İstanbulda Gəzinti Parkında etirazların 10-cu günü davam edir.
Türkiyə mediasının məlumatına görə, Taksim meydanında müxtəlif qruplar meydana toplaşır. Onlar təmizlik işləri görür. Etirazçılar ərazidə fəaliyyət göstərən kiçik marketlərdəki pulsuz ərzaqdan istifadə edir. Taksim meydanına çoxlu turistlər də gəlir.
İyunun 6-da müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu İzmirə gedib, bildirib ki, etirazların bütün ölkəyə yayılmasını səbəbi baş nazir Erdoğanın sərt idarə üsuludur. Kılıcdaroğlu deyib ki, gənclər azadlıq, yaşayış tərzlərinə müdaxilə edilməməsini istəyir. CHP sədri bildirib ki, əgər hökumət Taksim meydanında nəsə tikmək istəyirsə, bunun üçün İstanbulda referendum keçirilməlidir.
Baş nazir Erdoğanın doğma şəhəri Rizedə isə axşam saatlarında polis etirazçıları dağıdıb. Etirazçılarla başqa bir qrup arasında da gərginlik olub.
«Baş nazir Erdoğanı qarşılamağa getməyin». Bunu isə nazir müavini Hüseyn Çelik deyib. Çelik bildirib ki, Erdoğanın Cənubi Afrikadan qayıdacağı vaxt izdihamla qarşılanmasına ehtiyacı yoxdur.
Erdoğanın bu gün axşam saat 21.00 radələrində Türkiyəyə qayıdacağı gözlənilir.
Sorğu
Yeni dizaynımız necədir?