"Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!”
Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın dövlət başçısı Serj Sarkisyanın Praqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində çıxışı zamanı Türkiyənin ünvanına səsləndirdiyi ittihamlara cavab verib. Bu barədə Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb. O, qeyd edib ki, dövlət başçısı Türkiyənin sammitdə təmsil olunmamasından istifadə edildiyini deyib. “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!”. N.Məmmədov qeyd edib ki, Ermənistan prezidentinin çıxışını Türkiyəyə hücuma həsr edib. "Şərq tərəfdaşlığı sammitində Sarkisyan bütün çıxışını qondarma soyqırımla bağlı sərsəm mülahizələri ilə Türkiyəyə hücuma həsr etdi".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?