GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zəngilanın başçısı hərəkətə keçdi

Zəngilanın başçısı hərəkətə keçdi

Tarix: 25-04-2014, 11:16 Bölmə :Ölkə Baxış: 1 146
Zəngilanın başçısı hərəkətə keçdi
Bu hələ onun haqlı iraddan nəticə çıxarması demək deyil

Zəngilan rayon İcra Hakimiyyətinin başçısı iki gün əvvəl keçirdiyi birinci rübün yekun yığıncağında şəhid ailələrinin problemlərinə toxunub. Kəskin və qəti şəkildə kəndlər (qəsəbələr) üzrə icra nümayəndələrindən sonuncu dəfə hansı şəhid ailəsinin problemləri ilə maraqlandıqlarını soruşub. Elə həmin gün bir neçə icra nümayəndəsi telefon vasitəsilə ərazi vahidinə daxil olan şəhid ailələri ilə maraqlanıb.
Xatırladaq ki, bu barədə qəzetin ötən nömrələrindən birində kiçik yazı dərc olunmuşdu. Həmin yazıda Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun bu vəzifəyə təyin olduğu üç il müddətində bir dəfə də olsun şəhid ailələrini qəbul edib onların problemləri ilə maraqlanmamasından bəhs olunaraq haqlı iradlar ortaya çıxarılmışdı. Keçirilən toplantının qəzetdə gedən yazı ilə heç bir aidiyyatı olmasa da başçının yanlış istiqamətdə hərəkətə keçməsi mövzuya bir daha qayıtmaq zərurətini yaratdı.
Həmsöhbət olduğumuz icra aparatı məmuru belə bir görüşün şəxsən başçı tərəfindən deyil, onun müavinləri, yaxud digər vəzifəli şəxs tərəfindən başçıya təklifi üzərində dayandığından məsələyə aydınlıq gətirmək məcburiyyətindəyik. Hazırda adıçəkilən rayon İcra Hakimiyyətində elə bir mühit yaranıb (yaradılıb) ki, müavinlər də daxil olmaqla heç kim öz inisiativi yönümündə başçıya təklif vermək iqtidarında deyil. Hər kəs ya başçının tapşırıqlarını yerinə yetirir, ya da kabinetində sakitcə oturub səsini çıxartmadan “vaxt öldürür”. Aparatda təmsil olunanlar ilk öncə vəzifələrini, işlərini itirəcəklərindən, şər və böhtana tuş gələcəklərindən qorxurlar. Bəli! Onlar məhz belə bir mühitdə çalışırlar. Adam oturduğu yerdə onun haqqında şər və böhtana tuş gələ bilər. Onun haqqında nəinki akt tərtib oluna, lap həkim kağızı da yazdırıla bilər.
Əldə etdiyimiz məlumata görə, bütün bu işlərin başında elə şəhid ailələrinin əsas fiqur hesab etdikləri Ceyhun bəy dayanır. Bir neçə il əvvəl müəllim işlədiyi, sinifə qorxa-qorxa olmasa da ehtiyatla daxil olan gənc müəllim indi siyasət meydanında at oynadır.
Ana tərəfdən başçıya qohum hesab olunduğu söylənilən Nizami müəllim isə bu sahənin adamı olmadığı üçün heç bir işdə Ceyhunun qabağına keçmir. Bəlkə də işğal olunmuş ərazilər azad olunsaydı Nizami müəllim kənd təsərrüfatı sahəsinin adamı kimi üzüm plantasiyalarında, taxıl və yonca zəmilərində, fermalarda çalışanlara həvəslə rəhbərlik edərdi. Amma indiki halda o, nə edə bilər ki?
Əlbəttə, Zəngilan rayon İcra Hakimiyyəti başçısının gec də olsa hərəkətə keçməsi təqdirəlayiq bir haldır. Amma bu hələ onun haqlı iraddan düzgün nəticə çıxarması demək deyil. Şəhid ailələri ümidlə onları şəxsən başçının qəbul edəcəyini və problemlərinin həllinə istiqamət verəcəyini gözləyirlər.
Əli bəy AZƏRİ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək üçün hərəkətə keçdi

    Bərdənin icra başçısı daha yüksək vəzifəyə keçmək ...

    29-10-2014, 11:55

  • 
  • İCRA BAŞÇISI QAÇMAĞA HAZIRLAŞIR - ŞOK TƏFƏRRÜATLAR

    İCRA BAŞÇISI QAÇMAĞA HAZIRLAŞIR - ŞOK TƏFƏRRÜATLAR ...

    16-08-2015, 00:24

  • 
  • Binəqədinin icra başçısı daha bir məmuru işdən çıxardı

    Binəqədinin icra başçısı daha bir məmuru işdən ...

    12-02-2014, 13:27

  • 
  • İcra başçısı şəhidin yas mərasimində qalmaqal yaradıb? - Prezidentə müraciət olunacaq

    İcra başçısı şəhidin yas mərasimində qalmaqal ...

    25-04-2016, 15:59

  • 
  • Yeni icra başçısı məmurları “sıxmağa” başladı

    Yeni icra başçısı məmurları “sıxmağa” başladı ...

    20-02-2015, 12:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu