GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Elşad Abdullayev sükutu pozdu

Elşad Abdullayev sükutu pozdu

Tarix: 13-04-2014, 13:24 Bölmə :Ölkə Baxış: 669
Elşad Abdullayev sükutu pozdu
Sabiq deputat Gülər Əhmədovanın Apelyasiya Məhkəməsi başlayan kimi ABU-nun sabiq rektoru Elşad Abdullayev də hücuma keçib. Sabiq rektor Apelyasiya Məhkəməsinin hakimi Qasımov Əflatun İbrahim oğluna yolladığı müraciətin bir nüsxəsini “Yeni Müsavat”a da yollayıb.
E.Abdullayev yazlb ki, G.Əhmədova barəsində olan çoxsaylı şikayətlərindən sonra ölkə rəhbərliyinin göstərişinə əsasən fakta görə cinayət işi başlanmışdır: “Ancaq, nədənsə bu cinayət işi indiyə kimi prezidentin göstərişi ilə yaradılmış 04 oktyabr 2012-ci il tarixli Müstəqil İstintaq Komissiyasının icraatında olan işlə birləşdirilməyib və istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılıb. Həmin prokurorluğun bu işə laqeyd və qanunsuz münasibətinin nəticəsidir ki, hadisənin əsas iştirakçılarından biri və əsas şahidi olan Babayeva Sevinc Telman qızı müəmmalı şəraitdə Türkiyədə sifarişlə dünyasını dəyişib. Gülər Əhmədova isə özünün də etiraf etdiyi kimi Gürcüstana qaçmaq istəyərkən sərhəddə saxlanıldıqdan sonra ona Azərbaycan Respublikası CM-nin 178.3-cü maddəsi ilə ağırlaşdırıcı hallarda dələduzluq etməyə görə ittiham elan edilmiş və barəsində polisin nəzarətinə verilməsi növündə qətimkan tədbiri seçilmişdir.
Bildiyiniz kimi, bu ağır cinayət olmaqla sanksiyası 7 ildən 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur”.
E.Abdullayev G.Əhmədovanın KİV və Apelyasiya Məhkəməsində səsləndirilən vəsatətləri qondarma adlandırıb və onlara münasibət bildirib: “Gülər Əhmədova bu günə qədər bilə-bilə yalandan məni məhkəməyə dəvət edir. Həqiqətən də, bu, Gülər Əhmədovanın məhkəmə şousu, məhkəmə görüntüsüdür, məhkəmələr siyasi sifarişlə işləyirlər. Sosial şəbəkələrdə bizim tərəfimizdən ictimailəşmiş video görüntülər əlahəzrət faktdır. Sosial şəbəkələrdə bu gizli video görüntülərə 6 milyondan çox şəxs baxmışdır, 70 mindən çox obyektiv şərh yazılıbdır. Kimsə bunu inkar edə bilməz. Avropa Şurası hər il qərar qəbul edir ki, Azərbaycanda müstəqil məhkəmələr yoxdur. Hesab edirəm ki, bu məhkəmə prosesi hərtərəfli aparılmayıb, qeyri obyektivdir, qərəzlidir və ”Gülərqeyt" cinayət işində ən çox ifşa oluna bilinən və ört-basdır edilməsində maraqlı vəzifəli şəxslərin siyasi sifarişidir. Bu günə qədər qanunsuz olaraq məhkəmə bir tərəfli aparılır, hazıra qədər məhkəmə məni zərərçəkmiş kimi tanımır, mənim nə vəkilim, nədəki qanuni nümayəndəm Gülər Əhmədovanın məhkəməsinə buraxılmır ki, mənim qanuni maraqlarımı tələb edib qorusunlar. Hələ bu bir yana qalsın, Gülər Əhmədova bu günə qədər bilə-bilə yalandan məni məhkəməyə dəvət edir. Amma mən şəxsən məhkəməyə gəlsəm belə, yenə mənə utanmadan-qızarmadan deyəcəklər ki, siz zərərçəkən deyilsiniz, qanunla da sizi məhkəməyə buraxa bilmərik. Necə ki, qanunun bu prinsipini bəhanə edərək mənim vəkilimi və qanuni nümayəndəmi Gülər Əhmədovanın məhkəməsinə bu günə qədər buraxmayıblar. Ona görə də Gülər Əhmədovanın məni Bakıya dəvət etməsini səmimi qəbul etmək olmaz".
E.Abdullayev yazıb ki, qüvvədə olan qanunvericiliyə görə, onun statusunda olan zərərçəkmiş əgər istintaqa və məhkəməyə gələ bilmirsə, yaşadığı yerdə ondan ifadə alına bilər: “İkincisi, skype vasitəsilə məndən ifadə alına bilinər. Üçüncüsü, mənim bir zərərçəkmiş şəxs kimi hazıra qədər bütün məhkəmə, prokurorluq, MTN-ə göndərdiyim ərizə-ifadələrim də sübut növü hesab edilir. 04 oktyabr 2012 il tarixində prezidentin sərəncamına əsasən prokurorluqda Elmar Camalovun rəhbərliyi ilə MİK-i yaranana qədər Ağır Cinayətlər İdarəsinin müstəntiqi Vüqar Nəsibov məni dindirmə protokolunda zərərçəkmiş şəxs kimi tanıyıb. Belə bir ictimai fikir formalaşmışdı ki, əgər MİK yaradılıbsa, deməli, cinayət işini ört-basdır edəcəklər. İlk vaxtlar mən buna inanmaq istəmirdim, ancaq bu gün deməyə əsas var ki, MİK Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərir. Onun qarşısında aciz durumdadır. Qaldı ki, mənə qarşı qondarma məhkəmə vəsatətlərinə, onların hamısına cavabları şikayət formasında sosial şəbəkələrdə, onlayn əlaqə xətti, telefon faksları və beynəlxalq poçtla aidiyyəti vəzifəli şəxslərə göndərmişəm. Gülər Əhmədovanın qondarma məhkəmə vəsatətləri-şərləməsi isə suda batanın saman çöpündən yapışması deməkdir. O şərləyir ki, etmiş olduğu ağır dövləti cinayəti gizlətsin”.
Sabiq rektor sonda xahiş edib ki, iş üzrə zərərçəkmiş şəxs kimi tanınsın, bu cinayət işi üzrə ədalət mühakiməsi obyektiv və müstəqil hakimlərə tapşırılsın, Gülər Əhmədova barəsində obyektiv və qərəzsiz məhkəmə məsuliyyəti tədbiri seçilməsinə köməklik edilsin: “Xahiş edirəm, Əhmədova Gülər Mikayıl qızının barəsində olan cinayət işi üzrə mən Abdullayev Elşad İslam oğlunun zərərçəkmiş şəxs kimi tanınması barədə qərar qəbul edəsiniz və Mahir Abdullayevin oğurluq cinayətində iştirakçılığına görə, onun mənə qarşı etmiş olduğu cinayətləri hərtərəfli, obyektiv hüquqi qiymət verərək layiq olduğu məhkəmə məsuliyyətinə cəlb edəsiniz”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədova ilə bağlı daha bir iddia

    Gülər Əhmədova ilə bağlı daha bir iddia ...

    12-05-2013, 14:07

  • 
  • Gülər-Elşad davası 2014-cü ildə də davam edəcək

    Gülər-Elşad davası 2014-cü ildə də davam edəcək ...

    4-01-2014, 13:47

  • 
  • Gülər Əhmədova həkim nəzarətindədir

    Gülər Əhmədova həkim nəzarətindədir ...

    4-12-2013, 12:07

  • 
  • “Mən Sevinc Babayeva deyiləm, söz verirəm, ölməyəcəyəm”

    “Mən Sevinc Babayeva deyiləm, söz verirəm, ...

    12-11-2013, 14:19

  • 
  • “Elşad Abdullayev məhkəmədə ifadə verməyə hazırdır”

    “Elşad Abdullayev məhkəmədə ifadə verməyə ...

    12-11-2013, 11:48


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (226)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu