Siyasət "Ceyhun Osmanlı cinayət məsuliyyətinə cəlb edilməlidir". Bunu millət vəkili İqbal Ağazadə bildirib. Onun sözlərinə görə, millət vəkilinin bir jurnalistin danışığını öz telefonuna yazaraq prokurorluğa verməsi qanunla qadağandır:
“Biz səs yazılarını, icazəsi videogörüntülərin yayılmasını referenduma çıxarıb Azərbaycan Respublikasının konstitusiyasına saldıq. Buna baxmayaraq hələ də, belə halların davam etdiyini görürük. Millət vəkili Ceyhun Osmanlı da bir jurnalistin səsini yazaraq prokurorluğa təqdim etməsi qanunlara ziddir. Odur ki, Ceyhun Osmanlı ya buna təkzib verməli ya da konstitusiyanın bu maddəsi ilə cinayətə cəlb olunmalıdır”.
Spiker Oqtay Əsədov isə millət vəkilinə irad tutub. O, əldə sübut olmadan bununla bağlı söhbətləri Milli Məclisə gətirməməyi xahiş edib. "“İqbal Ağazadə, Sizin sübutunuz, faktınız varmı ki, Ceyhun Osmanlı bunu edib?. Kimsə özünə xal qazanmaq üçün bu vasitələrə əl atması yolverilməzdir. Biz burada Xocalı faciəsi ilə bağlı müzakirə aparırıq".
Sorğu
Yeni dizaynımız necədir?