11 min insana aid sənədlər BMT TŞ-nin üzvü olan ölkələrin təmsilçilərinə göstərildi
Suriyada Əsəd rejimi tərəfindən törədilən cinayətlərin sənədləri və şəkilləri BMT Təhlükəsizlik Şurasında təqdim olunub. ANS PRESS-in məlumatına görə, Suriyada qeyri-insani üsullarla öldürüldüyü bildirilən 11 min insana aid, Anadolu agentliyi tərəfindən yayılan sənədlər BMT TŞ-yə üzv ölkələrin nümayəndələrinə göstərilib. TŞ-nın daimi üzvü olan Fransanın təşəbbüsü ilə keçirilən fövqəladə iclasda “Sezar” ləqəbli əsgər tərəfindən törədilən və işgəncə ilə qətl edildiyi bildirilən 11 min insana aid 55 min şəkildən bəzi nümunələr üzv ölkə nümayəndələrinə göstərildi. Şəkillərlə bağlı hesabatı hazırlayan alimlər də iclasda fotoşəkillərin etibarlılığına dair məlumat verildi. İclasdan sonra Fransanın BMT-dəki daimi nümayəndəsi Cerard Araud hesabatı hazırlayan professor və məhkəmə-tibbi ekspertiza mütəxəssisi ilə məsələ barədə mətbuat konfransı keçirib. Bu şəkillərin “tamaşa” olmadığını deyən Araud, “Bu şəkillərlə bəşəriyyətin vicdanına toxunmaq istədik. Hesabatın Beynəlxalq Cinayət Məhkəməsinə vermək lazımdır” - deyə bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?