Bir müddət bundan əvvəl Kəlbəcər rayon təhsil şöbəsinin rəhbəri Məhəmməd Bağırova qarşı şok ittihamlar səsləndirən rayon köçkünü Fərqanə Ələkbərovanın dedikləri təsdiqlənib. Xatırladaq ki, bir neçə ay öncə Fərqanə Ələkbərova ölkədə böyül sensasiyaya səbəb olan video müsahibəsində Məhəmməd Bağırovun ona cinsi əlaqə təklif etdiyini və bunun müqabilində ona saxta diplom, Bakı şəhərində ev, maşın alacağını bildirib. Müsahibəsində Fərqanə Ələkbərova təhsil müdirinin verdiyi vədlərin içində ancaq ona saxta diplom alıb: “Mənə Müəllimlər İnstitutundan saxta diplom düzəltdi. Mənə dedi ki, sənə həyatda nə desən, nə istəsən edəcəm. Özüm də səni ərə verəcəm. Mənim adımı batırdı. İnsanlar içinə çıxa bilmirdim. Ailə qura bilmirəm. Valideyinlərimlə birlikdə Kəlbəcərin icra başçısı Vidadi Məhərrəmovun yanında olduq. Dedi, bu söhbəti danışmayın. Mən bağlayacam. Kəlbəcərin adına ayıbdı deyib, bizə şikayət etmətə imkan vermədi. Vidadi müəllim, imkan vermədi biz ondan şikayət edək”. Ancaq bu video sonradan ictimailəşəndən sonra M.Bağırov F.Ələkbərovaya müxtəlif yollarla təzyiq və təsir edərək, jurnalist Ərşad İbrahimlinin ondan zorla müsahibə aldığını dedizdirib.
Adıçəkilən Gəncədəki hüquq-mühafizə orqanlarına şikayyət edərək, jurnalistin guya onunla müsahibəni boğazına bıçaq dirəyərək, zorla aldığını idda etmişdi. Bu olayla bağlı Gəncə prokurorluğunda aparılan araşdırma zamanı F.Ələkbərovanın dedikləri sübuta yetirilməyib.
Dünən isə “Bizim Yol” təhsil şöbəsi rəhbərinin Fərqanə Ələkbərovaya aldığı saxta diplomun surətini əldə edib. Gəncə Müəllimlər İnstitutunun direktoru Ramiz Məmmədovun imzasıyla diplom əvəzi arayış Fərqanə Ələkbərovanın işə qəbul olunması üçün verilib. “Bizim Yol”un təqdim ediyi bu fakt ortada açıq cinayət əməlinin olduğunu göstir. Ümid edirik ki, prokurorluq orqanları bu faktı araşdırcaqlar. Xatırladaq ki, bu video müsahibə ilk dəfə Avropa.info saytında yayılmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?