“Sussan səni çıxaracağıq”. Bu gün səhər saatlarında Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlu mətbuat konfransı təşkil edib. Konfransda bir çox məsələlərdən danışan CHP lideri həmçinin Rza Zərrab məsələsinə də toxunub. Kılıçdaroğlunun iddiasına görə, Rza Zərrab susmağının qarşılığında azad olunacaq. Ancaq Zərrab danışmaq istəyir: “Hadisəyə gecə-gündüz müdaxilə etməyə başladılar. Bu, hər kəsin qarşısında baş verdi. Məsələ ictimaiyyətdə “Dövlət içində dövlət var” deyə əks olunur. Məni ayaqqabı qutusundan gizlədilən 4.5 milyon dollar maraqlandırmır. Yataq otaqlarındakı seyflər, içindəki pullar, pul sayma maşınları maraqlandırır məni. Maraqlıdır nəyə görə bir bank sahibi pulunu banka yatırmır, ayaqqabı qutusunda gizlədir?” Partiya sədri sözlərinə belə davam edib: “Rza Zərrab həbsdədir. Ona deyəcəklər ki, danışmasan, səni çıxaracağıq. Çünki Zərrab “susmayacağam” deyə xəbər göndərmişdi”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?