Elşad İskəndərov yenidən beynəlxalq qurumun Baş Katibi vəzifəsinə seçilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İskəndərov Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Baş Katibi təyin edilib. "gundemxeber.az" xəbər verir ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) İstanbuldakı Baş Qərargahından AzNews.az-a verilən məlumata görə, Elşad İskəndərov yenidən bu beynəlxalq qurumun Baş Katibi vəzifəsinə seçilib. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) bağlı beynəlxalq qurum olan Forumun İdarə heyətinin bu barədə müvafiq qərarını DƏ İKGF-nin Prezidenti Əli Sarıkaya 6 may 2014-cü il tarixində imzalayıb. Qərarda həmçinin Elşad İskəndərova Forumun Baş Katibi vəzifəsilə yanaşı, qurumun bu il keçiriləcək Baş Assambleyasının Təşkilat Komitəsinə başçılıq etmək də həvalə edilib. E.İskəndərov 2012-2014 cü illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olduğu dövrdə Forumun Baş Katibi vəzifəsinin icrasını dayandırıb. Qeyd edək ki, İƏT-nin 57 üzv ölkəsindən 41-nin təmsil olunduğu Forum beynəlxalq təşkilat statusunda fəaliyyət göstərir. Qurumun Baş Qərargahı Türkiyədə, Avrasiya Regional Mərkəzi isə Azərbaycanda diplomatik təsisat kimi akkreditasiyadan keçib. İKGF-nin Prezidenti Əli Sarıkaya isə həm də Türkiyə Baş nazirinin müşaviri vəzifəsində çalışır. Məlumat üçün bildirək ki, E. İskəndərov may ayının 2-də prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsində azad olunub. O, Azərbaycanda nurçuluqda ittiham olunan əsas şəxlərdən biri idi. Hətda rəhbərlərindən sayılırdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı nurçuların prezident İlham Əliyevə təqdim olunan siyahısında E. İskəndərovun adı əsas şəxlərdən biri kimi qeyd olunur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?