“Azercell”in danışıq kartlarının satışından satıcılara 2 qəpik qalır, buna görə də onlar bu kartların üzərinə 20-30 qəpik qoyurlar
Azərbaycanın mobil rabitə məkanında hegemonluq edən Azercell şirkətinin danışıq kartları Bakıda daxil olmaqla ölkə boyunca müxtəlif yerlərdə müştərilərə baha qiymətə satılır. Belə ki, satıcılar 3, 5 və 10 manatlıq danışıq kartlarının üstünə müvafiq olaraq 20-30 qəpik qoyurlar. Bu hallar özünü press köşklərdə daha çox göstərir. Mövzu ilə bağlı həmsöhbət olduğumuz satıcılar bunu danışıq kartlarından normal pul qazana bilmədikləri ilə əlaqələndirirlər: “Əvvələr danışıq kartları satırdım, amma son zamanlar götürmək istəmirəm. Çünki, ona verdiyim pulu başqa mala verib daha çox qazanıram. Düzü danışıq kartları satmaq mənə sərf etmir. Bəzi dələlduz işbazlar isə danışıq kartların satış qiymətilə deyil, baha qiymətə satırlar. Bu qiymətdən də müştəri razı qalmır. Bu problem Azercell şirkərinin satış mərkəzlərinə nəzarət eməməsi səbəbindən qaynaqlanır. Şirkət satış mərkəzlərinə düzgün nəzarət etsə, bu kimi problemlər də ortaya çıxmaz”. Başqa satıcılarla da bu barədə söhbətləşdik. Məlum oldu ki, Azercell-in danışıq kartlarının satışından satıcılara 2 qəpik qalır. Buna görə də onlar bu kartların üzərinə 20-30 qəpik qoyurlar. Onu da qeyd edək ki, danışıq kartlarının daha baha qiymətə satılması halı yalnız Azerscell şirkətinin kartlarında müşahidə olunur. Mövcud problem uzun müddətdir ki, davam edir və çox güman ki, bundan adıçəkilən şirkətin də xəbəri var.Məsələ ilə bağlı sözügedən şirkətin də mövqeyini dərc etməyə hazırıq. Gəray
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?