Son illər Qazaxda baş verməyən pul “maxinasiyaları” yoxdur. Bunların hamısı da rayon icra hakimiyyətindən qaynaqlanan bir yeyinti formasıdır. Ayağını tərəzinin iki gözünə qoyan köhnə kadrların birinin də vəzifə sarıdan “burnunun qanamaması” rayonu daha da korrupsiya məkanına çevirib. Yazı ilə tanış olan və rayonu yaxşı tanıyanlardan belə bir sual da doğa bilər ki, Qazax rayonu Əhalininn Sosial Müdafiəsi Mərkəzinin sabiq direktoru Akif Vəliyevin dəyişirilməsi necə oldu? Qeyd edək ki, bu kadrın işdən haqlı olaraq kənarlaşdırılması nazir Səlim Müslümovun hünəridir. İmkansızlar dura-dura imkanlıların sosial yardımlara sahib olmasını Allah da bağışlamazdı. Qazax rayon İcra Hakimiyyətinin hesabına qalsaydı, Akif Vəliyev onlara ən faydalı kadr idi. Akif Vəliyev rayonda harada işləyibsə həmin yerə kül ələyib. Onun nəticəsidir ki, o, bu gün Qazaxda adnandır. Fırıldaqlığı, bərk yalan danışmağı ilə çoxlarından fərqlənən bu insan, hətta özü öz danışdığına da inanmır. O, rayonda sosial müdafiə mərkəzinə direktor təyin olunmamışdan əvvəl Qarabağ və şəhid ailələri üçün mənzil tikintisinə rəhbərlik edirdi. Daha bir yerdə xarab mal qoymayaraq hamısını təzə tikliləcək binaya işlətdi. Bununla da milyonların rahatca arxasına keçdi. Sonradan Akifin tikilişləri də sabiq nazir Füzuli Ələkbərova baxdığı üçün, şirindilli Vəliyev asanlıqla nazirə yol taparaq sosial mərkəzə direktor olub. Səlim Müslümovun göstərişi ilə işdən uzaqlaşdırılan Akif Vəliyev 3 ay boş qala bildi. Qazax İcra Hakimiyyətindəki “qədirbilənlər” onu boş qoyq bilməzdi. Çünki Akif onlardan getmişdi. Onu bu yaxınlarda Qazax Şəhər Mənzil İstismar Sahəsinə mühəndis qoydular. İnsafən, Qazax RİH başçısı Ayaz Əsgərov da aparatda böyür-başındakıların sözünü eşidən və onlara tez inanan adamdır. Daha dərinə getmir ki, bəlkə neçə başçı dəyişən həmin məmurlar Ayaz Əsgərovu da öz mənafeləri naminə aldadırlar... Eə bu ötən gün olanlarla razılaşmayan iç adamlarından redaksiyamıza korrupsiya xarakterli ilginc məlumat daxil oldu. Saxta tender əməliyyatı. Sən demə, Akif Vəliyev küllü miqdarda qazanc yeri tapıb. Onun vaxtı ilə özününkülərin adlarına təsis etdirdiyi bir neşə tikinti MMC-lərinin olduğu aşkarlandı. “Tikinti-9” MMC, “İlkin” MMC və “İstanbul” MMC-lər Akif Vəliyevin əsl gəlir mənbəyidir. Qəribədir, bir də görürsən ki, adı bilinməyən, heç bir siyahıda olmayan MMC tez bir zamanda tenderdə qalib çıxdı. Halbuki, tenderin özünün texniki şərtləri vardır. Qalib çıxan MMC bir neçə MMC-lərdən seçilməli, müvafiq işçi qüvvəsi və texniki bazası olmalıdır. Budur, belə bir şərtlər olmadan Qazax şəhərindəki binaların dam örtüyünün dəyişdirilməsi və digər işlərin görülməsi üçün saxta elan edilmiş tenderdə Akif Vəliyevin MMC-si “qalib” çıxıb. Həmin MMC-yə küllü miqdarda vəsait köcürüləcəyi gözlənilir. Burada küllü miqdarda da yeyintinin olmamasına heç kim zəmanət verə bilməz. Hətta, Qazaxda belə bir misal var ki, “Akif olan yerdə yeyinti də olmalıdır”. Qazax Şəhər Mənzil İstismar Sahəsinin digər məsul işçisi Elşad Axundov da keçirilmiş saxta tender komissiyasının sədridir. Təbii ki, Akif Vəliyevin əli ilə yeməyə alışanlar ondan əl çəkmək istəmirlər. Yəqin ki, bu dəfə həmin məsləyə təkcə onunla əlaqədar olanlar deyil, hüquq-mühafizə orqanlarının da işə qarışması qaçılmazdır. Çünki artıq bulanmış suyun mənbəyi çoxlarına bəllidir. Vəkil Rüstəm
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?