müxalifətçiləri söyəni, indi bütün xalq söyür. Demişdik axı, aprel ayından xalqa göz yaşlarını içirənlərin, xalqa üstdən aşağı baxanların, sərvətlərini talayanların, hamıya yamanlıq edənlərin aqibətləri yaxşı olmayacaq. Allahını unudanların zəlillikləri başlaya bilər. Amma müxalifətçilər mane olmasalar.
Mart 2001-ci il. Prezident İ.Əliyev korrupsiya ili elan etdi. Apreldə bəzi müxalifətçilər mitinqlərə başladı ki: “Olmaz, özümüzü damlayın.” Bir ildən sonra yalvardılar ki, qələt etmişik. Müxalifətçi abilər, əgər Rüstəm İbrahimbəyov deyirsə ki, mitinqi-zadı kənara qoyub, dialoqa, barışa hazırlaşın. Sözü elə-belə demir. Bu il göy at ilidir. Həyatın dibində olanları gözləmədiyi uğurlar gözləyə bilər. Qəlbində Allah sevgisi olanları pislikdən çəkindirmə, yaxşılığa dəvət yolu seçənlərin bu il ili olamalıdır. Rus-erməni təhlükəsi boş şeydir. Rusun başını öz yəhudi oliqarxları o qədər qatıb ki, bataqlığa batdıqca, batırlar. Hər şey aydınlaşıb, ələkdən-xəlbirdən süzülüb keçib, yağı yağ, ayranı ayranlıq olub. Pislə yaxşı barmaqla tanınır. Bir yol qalıb – barış yolu .
Heydər Əliyev dəmir əl kimi bu xalqa zamanında lazım idi. Kimsə şok terapiyası keçirməli idi. H.Əliyevi heç vaxt sevməyən Zərdüşt Əlizadə artıq deyir ki: “İndi ukrayniyalılara öz H.Əliyevi lazımdır ki, oradakı xaosun qarşısını alsın.” Ölkəmizdə sabitlik yüksək surətdədir. Oliqarx korrupsionerlərlə, xalqı diz ustə qoyanlarla prezident mübarizəyə artıq başlayıb. Artıq həbs olunanların, onların qudurğan balalarının əməllərini və cəzalarını görürük. Ona görə də, prezidentin ölkədəki daxili siyasətinə müxalifətçi qardaşlar mane olmamalı, dəstək verməlidirlər.
Məhbub Zülfüqarlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • "ANS Ərdoğanı müdafiə etməli idi" - Deputat

    "ANS Ərdoğanı müdafiə etməli idi" - ...

    23-07-2016, 13:43

  • 
  • Əhməd Əhmədzadənin İmişli əməlləri

    Əhməd Əhmədzadənin İmişli əməlləri ...

    25-02-2013, 10:12

  • 
  • İNANILMAZ: NASA Allahın iqamətgahını tapdı - FOTO

    İNANILMAZ: NASA Allahın iqamətgahını tapdı - FOTO ...

    25-07-2016, 14:48

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu