GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xocavəndin icra başçısı nədən bezib?

Xocavəndin icra başçısı nədən bezib?

Tarix: 28-04-2014, 09:54 Bölmə :Ölkə Baxış: 1 028
Xocavəndin icra başçısı nədən bezib?
Eyvaz Hüseynov daha böyük rayonlardan birində başçı olmaq arzusuna düşüb

Ölkənin ən uzun ömürlü icra başçılarından biri olan Eyvaz Hüseynov artıq daha böyük və daha gəlirli rayonların birinin başçısı olmaq istəyir. 20 ildən artıqdır Xocavənd rayonuna başçılıq edən Eyvaz Hüseynov ermənilərlə təmas xəttində olan və yarıdan çox işğal altında qalan bu kiçik rayonu artıq bəyənmir. Eyvaz Hüseynov daha böyük və daha gəlirli rayonlardan birinə təyinat almaq istəyir və bu barədə artıq bir neçə aydır ki, danışıqlar apardığı bildirilir.
Bu barədə daxil olan məlumatda bildirilir ki, Naxçıan Ali Məclisinin sədri Vasif Talıbovla kirvə olan Eyvaz Hüseynov bütün əlaqələrini işə salaraq iri Aran rayonlarından birinə başçı gəlmək istəyir. Xocavəndin icra başçısının xəyalından bir neçə rayon keçir və onlardan biri də ölkəninin ən böyük rayonlarından biri olan Kürdəmir rayonu olub. Lakin artıq yaşlanmış İrşad Əliyevi Tərtərin icra başçısı əvəz etdiyinə görə Eyvaz Hüseynov yeni versiyalar üzərində çalışmağa başlayıb.
Eyni zamanda daxil olan məlumatda bildirilir ki, yeni rayona təyinat almaq istəyən Eyvaz Hüseynov Xocavənddə böyük yığıma start verib. İcra başçısının rayonda fəaliyyət göstərən bütün idarə və müəssisə rəhbərlərinin boynuna müəyyən məbləğ qoyduğu bildirilir.
Xocavənddən “Gündəm xəbər”ə daxil olan məlumatda həmçinin göstərilir ki, icra başçısı Eyvaz Hüseynov yaxın qohumu olan rayonun Mənzil Komunnal Təsərrüfat Birliyinin sədri Elxan Məmmədovun, Mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Balakişiyevin və rayon Maliyyə İdarəsinin müdiri Fəyyaz Azadovun əli ilə hər il külli miqdarda dövlət vəsaitini mənimsəyir. Belə ki, məlumata əsasən hər il Xocavənd Mənzil Kommunal Təsərrüfat Birliyinə 200 min manata yaxın vəsait ayrılır. Həmin vəsaitlər isə təsərrüfat mallarının alınmasına, abadlıq, yaşıllaşdırma və s. işlərin görülməsi adı altında sənədləşdirilərək mənimsənilir.
Elxan Məmmədovun rəhbərlik etdiyi Mənzil Kommunnal Təsərrüfat Birliyinə ayrılan vəsaitlərdə rayon Maliyyə İdarəsinin müdiri Fəyyaz Azadovun da öz payı var. Mənbəmiz qeyd edir ki, Fəyyaz Azadov rayondakı büdcə idarələrinə ayırdığı vəsaitin 15% ni əvvəlcədən nəqd şəkildə alır və həmin vəsaiti icra başçısı Eyvaz Hüseynovla bölüşür.
Daxil olan məlumatda göstərilir ki, Eyvaz Hüseynovun və Fəyyaz Azadovun yağlı tikələrindən biri də rayon Mədəniyyət və Turizm şöbəsidir. Ramiz Balakişiyevin rəhbərlik etdiyi bu qurum əslində formal olaraq fəaliyyət göstərir. Qeyd edək ki, Xocavənd Mədəniyyət və Turizm şöbəsinin balansında 7 mədəniyyət evi, 13 klub, 13 kitabxana və 2 musiqi məktəbi fəaliyyət göstərir. Məlumat verən mənbə bildirir ki, 7 mədəniyyət evindən yalnız 3 mədəniyyət evi (rayon Mədəniyyət evi, Tuğ kənd Mədənəniyyət evi, Xocavənd kənd Mədəniyyət evi) fəaliyyət göstərir. Yerdə qalan Muğanlı, Qaradağlı, Kurapatkin kənd mədəniyyət evləri formal olaraq sənədlərdə fəaliyyət gösətrir. Belə ki, həmin mədəniyyət evlərinin binası, rəhbərliyi olsa da işçilərin əksəriyyəti Ramiz Balakişiyevin “ölü can”larıdır. Bundan başqa, Muğanlı, 1, 2, 3 saylı Əmirallar, Salakətin, Haxullu, Günəşli, Köçbək, Xətai kənd klublarının da yalnız adları və rəhbərləri var. Şöbə müdiri 1 saylı Kurapatkin, 1, 2 saylı Qaradağlı, 1,2 saylı Muğanlı, 1,2 saylı Əmirallar, Günəşli və köçbək kənd kitabxanalarında güya çalışan işçilərin əmək haqqlarını mənimsəyir.
Mənbə bildirir ki, Eyvaz Hüseynov və Fəyyaz Azadov cütlüyü hər il rayonun daxili büdcəsindən Ramiz Balakişiyevin idarəsinə 100 min manatdan çox vəsait ayırırlar və həmin vəsaitlər yuxarıda qeyd etdiyimiz kimi, adı olub özü olmayan mədəniyyət evlərinin, klubların, kitabxanaların cari təmirinə, inventarlarına və digər avadanlıqların alınması adı ilə sənədləşdirilərək silinir. Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq...
R.ƏLİCANLI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xocavəndin icra başçısı təlaşa düşüb

    Xocavəndin icra başçısı təlaşa düşüb ...

    19-02-2015, 23:31

  • 
  • İcra başçısının sirli «Uğan» MMC şirkəti və mənimsənilən yüz minlər - KORRUPSİYA

    İcra başçısının sirli «Uğan» MMC şirkəti və ...

    24-01-2014, 15:33

  • 
  • İcra başçısı şəhidin yas mərasimində qalmaqal yaradıb? - Prezidentə müraciət olunacaq

    İcra başçısı şəhidin yas mərasimində qalmaqal ...

    25-04-2016, 15:59

  • 
  • Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan yol

    Əhəd Abıyevi Daşkəsəndən Nəsimi rayonuna aparan ...

    1-05-2015, 11:36

  • 
  • Dövlət büdcəsini Xocavənddə kimlər və necə talan edir?

    Dövlət büdcəsini Xocavənddə kimlər və necə talan ...

    11-09-2015, 16:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu