Ukrayna Silahlı Qüvvələri tamamilə döyüş hazırlığı vəziyyətinə gətirilib
Ukrayna ordusu tamamilə döyüş hazırlığı vəziyyətinə gətirilib. Bunu Ukrayna müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Mixail Koval bəyan edib. “Hazırda Ukrayna Silahlı Qüvvələri Təhlükəsizlik və Müdafiə Şurasının verdiyi tapşırığı yerinə yetirmək üçün tamamilə döyüş hazırlığı vəziyyətinə gətirilib”, deyə Mixail Koval bildirib. Onun sözlərinə görə, Silahlı Qüvvələr ölkədə keçirilən antiterror əməliyyatları çərçivəsində müharibə elan edilməsini gözləmədən hücuma keçə bilər. Bunun üçün ordunun hüququ var. Qeyd edək ki, Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov BMT baş katibi Pan Gi Muna ölkədə BMT sülhməramlıları ilə birgə antiterror əməliyyatları keçirilməsini təklif etmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?