Qətərin paytaxtı Dohada baş tutan görüşdə tərəflər əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıblar
Fələstin lideri Mahmud Abbas Həmas hərəkatı ilə barışıqdan sonra partiyanın sədri Xalid Məşəl ilə görüş keçirib. Qətərin paytaxtı Dohada baş tutan görüşdə tərəflər əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində müzakirələr aparıblar. Doha görüşü tərəflər arasında keçirilən nadir görüşlərdən biri olub. Bir müddət əvvəl barışıq elan edən rəsmilər may ayında birlik hökuməti quracaqlarını qeyd etmişdilər. Tərəflərin siyasi cəhətdən bir-birilərinə yaxınlaşması İsrail ilə bu ölkə arasında Yaxın Şərq sülh danışıqlarına zərbə kimi qiymətləndirilir. İsrail hökuməti Mahmud Abbasa qərb tərəfindən terror təşkilatı kimi qəbul olunan Həmas təşkilatı ilə əməkdaşlıq etdikcə iki ölkə arasında sülhün mümkün olmayacğını bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?