Qəhrəman Quliyev: “Məhəmməd Bağırov əmim nəvəsi Fərqanənin həyatını məhv edib”
Kəlbəcər rayonun sabiq komissarı Qəhrəman Quliyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin İstintaq şöbəsində barəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsi (vəzifədən sui-istifadə) ilə cinayət işi qaldırılmış Kəlbəcər rayonunun sabiq təhsil şöbəsinin müdiri hacı Məhəmməd Bağırov barəsində ciddi ittihamlar səsləndirib. Adıçəkilən şəxs video müsahibəsini mediaya göndərib. Sabiq komissar ötən il Fərqanə Ələkbərova tərəfindən ölkədə böyük sensasiyaya səbəb olan video müsahibəsində səslənən fikirlərə aydınlıq gətirərək mətubatda gedən yazılara münasibət bildirdi: “Adıçəkilən Fərqanə Ələkbərova atamın əmisi nəvəsidir. Özünü cəmiyyətə hacı kimi pərçim etmiş Məhəmməd Bağırov qohumum Fərqanə Ələkbərovanın həyatını məhv etmişdir. Məhz buna görə də bu gündə həmin qız ailə qura bilmir. Bu işin ört-basdır edilməsində Fərqanə Ələkbərovanın valideyinləri günahkardır. Onlar kasıb ailə olduqlarından Bağırov onları pulla susdurur. Sabiq müdir mənim bacım qızı Valehova Pərvanə Xanvələd qızını da aldadaraq işə götürülməsində 3500 azn pul alıb. Bu gün bacımgil hələ də Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırova verdikləri pulun sələmini ödəməkdə davam edirlər. Hal-hazırda Fərqanə Ələkbərovanı oxutdurmaq adı ilə Məhəmməd Bağırov Gürüstana göndərdib. Bu adam Həcc ziyarətindən istifadə edərək həmişə biznes maraqlarını güdüb. Bir tarixçi kimi deyə bilərəm ki, Məhəmməd Bağırovlar Qazax rayonundan namus üstündə didərgin salınıb. Onun babası həmin rayonda şərəfsizlik etdiyinə görə tayfalıqca kənddən qovulub çıxarılıb. Bu cür şərəfsizlik damğası ilə tanınan bir tayfa nümayəndəsinin kəlbəcərlilər adından danışmasını heç cür qəbul etmirəm. Onun yerinə kim olsaydı çoxdan intihar edib, özünü asıb öldürərdi. O məxluqun bütün əməlləri Azərbaycan Respubilkasının Cinayət Məcəlləsində nəzərdə tutulan bütün maddələrinə şamil etmək olar”. Xatırladaq ki, ötən il Fərqanə Ələkbərova ölkədə böyük sensasiyaya səbəb olan video müsahibəsində Məhəmməd Bağırovun ona intim əlaqə təklif etdiyini və bunun müqabilində ona saxta diplom, Bakı şəhərində ev, maşın alacağını bildirib. Müsahibəsində Fərqanə Ələkbərova təhsil şöbəsi müdirinin verdiyi vədlərin içində ancaq ona saxta diplom aldığını deyib. Ancaq bu video sonradan ictimailəşəndən sonra M.Bağırov F.Ələkbərovaya müxtəlif yollarla təzyiq və təsir edərək, jurnalist Ərşad İbrahimlinin ondan zorla müsahibə aldığını dedizdirib. Adıçəkilən qız Gəncədəki hüquq-mühafizə orqanlarına şikayət edərək, jurnalistin guya onunla müsahibəni boğazına bıçaq dirəyərək aldığını iddia etmişdi. Bu olayla bağlı Gəncə şəhər Prokurorluğunda aparılan araşdırma zamanı F.Ələkbərovanın dedikləri sübuta yetirilməyib. Kəlbəcər rayon məktəblərində saxta diplom əvəzi arayışla dərs keçən F.Ələkbərova müəllimlikdən qovulduqdan sonra yenidən təhsil almağı düşünüb. Hal-hazırda qonşu Gürcüstanın təhsil müəssisələrinin birində “Jurnalistka” fakültəsində təhsil aldığı bildirilir. Bu kasıb ailənin qızcığazına maddi cəhədən köməyi də sabiq TŞ-nin müdiri M.Bağırovun etdiyi bildirilir. Bu şəxsin adı korrupsiya və saxta diplom qalmaqalında hallanmaqla Baş Prokuor yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsində Korrupsiya maddələri, eləcə də Azərbaycan Respubilkasının Cinayət məcəlləsinin 308.2-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilib. Hal-hazırda onun barəsində istintaq orqanı tərəfindən zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?