Con Kerri, Sergey Lavrov və Yatsenyuk arasında telefon danışığı olub
ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukrayna baş naziri Arseni Yatsenyuk arasında telefon danışığı olub. Rəsmilər Ukraynada baş verən son hadisələri müzakirə edib. Bu barədə ABŞ dövlət katibinin sözçüsü Cen Psaki açıqlama verib. C.Psakinin sözlərinə görə, C.Kerri və A.Yatsenyuk Ukraynada gərginliyin azaldılması və mayın 25-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin keçirilməsi istiqamətində atılan addımları müzakirə edib. C.Kerri rusiyalı həmkarı S.Lavrovla ATƏT-in Ukraynadakı fəaliyyətini, eyni zamanda Suriya münaqişəsini və bu ölkədən kimyəvi silahların çıxarılmasını müzakirə edib. Bundan başqa C.Kerri Ukraynanın Mariupol şəhərində rusiyameyilli separatçıların səbəb olduğu ölüm hadisələrini pisləyib. ABŞ dövlət katibi separatçıları ələ keçirdikləri inzibati binaları tərk etməyə, silahları yerə qoymağa çağırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?