GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Universitetlərdə ilahiyyat fakültəsi

Universitetlərdə ilahiyyat fakültəsi

Tarix: 11-01-2013, 10:43 Bölmə :Ölkə Baxış: 872
Universitetlərdə ilahiyyat fakültəsi

Elm adamları dinə üz tutmaq istəyəndə ilahiyyatçılar bunu dərhal
elə təqdim edirlər ki, sanki elm və alimlər acizliyini etiraf edir


Bu günlərdə Rusiyada maraqlı hadisə baş verib. Sovet vaxtında üç ali məktəbdən biri hesab edilən, əsasən nüvə fizikası sahəsində mütəxəssislər hazırlayan Moskva Mühəndis-Fizika İnstitutunda ilahiyyat kafedrası açılıb. Rusiyada dinlə bağlı maraqlı məqamlarla çox rastlaşmışıq. Məsələn, prezident V. Putinin milad və pasxa bayramları vaxtı hökumətin digər üzvləri ilə birgə dini mərasimlərdə iştirak etməsi adi haldır. Bu ölkədə mənim yadımda qalan sonuncu ateist akademik V. L. Ginzburq idi. Ondan sonra açıq ateist çıxışlar edən alimlərə demək olar ki, rast gəlinmir. Əksinə, dinin getdikcə daha çox sferalara nüfuz etməsi haqda xəbərlər yayılır. Rus pravoslav kilsəsinin məlumatına görə, ölkənin 50-yə yaxın ali məktəbində ilahiyyat kafedraları fəaliyyət göstərir. Maraqlıdır ki, təxminən 300 il bundan əvvəl Moskva Universiteti yaradılarkən orada ilahiyyat kafedrası olmamışdı və hətta sovetlərin vaxtında universitet adamları bunu xüsusi qürurla qeyd edirdilər.
Dünyanın başqa ölkələri özünün adi ritmik dini həyatını yaşayarkən keçmiş sovet ölkələrində dinlə bağlı çox dinamik proseslər yaşanır. Mən bu misalı ona görə qeyd etdim ki, dini mərasimlərdə din adamlarının öz arqumentlərini əsaslandırmaq üçün elmin son uğurlarına istinad etmək cəhdləri müşahidə olunur və bir çox hallarda belə cəhdlər öz primitivliyinə görə gülüş doğurur, çünki bu, bir qədər kobud və qeyri – professional edilir. Elə bir qədər əvvəl adını çəkdiyim ali məktəbdə də ilahiyyatdan dərs deyəcək professorların qarşısına bir vəzifə qoyulub: onlar mütləq fizikanı bilməlidir. Düşündüm ki, bəlkə elmlə din arasında soyuq məsafə saxlamaqdansa onların bir qədər yaxınlaşması daha yaxşı olardı? Yadıma gəlir, bir vaxt Azərbaycanda da dinin əsaslarının orta və ali məktəblərdə öyrənilməsi müzakirə edilirdi. Amma bununla bağlı da elə digər məsələlər kimi bir nəticə hasil olmadı.
Sovetlərin vaxtında bütün ali məktəblərdə, o cümlədən də Azərbaycanda elmi ateizm tədris olunurdu. Ondan sonra bu fənnin tədrisi dayandırıldı və bəzi ölkələrdə dini məsələlər ətrafında bir sükut yarandı. Amma nədən ali məktəblərdə heç olmasa dinlərin tarixi tədris olunmasın? Nəyisə görməməzliyə vurmaq onu hələ görməmək deyil. Mənə elə gəlir ki, ən azı dəqiq elm adamlarına dinin əsaslarını, din adamlarına isə heç olmasa, müasir astrofizikanı tədris etmək lazımdır. Belə sintez bir çox hallarda müsbət nəticə də verə bilir.
Yada salım ki, müasir kosmologiyanın banilərindən biri katolik keşişi G. Lemaitre (G. Lemetr) olub. Vatikanın institutlarında bir neçə nüfuzlu alim çalışıb - məsələn, kvant mexanikasının banisi V. Heisenberg (V. Heyzenberq). Bunun müqabilində müsəlman dünyasında nə baş verir? İlahiyyat hələ də özünü elmə müxalif hesab edir. Din adamları gülməli «elmi açıqlamalar»la çıxış edirlər. Bir yas mərasimində molla tamamilə ciddi şəkildə cənnətin və cəhənnəmin mövcudluğunu «qara dəlik»lərlə bağlamağa cəhd edirdi.
Zənnimizcə, müsəlman dünyasının dinə münasibətinin ən böyük qüsuru budur ki, onlar hələ dinin yerini müəyyənləşdirə bilməyiblər. Avropada bunu ilk dəfə I. Kant etdi və o vaxtdan həmin ənənə davam edir, dinə daha çox etik və mənəvi amil kimi baxırlar. Xristian dünyasında çox az adam İncilə böyük elmi kəşflərin kodlaşdırıldığı kitab kimi yanaşır. İslamda isə belə deyil. İslamın elmə baxışı hələ də xəlifələrdən birinin münasibəti ilə üst-üstə düşür: əgər kitablarda yazılanlar Quranda varsa, onlara ehtiyac yoxdur, yox, əgər həmin kitablarda yazılanlar Quranda yoxdursa, onda onlara, ümumiyyətlə, ehtiyac yoxdur…
Elm adamları dinə üz tutmaq istəyəndə ilahiyyatçılar bunu dərhal elə təqdim edirlər ki, sanki elm və alimlər acizliyini etiraf edir. Amma belə deyil. Müasir elm qarşısında duran bir çox problemlər daha çox texniki xarakter daşıyır. Hətta son vaxtlar elm də bir qədər siyasiləşib, alimlər böyük xərclərə bəraət qazandırmaq üçün bəzən öz nəticələrini tələsik elan edirlər. Məsələn, məşhur Higgs (Xiqqs) bozonu ilə bağlı belə oldu. Amma tədricən bu məsələ də aydınlaşır, alimlər «Allahın hissəciyi» adlandırılan bu zərrəciyin kəşfi haqda indi daha inamla danışmağa başlayırlar.
Təəssüf ki, ABŞ və digər ölkələr böyük maliyyə məsrəfləri ucbatından daha möhtəşəm adron kollayderinin (zərrəciklərin sürətləndiricisi) qurulmasından müvəqqəti imtina etdilər. Bunun özü də böyük mənəvi məsələdir. Dünyada adi şeylərə, silaha, siyasətə hər il yüz milyardlarla vəsait xərclənir, di gəl, adron kollayderinin tikintisi üçün bir neçə milyard tapılmır! Amma yenə də elmi xərclərin böyük hissəsi və hətta deyərdim ki, əsas hissəsi xristian ölkələrinin payına düşür. Müsəlman ölkələri belə məsələlərdə təəssüf ki, mürgü döyür, halbuki bu ölkələrin çox böyük maliyyə resursları var. Bir az əvvəldə qeyd etdiyim ki, onlar hələ də dini kitablarda hər şeyin yazıldığını güman edirlər.
Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qafqaz Universitetinin sabiq dekanı axtarışa verildi

    Qafqaz Universitetinin sabiq dekanı axtarışa ...

    4-08-2016, 17:51

  • 
  • Putinin rus millətçilərini hiddətləndirib

    Putinin rus millətçilərini hiddətləndirib ...

    13-12-2012, 12:52

  • 
  • Dünya universitetlərinin reytinq cədvəli açıqlandı

    Dünya universitetlərinin reytinq cədvəli açıqlandı ...

    11-10-2013, 12:59

  • 
  • Mikayıl Cabbarov “Təfəkkür”ü də bağlatdıracaq

    Mikayıl Cabbarov “Təfəkkür”ü də bağlatdıracaq ...

    11-07-2014, 17:30

  • 
  • Prorektora "Əməkdar elm xadimi" fəxri adı verildi

    Prorektora "Əməkdar elm xadimi" fəxri ...

    12-10-2015, 13:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu