GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İran zabiti ABŞ-ın Bakıdakı səfirliyinə girib kəşfiyyatçıya nə danışdı...

İran zabiti ABŞ-ın Bakıdakı səfirliyinə girib kəşfiyyatçıya nə danışdı...

Tarix: 8-05-2014, 10:57 Bölmə :Ölkə Baxış: 0
İran zabiti ABŞ-ın Bakıdakı səfirliyinə girib kəşfiyyatçıya nə danışdı...
Həmid Rza Zəkəri ilə bağlı ilginc faktlar sadalandı

ABŞ-ın “The Blaze” informasiya portalında (eyni adda internet telekanalı və radio da fəaliyyət göstərir) 11 sentyabr terror hücumları ilə bağlı maraqlı, eyni zamanda sensasiyalı material dərc olunub.
Bu yazıda amerikalı yazıçı və siyasi şərhçi, radikal İslam mövzusunda araşdırmaların müəllifi olan Larri Kelli Səudiyyə Ərəbistanı kral ailəsinin 11 sentyabr hücumunda əlinin olduğuna dair yeni dəlillərin ortaya çıxdığını iddia edir. L.Kerri bundan əvvəl “The Blaze” saytında İranın “əl-Qaidə”yə gizli dəstəyi barədə bəhs edib. L.Kerri yazır ki, Səudiyyə kralının emissarları 11 sentyabr hücumlarını həyata keçirən terrorçularla ən azı bir dəfə görüşüb və onlara kömək edib. Onun bildirdiyinə görə, Səudiyyə kral ailəsinin 11 sentyabr hücumlarına dəstək verdiyinə dair məlumatlar yeni deyil. Vaxtilə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Səudiyyə Ərəbistanının bu terror hücumlarında əlinin olduğuna dair dəlilləri araşdırmaq üçün xüsusi qrup yaradıb və həmin qrup araşdırmaların nəticəsi olaraq prezidentə 28 səhifəlik məxfi hesabat təqdim edib.
Bu hesabat barədə “İnternational Business Times” nəşri xəbər yayıb. Məlumatın yayılmasından sonra iki konqresmen prezidentə həmin hesabatın açıqlanması barədə sorğu göndərib. Lakin hesabat açıqlanmayıb. Larri Kelli yazır ki, Səudiyyə Ərəbistanının 11 sentyabr hücumlarında əlinin olduğu barədə hələ bu terror hücumundan əvvəl İran kəşfiyyatının Bakıya qaçan yüksək rütbəli zabiti ABŞ-ı məlumatlandırıb. Məqalədə deyilir: “26 iyul, 2011-ci ildə ABŞ-ın Bakıdakı səfirliyinin giriş qapısına İranın yüksək rütbəli təhlükəsizlik məmuru Həmid Rza Zəkəri yaxınlaşdı. O, administratora bildirdi ki, Mərkəzi Kəşfiyyat İdarəsi ilə danışmaq istəyir, çünki ABŞ-ın təhlükəsizliyi ilə bağlı informasiyaya malikdir”.
Məqalədə bildirilir ki, səfirlikdə Həmid Rza Zəkərini Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “Coan” adlı rezidenti qəbul edib. H.R.Zəkəri İranın İnformasiya və Təhlükəsizlik Nazirliyinin (SEPAH) qərargahında yüksək rütbəli zabit olduğunu bildirərək “Coan”a ərəb pilotlarının hazırlıq keçməsi və onların planları barədə danışıb. H.R.Zəkəri hətta Amerikada hazırlıq keçən ərəb pilotların təyyarələrlə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin binalarına, Pentaqona və ABŞ prezidentinin Kemp-Devid iqamətgahına necə hücum edəcəyinin modelini də səfirliyin konfrans otağında təsvir edib. “Zəkəri danışıb ki, hücum havadan həyata keçiriləcək və ərəb pilotları hücumu həyata keçirmək üçün artıq Amerikaya yola düşüblər, hücumun tarixi isə 11.09.01-dir. “Coan” bu məlumatları qeydə alır.
Bir neçə gün sonra Mərkəzi Kəşfiyyat İdarəsinin Pensilvaniyadakı mənzil-qərargahından “Corc” adlı baş zabit Bakıya gəlir və ABŞ səfirliyində Zəkərini dindirir. O, dərhal qərara alır ki, Zəkəri yalan danışır, MKİ zabiti ona 200 dollar verib səfirliyi tərk etməsini istəyir. 3 mindən çox adamın həyatını xilas edə biləcək informasiya beləcə ciddi qəbul olunmur...”, - deyə məqalədə bildirilir. L.Kelli yazır ki, sonradan 11 sentyabr hücumlarını araşdıran Ken Timmerman Zəkəri ilə görüşüb və Bakıdakı bu söhbət barədə onunla geniş danışıb. K.Timmerman H.R.Zəkəri ilə söhbətinə 2005-ci ildə nəşr edilmiş kitabında yer verib. Müəllif yazır ki, Səudiyyə Ərəbistanı 11 sentyabr hücumlarında əlinin olduğunu inkar edir. Lakin MKİ-nin hesabatında göstərilir ki, səudiyyəli zənginlər, eyni zamanda kəşfiyyat zabitləri və diplomatları 11 sentyabr hücumlarını həyata keçirənlərə birbaşa dəstək veriblər.
[b]KƏRİM[/b]
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Səudiyyə ilə İran arasında növbəti QALMAQAL

    Səudiyyə ilə İran arasında növbəti QALMAQAL ...

    10-07-2016, 18:37

  • 
  • Kerri: "ABŞ Suriya məsələsində əli-qolu bağlı qalmayacaq"

    Kerri: "ABŞ Suriya məsələsində əli-qolu ...

    5-11-2013, 12:44

  • 
  • Səudiyyə şahzadəsi taxtdan məhrum ola bilər

    Səudiyyə şahzadəsi taxtdan məhrum ola bilər ...

    20-11-2018, 11:03

  • 
  • Səudiyyə Ərəbistanı Bin Ladenin oğlunu vətəndaşlıqdan çıxardı

    Səudiyyə Ərəbistanı Bin Ladenin oğlunu ...

    2-03-2019, 12:34

  • 
  • İran: ABŞ-ın sanksiyaları "iqtisadi terrorizm"dir

    İran: ABŞ-ın sanksiyaları "iqtisadi ...

    2-11-2019, 12:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu