"Ölkəmizin adını ləkələyən hökumətə qarşı daha çox çalışacağımıza söz verirəm"
Türkiyə Cümhuriyyət Xalq partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu sosial şəbəkədə gümdəmlə bağlı açıqlamalar verib. CHP sədri Kamal Kılıçdaroğlu şəxsi "Twitter" səhifəsindən yazdığı tvitlərdə başa çatan seçki nəticələrindən və Misirdəki edamdan söz açıb. "Türkiyənin adının şübhəli və hiyləli seçkilərlə ləkələnməsi təəssüf doğurur. Ölkəmizin adını ləkələyən hökumətə qarşı daha çox çalışacağımıza söz verirəm" - deyə partiya sədri qeyd edib. Misirdə 529 nəfərlə əlaqədar çıxarılan edam qərarını tənqid edən Kamal Kılıçdaroğlu fikirlərini bu cür davam edib: "Misirdə 529 nəfər edama məhkum edildi. Edamın sülh və dinclik gətirmədiyini biz Türkiyəlilər yaxşı bilirik və bu qərarı düzgün görmürük".
Sorğu
Yeni dizaynımız necədir?