Belarus prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, MDB müsəlmanlarının Məşvərət Şurasının sədri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni Fransisk Skorina ordeni ilə təltif edib.
QMİ-dən APA-ya verilən məlumata görə, A.Paşazadə bu mükafata Belarus-Azərbaycan dövlətlərarası dialoqun inkişafına verdiyi əhəmiyyətli şəxsi töhfəsi, Belarus və Azərbaycan arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənməsindəki fəaliyyəti və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə layiq görülüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?