Vaşinqton Suriya məsələsində əli-qolu bağlı qalmayacaq. Trend-in Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ-ın dövlət katibi Con Kerri deyib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysal C.Kerri ilə ər-Riyadda keçirdiyi birgə mətbuat konfransında ölkəsinin və ABŞ-ın Bəşşar Əsədin Suriyanın gələcəyində rolunun olmayacağı məsələsində həmfikir olduğunu bildirib.
Səudiyyə Ərəbistanının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlükdən imtina etməsinin "BMT-dən çıxmaq" anlamına gəlməyəcəyini ifadə edən nazir bunun ABŞ ilə deyil, BMT-nin Yaxın Şərq məsələlərindəki qeyri-qənaətbəxş fəaliyyəti ilə bağlı olduğunu söyləyib.
O, ölkəsi ilə ABŞ arasında münasibətlərin qarşılıqlı hörmət əsasında inkişaf etdiyini vurğulayıb.
C.Kerri B.Əsədin öz xalqına qarşı kimyəvi silahdan istifadə etməsinin yolverilməz olduğunu bildirib. İran məsələsində Prezident Barak Obamanın hər ehtimalı dəyərləndirdiyini deyən dövlət katibi ölkəsinin İrandan söz deyil, fəaliyyət gözlədiyini qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?