Rayonun müxtəlif ticarət mağazalarında “Azercell”, “Bakcell” və “Nar” abunəçilərinə danışıq kartları müxtəlif qiymətlərə satılır. Bu barədə Qazax sakinlərinin dəfələrlə şikayətlərindən sonra apardığımız araşdırmalar deyilənləri sübuta yetirdı. Satıcıların tamah məqsədi ilə sözügedən şirkətlərin danışıq kartlarını öz yanlarından bahalaşdırması həmin şirkətlərin nüfuzunu aşağılaşdırması kimi qiymətləndirilir. Belə vəziyyətlə əlaqədar mağaza sahibləri ilə söhbət zamanı onlar bildirdilər ki, “əvvəlki illərdən fərqli olaraq indi kartları bizə baha qiymətə gətirirlər. Biz də məcburuq ki, üstünə əlavə qiymət qoyaq. Onda da abunəçilərin səs-küyü ilə qarşılaşırıq”. Daha ətraflı məlumat üçün şirkətlərin Gəncə şəhərində yerləşən rəsmi dillerləri ilə əlaqə saxlamaq qərarına gəldik. Təəssüflər olsun ki, zənglərimizi cavablandıran olmadı. Bu səbəbdən hələlik danışıq kartlarının kimlər tərəfindən bahalaşdırılmasını cavablandıra bilmədik İlham
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?