GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Əhməd Əhmədzadənin toxunulmazlığı olan işçisi

Əhməd Əhmədzadənin toxunulmazlığı olan işçisi

Tarix: 22-05-2014, 10:06 Bölmə :Siyasət Baxış: 0
Əhməd Əhmədzadənin toxunulmazlığı olan işçisi
Həmid Abbasov dövlətdən mənimsədiklərinin hesabına oliqarxa çevrilib;
Kürdəmirin Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsində mənimsənilən yüz minlər...


Kürdəmirdən redaksiyamıza verilən məlumata görə, rayonun əsas su idarələrindən biri hesab olunan Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsinin müdiri Həmid Abbasov sözün həqiqi mənasında büdcədən mənimsədiyi vəsaitlər hesabına bölgəninin oliqarxlarından birinə çevrilib.
Daxil olan məlumatlarda göstərilir ki, Həmid Abbasov rəhbərlik etdiyi idarənin hesabına hər il yüz min manatlarla qazanc əldə edir və dövlət büdcəsinin talanı hesabına özünə böyük biznes sahələri yaradıb.
Qeyd edək ki, Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsi su nasosları vasitəsi ilə Kür çayından Kürdəmir rayonunun 30-dan çox kəndinin su ilə təminatını və 40 min hektara yaxın əkin sahəsinin suvarılmasını həyata keçirir. İdarənin xidmət sahəsində ümumilikdə 575 km kanal, 48 nasos stansiyası, 85 hidrotexniki qurğu və 150-yə yaxın işçisi var. Daxil olan məlumata əsasən, idarə müdirinin qazanc yerlərindən biri nəzarətlərində olan kanalların lildən təmizlənməsi və il boyu bu kanalların cari təmir olunması əməliyyatıdır. Qeyd olunur ki, hər il Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsinə 500 min manatdan çox vəsait ayrılır. Həmin vəsaitlər isə Həmid Abbasov tərəfindən mal-materialların, mexaniki qurğular üçün ehtiyat hissələri, elektrik avadanlıqlarının təmiri, mexanizmlər üçün ehtiyat hissələrinin alınmasına istifadə olunur. Bildirilir ki, alınan mal-materialların qiymətlərinin bir neçə dəfə şişirdilməsi ilə yanaşı, Həmid Abbasov kanalların lildən təmizlənməsi üçün hər il qeyri-qanuni olaraq sudan istifadə edənlərdən pul yığır. Pul yığmaqdan imtina edənlərə isə müxtəlif səbəblərlə su verməyi yubandırır. Əkinin zay olacağından ehtiyat edən kəndli isə Həmid Abbasovun şantajına dözə bilmir və istənilən pulu verir. Həmid Abbasov haqqında icra hakimiyyətinə olunan şikayətlərə isə heç kim reaksiya vermir. Çünki Həmid Abbasov həmçinin icra başçısının “çörək ağaclarından” biri hesab olunur.
Daxil olan məlumatda qeyd olunur ki, 2013-cü ildə Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsinə 540 min manat, 2014-cü ildə isə 630 min manat vəsait ayrılıb. İdarə müdirinin müxtəlif maliyyə maxinasiyaları ilə ayrılan vəsaitin 50 faizini özünə götürdüyü və bu yolla külli miqdarda qazanc əldə etdiyi bildirilir. Bundan başqa həmid Abbasovun Kür çayından su vurulması üçün qurğuların istifadə etdiyi yanacaqlara və sürtkü yağlarına ayrılan vəsaiti bir neçə dəfə şişirdərək hər ay dövlətdən 30 tondan çox yanacaq və sürtkü pulu oğurladığı qeyd olunur.
Məlumatda bildirilir ki, idarə müdiri əldə etdiyi yanacağı və sürtkü yağlarını 5 qəpik ucuz qiymətə Yevlax rayonundakı yanacaqdoldurma məntəqəsinə satır. Bundan başqa bildirilir ki, Həmid Abbasov idarənin balansında olan qurğuların bəzilərini yararsız kimi səndləşdirərək şəxsi təsərrüfatı olan iri sahibkarlara satır. Mənbə iddia edir ki, Gəncəbasar zonasında böyük təsərrüfatların istifadə ediyi iri tutumlu su qurğularını və nasosları onlara məhz Həmid Abbasov satıb. Məlumatda o da göstərilir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsində hər dəfə yoxlama aparanda külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi üzə çıxır. Ancaq Həmid Abbasov həyata keçirdiyi korrupsiyaları üzə çıxaran yoxlama heyəti ilə münasibətlərini hər dəfə “düzəldə” bilir. Çünki ASC-nin Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadovun Həmid Abbasovla münasibətləri həmişə yüksək səviyyədə olur. Əjdər Cavadovun və təbii ki, ASC rəhbərinin payını hər ay vaxtı vaxtında yollayan Həmid Abbasov bu üzdən toxunulmaz hesab olunur.
Məlumata əsasən, keçən il aparılan yoxlama nəticəsində idarə müdirinin 200 min manatdan çox dövlət vəsaitini mənimsəməsi fatkı üzə çıxıb. Ancaq Həmid Abbasov hərəkətə keçərək baş verən yeyintini Əjdər Cavadovun vasitəsi ilə yoluna qoyub. Yəni yoxlama aparan müfəttişlər sonradan tərtib etdikləri sənəddə “dəvəni görmədiklərini” yazıblar.
Daxil olan məlumatda həmçinin göstərilir ki, Həmid Abbasovun Kürdəmir rayonunun Çərtəyəz, Ərəbxana kəndləri ərazisində 200 hektara yaxın torpaq sahəsi və heyvandarlıq təsərrüfatı var. Bundan başqa rayonun mərkəzində bir neçə mağazası, Kürdəmir-Yevlax yolunun üstündə isə restorana sahibdir.
Qeyd edək ki, Mollakənd Mexaniki Suvarma Sistemləri İdarəsinin müdiri Həmid Abbasovun digər obyektləri, Bakı şəhərindəki evləri, villası ilə bağlı redaksiyamıza göndərilən məlumatı dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
N.KƏRİMLİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Əhməd Əhmədzadənin Oğuzdakı adamı nə işlə məşğuldur?

    Əhməd Əhmədzadənin Oğuzdakı adamı nə işlə ...

    10-04-2014, 10:05

  • 
  • Sabirabad Mexaniki Suvarma İdarəsində maliyyə maxinasiyaları

    Sabirabad Mexaniki Suvarma İdarəsində maliyyə ...

    17-08-2016, 22:58

  • 
  • Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı

    Əhmədzadənin 10 manatlıq şirkətləri ilə talanı ...

    1-05-2014, 10:12

  • 
  • Əhmədzadənin Xaçmazdakı adamı “yerlə-göylə əlləşir”

    Əhmədzadənin Xaçmazdakı adamı “yerlə-göylə ...

    17-04-2014, 09:55

  • 
  • Ağdam Suvarma Sistemləri İdarəsində “sel kimi axıdılan” pullar kimin cibinə gedir?

    Ağdam Suvarma Sistemləri İdarəsində “sel kimi ...

    16-05-2014, 10:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu