Vilyam Haçıyevin taladəğı rayonu, ASC rəhbəri bəndatma işi ilə yox, bənd dağıtmaqla məşğuldur
Müstəntiqliyin əleyhinə səs vermiş, keçmiş sovet məmuru İmişliləri boğaza yığıb
Sovet dönəmində normal yaşayışı olan İmişlilərin 95 % işsiz, torpaqsız, obyektsiz olduğu halda, sovet dövrünün acları müstəqillik dövrünün plantatorları və harın zümrə onlara sonuncu obyektləri olan qəbristanlığı da çox görür. Prezident İ. Əliyevin Bakı Biznes Mərkəzindəki çıxışdan sonra İmişlidə olduq. 30 il əvvəl tikilmiş mehmanxanaya daxil olmaq istədik. Mehmanxananı Şahin adlı keçmiş döyüşçü, müəllimlərin qeyd etdiyi kimi, vətənpərvər, müstəqilliyə balalarını belə qurban deyən, himn çalınanda daim gözləri yaşaran şəxs icarəyə götürsədə Vilyam Hacıyev bu yaraşıqlı binanı qapadıb. Öyrəndik ki, mühmanxananın arxa tərəf ərazisini isə Tofiq İsayev məhkəmə və başçının əli ilə ondan aldırmaq istəyir. Əhalinin münbit pay torpaqları, bütün dünyada toxunulmaz olan örüş sahələri artıq qum-çınqıl karxanalarına, balıqçılıq dambalarına, oliqarxların mal-qara fermalarına və s. bazaralara çevrilib, vətəndaşın son "obyekti" qəbristanlıqdı. Prezidentin başçıları hədələməsi artıq yolunmuş qaza bənzər məmurları artıq ürəkləndirib, töyücü və "vergi" ödəməkdən imtinaya, hətta YAP-dan kütləvi çıxmağa hazırdırlar. Vilyam Hacıyev onları bu addımı atmağa vadar edib. Hətta büdcə təşkilat rəhbərlərindən biri V. Hacıyevə deyib: "Fermamda axırıncı inəyi satıb abadlaşmaya qoymuşam, artıq yetər." Vilyam Hacıyev onu yoxlatdırmaqla hədələyib:"İmişlidə, Bakıda villaların, maşınların var, xış kotana qoşulub qazanmamısan, oğurlayıb qazanmısan"-deyib, məmur xəstə düşüb. İmişlidə Allahşükür Paşazadənin, Ziya Məmmədovun, Cahangir Hacıyev, Ə. Əhmədzadənin, bir neçə naxçıvanlı generalın T. İsayev, Arif Qaraşov və s. zatların 40-a yaxın qum-çınqıl karxanalarıda var. Ə. Əhmədzadənin müavini Zakir Quliyev və platinasının müdiri M. Misirovun iyun 2005-ci ildən şəhərin mərkəzində Araz çayının sahilində 15 (on beş) hektar qum-çınqıl karxanasından 10 ilə yaxındır ki, "Gənclik" qəsəbə sakinləri, Depo məhəlləsi, Murovxanalılar şikayət etmədikləri orqan qalmayıb. İmişli sakinləri Ə. Əhmədzadəyə sual verir ki: "Siz bənd atırsız yoxsa dövlət sizə bənd dağıtmağa pul ayırıb. Bizlərin həm örüş sahələrimizi məhv etdiniz, həm də şəhər ərazisinə qrunt sularını sizin karxananız verir.” Əslən İmişlidən olan bir mühəndisgeoloq sözügedən obyekt haqda maraqlı məlumatlar verdu: "Həmin qum-çınqıl karxanası şəhər ərazisindən hündürdədir. 2010-cu il yağan leysan yağışlarına təkan verib, qrunt sularının gücünü həmin karxana artırıb, evləri qəzalı vəziyyətə salıb. Nə qədər ki, həmin karxana var, şəhər ərazisində bar gətirən meyvə ağacları təsadüfən qalacaq". Eyni zamanda FHN-in yanğınsöndürmə idarəsinin 20 metrliyində, Depo məhəlləsində dəmiryolu qırağı bu karxananın qumları böyük təpələr şəklində yığılır. Külək olanda qum əhalinin ev, bağ-bağçasına vurur. Əgər siz K. Heydərovun öz idarənizi Ə. Əhmədzadənin qumundan qoruya bilmirsinizsə, yazıq DEPO məhəllə sakinlərinin günü nə olsun. Həmin karxana sahiblərinə 20-25 milyon qazanc gətirib ki, karxananın şərikli platina rəisi M. Mirişov nəzir deyib: "Məkkəni ziyarət edib, hacı olaram, Araz bir də daşsın." M. Mirşov xarici maşınları internetdən axtarıb tapır. Yaponiyada, ABŞ-da olsa belə gedib aldırır-dedi onun keçmiş işçisi Əmir kişi, bildirir ki, platina, qum-çınqıl da, neft-qaz kimi gəlirli sahədir. Əhmədzadənin qum karxanasından bir kilometr kənarda Araz boyu, Murovxanalıların örüş yerinidə Mirqoca Mirşov, Yasin Hüseyinov adlı tikinti kralı ilə şəriki möhtəşəm bazara çevirib. 40 hektar ərazini onlara eks-başçı yaxşı qiymətə satıb. Murovxanalı əhali onların əlində böyüyən müsavatçı eks-deputat İ. Əkbərliyə şikayət ediblər. Deputat məsələni Milli Məclisdə səsləndirdiyini deyib. İnsanlar kiloqramlarla şikayət etsələrdə, nəticəsi olmayıb, yeganə qazanc yerləri olan mal-qaralarını satıblar. Arazın şəhər üzrə qalan ərazisini RİH-nin çoxillik hüquq şöbə müdiri Rahim Zahidov və qardaşı Həsən restorana, maşın moykasına, avtozapçast və sair mağaza, çayxana və karxanaya çevirib. Onlardan şikayət edən rayon sakini Vilayət Cəfərovu öldürtmək istəyiblər, hətta FHN-in nümayəndəsinin gözü qarşısında zor tətbiq ediblər. V. Cəfərov 6 ildir ki, nə barmaqlarına, nə kağıza, dəftərə, qələminə, nə də beyninə heyfi gəlmir. Başa düşmür ki, Zahidovlar arxalı adamlardır. Örüş sahələrində, qrunt slarından şikayət edənlərə R. Zahidov deyib ki:"Sibirin ərazisi boşdur, gedin orada donuz otarmağa yaxşı pul verirlər"-deyib. Platina rəisi M. Mirişovun ərizə işdən çıxmaq istəyinə V. Hacıye v belə deiyb:"15 il əvvəl butulkada benzin satırmışsan, sərvətləri oğurluq qazanmısan, 5 ilini yoxlatdıracam deyəndə, M. Mİrişov başçıya yalvarıb. 3 ay qabaq FHN "adından" ev tikdirəcəm-adı ilə dələduzluq edən Mirağa Miriyev bu Mirqocanın reketi idi. 2010-cu ilin leysan yağışlarından zərər çəkib adı ilə M. Miriyevə 2 ev tikilmişdi. O, 15 il əvvəl bir qızı öldürdüyünə görə 15 il yatıb, çıxandan sonra M. Mirişovun sağ əlinə çevrilmişdi-dedi Əmir kişi. İmişlidə görüşdüyümüz 10-a qədər seldən zərər çəkmiş sakin ilə görüşümüzdən və onların təkidi ilə bir saylı orta məktəbin qarşısında M. Mirişov və onun şəriki çoxsaylı avtozapçast mağazaları sahibi olan F. İmanova tikilən evə baxış keçirdik, evdə heç kim yaşamır. Deyilənə görə, K. Heydərov buna görə keçmiş başçı Ə. Ağayevə qəzəblənibmiş. RİH-nin məsul işçisinin bildirdiyinə götə Ə. Ağayev Allahdan deyil K. Heydərovdan qorxurmuş və ona görə də M. Mirişovu hər dəfə aşağılayırmış. Hətta başçının müavini olmuş S. Səmədov M. Mirişovu və F. İmanovu təpiklə vurmuşmuş. M. Mirişov idarə əməliyyatlarını F. İmanovun mağazaları ilə edirmiş. Məsul şəxsin bilirdiyinə görə İmişlidəki qum-çınqıl karxanalırının 10 illik qazancı 3 milyarddan çox olub. Bəs vergilər nazirliyi DSMF və dövlətin büdcəsinin qazancı nə olub? İmişlilərin qazancı isə örüş sahələrindən münbit pay torpaqlarından məhrum olub. Çoxsaylı şikayət məktublarına poçta, yollara qazanc töküblər. Əsəb, stress keçirdiblər. Bir də harınlaşmış məmurların çoxsaylı, eyni dövlət nömrə seriyalı "inomarka" maşınlarından yayda toza batıb, qışda palçığa batırılması , ələ salınması olub. Məgər A. Paşazadə, Z. Məmmədov, C. Hacıyev, Ə. Əhmədzadəyə və s-lara söykənən məmur balalarından şikayət etməyin bədəli möhtərəm prezidentə indi çatıbmı?
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?