GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zəhərlə öldürülən osmanli sultanları

Zəhərlə öldürülən osmanli sultanları

Tarix: 11-01-2013, 10:41 Bölmə :Ölkə Baxış: 3 970
Zəhərlə öldürülən osmanli sultanları

Böyük bir xənadənın başı üzərində ölüm kabusu

Osmanlının saray həyatı kitab və seriallara mövzu olduqdan sonra sultanların ölümləri də maraq doğurmağa başladı. Araşdırmalar Osmanlı sultanlarının bir çoxunun ölümünün sirli olduğunu göstərir. Osmanlı imperiyasının banisi Osman Qazi 1326-cı ildə ürək çatışmazlığından vəfat edib. Şəhid olan yeganə sultan isə 1-ci Murad olub. 1389-cu ildə Birinci Kosova müharibəsinin sonunda serb kralı Lazarın kürəkəni Miloş Obroneviç tərəfindən öldürülüb. Miloş padşahın hüzuruna çıxdığı an gizlətdiyi xəncərlə Birinci Muradı öldürüb.

İntihar - sultanların ölüm yolu

2-ci Orxan Qazi zəhərlə intihar edib. Yıldırım Bəyazid Osmanli sultanları arasında ən yaxşı komandirlərdən biri kimi tanınıb. 1402-ci ildə Ankara savaşında Teymura əsir düşən Yıldırım Bəyazid üzləşdiyi durumla barışa bilməyib. Buna görə də üzüyünün qaşında saxladığı zəhəri içərək 1403-cü ilin 8 martında intihar edib.

Baş ağrısı da öldürür

II Murad 1451-ci ildə şiddətli baş ağrısı səbəbiylə yatağa düşərək üç gün sonra vəfat edib. Ölüm səbəbi kimi beyinə qan sızma və ya beyindəki şiş göstərilir. Sultanlar arasında ən sirli ölüm isə Fateh Sultan Mehmedin ölümüdür. O, 1481-ci ilin mayında Misirə səfərə çıxıb. Gəbzə yaxınlığında xəstələnib və sarayın baş həkimi onu müalicə etməyi bacarmadığından keçmiş baş həkim Yaqub Paşa çağırılıb. Ancaq onun da sultana faydası olmayıb. Komaya düşən sultan mayın 31-də vəfat edib. İndiyə qədər sultanın zəhərlənərək öldürüldüyü təxmin edilir.
II Bəyazid 1512-ci ildə əsgərlərin üsyanı sonucunda oğlu Yavuz Sultan Səlimin lehinə taxtdan əl çəkib. Ömrünün sonuna qədər yaşamağı düşündüyü Dimetokaya gedərkən yolda ölüb. Belə güman edilir ki, Yavuz gələcəkdə atasının yenidən taxta çıxmaq istəyinin qarşısını almaq üçün onu zəhərləyib.
Qanuni Sultan Süleyman 1566-cı ilin sentyabrın 6-da beyninə qan sızmasından ölüb.
II Səlim 1574-cü ilin dekabrda hamamda yıxılaraq sinə boşluğunda meydana gələn qanama səbəbindən dünyasını dəyişib.

Falçının öldürdüyü sultan

II Mehmed 1603-cü ildə saraya dönərkən bir falçı ilə qarşılaşıb. Falçı ona 56 gün sonra baş verəcək qəzadan qurtulmayacağını bildirib. Padşah yemək-içməkdən kəsilib və 22 dekabrda ürək çatışmazlığından vəfat edib. 15-ci Osmanlı sultanı olan Mustafa 1639-cu ilin yanvarında ölüb. “Dəli” padşah ləqəbi alan Sultan Mustafa 1623-cü ildə taxtdan salınıb. Onun ölümünün detalları o qədər də açıqlanmır.
II Osman Osmanlı tarixində üsyan nəticəsində öldürülən ilk padşah kimi anılır. Sədrəzəm Davud Paşa və yanındakılar gənc padşahı kəməndlə boğaraq öldürüblər.
IV Muradın ölümü ilə bağlı iki iddia var. Qərb mənbələri onun serrozdan, Osmanlı qaynaqları isə başqa bir xəstəlikdən öldüyünü bildirir. Bu hadisə isə 1640-cı ildə olub.

Prostat xərçəngi sultanları əsir alıb

Yavuz Sultan Səlim 1520-ci il sentyabrın 22-də xərçəngdən vəfat edib. I Murad 1595-ci il 15 yanvarında prostat xərçəngindən dünyasını dəyişib.

Qadın qurbanı olan sutan

Sultan İbrahimin də adı öldürülən padşahlar sırasındadır. O, 1648-ci il avqustunda taxtdan salınaraq yerinə kiçik yaşlı oğlu Mehmet gətirilib. Sultanı isə bir otaqda 10 gün bağlı saxlayıblar. Onun fəryadlarının bütün saray eşidirdi. Sultanı yenidən taxta çıxarmağa çalışanların sayı artdıqca Kösəm Sultanın tapşırığı ilə o, boğularaq öldürülüb.
II Süleyman 40 il sarayda həbs həyatı yaşadıqdan sonra 1691-ci ildə taxta çıxıb. Cəmi 4 il sultanlıq edib və 1695-ci ildə böyrək çatışmazlığından ölüb.
IV Mehmet 1687-ci ildə taxtdan salındıqdan sonra 4 il həbsdə olub. Sətəlcəmə yaxalanıb və 1693-cü il 4 yanvarında dünyasını dəyişib.
II Mustafa 1703-cü ildə üsyan nəticəsində taxtdan salınıb. Bu hadisə ona çox pis təsir edib. Xərçəngə tutulan sultan elə həmin il prostat xərçəngindən ölüb.
III Əhməd əyləncələri ilə məşhur “Lalə Dönəmi”nin padşahı olub. O, 1730-cu ildə üsyan nəticəsində taxtdan salınıb. Uzun illər Topqapı sarayında həbs edilib. Şəkər xəstəliyinə tutulub və 1736-cı ildə ölüb.

Atdan yıxılaraq öldü

I Mahmud 21 il padşahlıq edib. 1754-cü ildə cümə namazından çıxıb saraya dönərkən atdan yıxılıb və beyin qanaması keçirərək vəfat edib.
I Əbdülhəmid Osmanlı-Rus savaşında “Anapa” qalasının rusların əlinə keçməsi xəbərinə dözə bilməyib. Eşitdiyi xəbərdən beyin qanaması keçirib və 1789-cu il 7 apreldə vəfat edib.

Eyni taleli fərqli sultanlar

II Səlimin adı Osmanlı sarayının yenilikçi sultanı kimi anılır. O, 1807-ci ildə üsyan nəticəsində taxtdan salınıb və yerinə 4-cü Mustafa gətirilib. Sarayda həbs edilən padşahı təkrar taxta çıxarmaq istəyən “Nizamı Cədit” (yeni düzən) tərəfdarları toplaşıb. Mustafa Paşa bir orduyla İstanbula gələrək Sultan Səlimi təkrar taxta çıxarmağa təşəbbüs edib. Ancaq tədbirli davranmadığından Dördüncü Mustafanın tərəfdarları 1808-ci ildə Üçüncü Selimi öldürüblər.
IV Mustafa özü də eyni aqibəti yaşayıb. İkinci Mahmud onu 1808-ci ildə boğdurub.

Vərəm - sultan xəstəliyi

II Mahmud isə vərəm xəstəliyindən müalicə olunmaq üçün 1839-cu ildə bacısı Əsma Sultanın Çamlıcadakı köşkünə gedib. Ancaq elə orada 54 yaşında vefat edib.
Əbdülməcid Osmanlı tarixinə yeni dönəm başladan sultan kimi düşüb. O, 1861-ci ildə atası İkinci Mahmud kimi vərəmdən ölüb. Sultan Əbdüləziz 1861-1876-ci illərdə padşahlıq edib. O, Osmanlıda ölümü ən çox mübahisə doğuran sultan olub. Taxtdan endirildikdən bir neçə gün sonra Fəriye sarayında biləkləri kəsilmiş şəkildə tapılıb. Sultanın intihar etdiyi bildirilsə də, onun öldürülmüş olması ehtimalı daha qüvvətlidir.
V Murad ən az padşahlıq edən sultan olub. Şəkər xəstəsi olan sultan 1904-cü ilin avqustunda ölüb.
II Əbdülhəmid isə 76 yaşında vəfat edib. Ölümünün səbəbi isə sətəlcəm xəstəliyinin vərəmə çevrilməsi olub.
V Mehmedin də ölüm səbəbi şəkər xəstəliyi olub. 1909-cu ildə bu xəstəliyə tutulan sultan 1918-ci ildə vəfat edib.
V Mehmed son Osmanlı padşahı olub. 1918-1926-ci illərdə taxtda oturan sultan həmin il mayın 16-da ürək çatışmazlığından ölüb.
Elnarə Əlosmanqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tanınmış təhsil eksperti Əlövsət Osmanlı vəfat etdi (Yenilənib)

    Tanınmış təhsil eksperti Əlövsət Osmanlı vəfat ...

    8-09-2013, 12:18

  • 
  • "Ceyhun Osmanlı cinayət məsuliyyətinə cəlb edilsin"

    "Ceyhun Osmanlı cinayət məsuliyyətinə cəlb ...

    25-02-2014, 13:31

  • 
  • Əsgərimiz intihar etməyib, öldürülüb – Fakt

    Əsgərimiz intihar etməyib, öldürülüb – Fakt ...

    8-01-2014, 23:47

  • 
  • Dünyada ildə 800 min adam intihar edir

    Dünyada ildə 800 min adam intihar edir ...

    4-09-2014, 19:32

  • 
  • Osmanlı sultanı Peyğəmbəri (s.a.s) təhqir etmək istəyən Avropanı necə yerində oturtdu ? - Tarix

    Osmanlı sultanı Peyğəmbəri (s.a.s) təhqir etmək ...

    16-01-2015, 21:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu