Baş nazirin müavini ABŞ-da Türkiyəyə dair konfransda çıxış edib
Türkiyə baş nazirinin müavini Bəşir Atalay Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Türkiyəyə dair illik konfransda çıxış edib. Bəşir Atalay çıxışı zamanı bir müddət əvvəl Rəcəb Tayyib Ərdoğanın 1915-ci il erməni soyqırımı ilə əlaqədar səsləndirdiyi ifadələrə münasibət bildirib. Dövlət rəsmisi qeyd edib ki, Ərdoğanın soyqırıma münasibəti, əslində, Ermənistanla əlaqələrin normallaşdırılması üçün təşəbbüskar bir addım olub. "İndi daha ətraflı şəkildə tarixi yenidən araşdırmağa sövq edən bir açıqlama verdik. Həm Amerika Birləşmiş Ştatları, həm beynəlxalq ictimaiyyətdən və əlbəttə Ermənistandan bu ismarıcın qarşılığını almaq, bu problemlərin həlli yolunda addımlar atılmasını istəyirik. Bu bizim üçün vacib əhəmiyyət kəsb edir". Atalay, həmçinin, Türkiyənin bu yöndə daha da irəliyə hesablanmış addımlar atacağını qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?