Avstriyanın “Manchmal News” qǝzetindǝ Sarkisyana verilən cavab barədə məqalə dərc olunub
Türkiyənin və başqa dost ölkələrin aparıcı KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş Sammitində çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabı ilə bağlı xəbərlərə geniş yer verməkdə davam edirlər. Avstriyanın “Manchmal News” qǝzetindǝ Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanovun “Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidentinǝ tutarlı cavab verdi” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə Serj Sarkisyan Türkiyənin ünvanına ittihamlar səsləndirərkən Azərbaycan Prezidenti İlham Əliyevin kəskin cavabı ilə üzləşdiyi Qərb oxucularının diqqətinə çatdırılır. Yazıda, Sarkisyanın əsassız iddialarına Prezident İlham Əliyev verdiyi cavab göstərilir: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm. Türkiyə ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb”. Məqalədə, eyni zamanda, azərbaycanlıların Dağlıq Qarabağda etnik təmizləmə siyasətinə məruz qalması xüsusi vurğulanır. Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunan müəllif S.İmanov Azərbaycan Prezidenti İlham Əliyevin Praqa Sammitində çıxışından sitat gətirir: “Bildirmək istərdim ki, biz Avropa təsisatları ilə daha yaxından əlaqə qurmağımız baxımından son 5 ili çox əhəmiyyətli hesab edirik. Bu 5 il ərzində ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə islahatlar həyata keçirmişik. Avropa İttifaqının üzvü olan dövlətlərlə əlaqələrimiz çox geniş və konstruktiv olmuşdur. Bu əlaqələrin mahiyyəti əlbəttə ki, müsbət istiqamətdə dəyişir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?